Icma.az
close
up
RU
Cənubi Qafqaz bütövlükdə bir supergücün təsirində olacaq

Cənubi Qafqaz bütövlükdə bir supergücün təsirində olacaq

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Ermənistan-Rusiya və ya Ermənistan-Amerika münasibətləri müsbət və ya mənfi ola bilər. Amma biz prosesləri qiymətləndirərkən Cənubi Qafqazı tam olaraq götürməliyik. Cənubi Qafqaz bütövlükdə hansısa bir supergücün təsir dairəsində olacaq. İndiki halda mən düşünmürəm ki, Rusiya burada at oynada bilər”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, İsrail də təklif edib ki, Amerika-Azərbaycan-İsrail müttəfiqliyi yaransın. S. Cəlaloğlu əlavə edib ki, Ermənistanın da Amerika ilə müəyyən əlaqələri mövcuddur: “Eyni zamanda Gürcüstanın da əvvəllər Amerika ilə yüksəksəviyyəli münsibətləri olub. İndi də Tiflis Amerika və Avropa ilə əlaqələri yoluna qoymaqda maraqlıdır. Odur ki, regionu bütövlükdə götürsək görərik ki, hər bir ölkənin Avropa və ya Amerika ilə münasibətləri var”.

S. Cəlaloğlu
Partiya sədri əlavə edib ki, Rusiya zəifləyib qlobal siyasətdə söz haqqını itirdikcə Cənubi Qafqaz respublikaları da həm müstəqilləşəcək, həm problemi öz aralarında həll edə biləcək, həm də inkişaf daha önə çıxacaq: “Bunun üçün ən yaxşı qarant Amerika və Avropa Birliyi ilə əməkdaşlıqdır. Sadəcə, son zamanlar Donald Trampın hakimiyyəti ciddi problem yaradır. Yəni Avropa ilə Amerika arasında hiss edilməyəcək qarşıdurma müşahidə olunur”.
S. Cəlaloğlu qeyd edib ki, biz həmişə Qərb deyəndə Amerika və Avropanı birlikdə başa düşsək də, indi bu birlik zədələnib. Ona görə də, Amerika və ya Avropanı seçmək məsələsi var.
ADP sədri bildirib ki, Azərbaycanın ardıcıl olaraq Amerika ilə daha intensiv əlaqələri var, nəinki Avropa Birliyi ilə. “Açığı, bu mövzuda Ermənistan bir qədər problem qarşısındadır. Ola bilsin ki, müəyyən manevrlər etsin, amma bütünlükdə seçilmiş strateji xətdən geriçəkilmə olmayacaq. Məncə, Cənubi Qafqaz Amerika üçün də strateji nöqtədir. Bu ölkənin ən böyük səfirliklərdən birinin Ermənistanda olması göstərir ki, orada da müəyyən işlər aparılır, gələcəkdə Ermənistanın əsas xətti Avropa və Rusiya deyil, Amerika olacaq. Bu baxımdan Ermənistanın yenidən Rusiyanın qoltuğuna gedəcəyinə inanmıram”,- deyə S. Cəlaloğlu yekunlaşdırıb.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Mart 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri