Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Cənubi Qafqaz stabillik və rifah bölgəsinə çevriləcək

Cənubi Qafqaz stabillik və rifah bölgəsinə çevriləcək

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzalaması, görüş zamanı sülh sazişinin paraflanması ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Cənubi Qafqaz regionunun ən mühüm hadisəsidir. Birgə Bəyannamə regionumuzun ən uzun sürən münaqişəsinin başa çatmasının rəsmiləşdirilməsi istiqamətində atılmış tarixi addım oldu. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülhə dair saziş layihəsini paraflamaları və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət tərəfləri yekun sülh sazişinin imzalanmasına daha da yaxın etdi. Bu tarixi hadisənin reallığa çevrilməsi ABŞ liderinin səmimi vasitəçilik təşəbbüsləri və Azərbaycanın faktiki olaraq təkbaşına onilliklər boyu əhəmiyyətsiz və diqqətdən kənarda qalmış BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını öz üzərinə götürməsi hesabına mümkün oldu. Tərəflərin ATƏT-in Minsk qrupunun fəaliyyətinə son vermələri üçün təşkilatın sədrinə müraicət etmələri bu istiqamətdə qurumun hər hansı səylərinə ehtiyacın qalmadığını və faktiki olaraq beynəlxalq birliyin illərboyu sərgilədiyi qeyri-konstruktiv siyasətin iflasını göstərir. Qeyd edək ki, Vaşinqtonda imzalanmış sənədlər tərəflərin yekun sülhün astanasında olduqlarını göstərir. İndi, necə deyərlər, əsas iş Ermənistan tərəfdədir və rəsmi İrəvanın ölkələr arasında bir vaxtlar real görünməyən, hətta mümkünsüz hesab edilən, ancaq Azərbaycanın qətiyyəti və dönməzliyi hesabına yaranmış tarixi fürsət və formalaşmış reallıqdan maksimum yararlanması hazırda erməni xalqının qarşısında duran ən məsuliyyətli vəzifədir. Ötən illər göstərir ki, Ermənistanda hakimiyyətdə olan qüvvələrin münaqişənin həllini bilərəkdən uzatmaqla Azərbaycan torpaqlarının işğalını davam etdirərək yürütdükləri məkrli siyasətləri erməni xalqına baha başa gəlib. Bu gün Ermənistan geosiyasi dalanda, çətinliklər içərisində və iqtisadi bataqlıqda olan bir ölkədir. Onun bu mürəkkəb vəziyyətdən çıxması Azərbaycanla sabit sülh gündəmindən asılıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki tarixi Zəfərimizlə əsrlərin problemini aradan qaldırmış Azərbaycan Respublikasının Prezidenti gələcək nəsillərin də eyni münaqişədən əziyyət çəkməməsi, heç bir tərəfdən yeni insan faciələrinin baş verməməsi üçün strateji planda ən yüksək təminatlar yaratmaq istəyir. Ermənistanın qarşısında qoyulmuş Konstitusiya dəyişikliyi tələbi də bu niyyətdən irəli gəlir. Müvafiq müddəaların Ermənistan Konstitusiyasından çıxarılması rəsmi İrəvanın bacarmayacağı bir iş deyil. Ümumiyyətlə, öz siyasətini daim reallıq prinsipi əsasında qurararaq məntiqi, ardıcıl şəkildə davam etdirən, haqlı mövqeyi üzərində qətiyyətlə dayanan Azərbaycan Prezidenti heç zaman Ermənistan qarşısında həlli mümkünsüz tələblər qoymayıb. Nə münaqişənin ən gərgin vaxtlarında, nə də sülh danışıqları prosesində belə qeyri-real şərtlər olmayıb. Azərbaycanın irəli sürdüyü bütün şərtlər reallığa, hər iki tərəf üçün maksimum faydalı nəticələrə hədəflənib. Prezident İlham Əliyevin bu tarixi görüşdən dərhal sonra Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu kimi məqamları xüsusilə vurğulaması onu göstərir ki, rəsmi İrəvanın qarşısında duran vəzifələrin cəld və dayanmadan icrası xalqların dayanıqlı sülh şəraitində yaşamalarını daha da tezləşdirə bilər: "Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir... Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq".Dövlət başçısının "Ermənistanın ev tapşırıqları da var" deməsi ilk növbədə Ermənistanın mövcud Konstitusiyasına işarədir. Rəsmi Bakının yekun sülh sazişinə dair prinsipial mövqeyi məhz Ermənistanda qüvvədə olan Əsas Qanunda Azərbaycanın ərazi bütövlüyünə qarşı qanuniləşdirilmiş bəndlərin çıxarılması ilə bağlıdır. Əgər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edərsə, onda hüquqi cəhətdən hansı yetkin sülh müqaviləsi barədə danışmaq olar? Məhz bu səbəbdən Azərbaycan lideri Ermənistan hökumətini gecikmədən bu problemi aradan qaldırmağa çağırır. Qlobal dünyada gündəm sürətlə dəyişir və geosiyasət çeviklik tələb edir. Ermənistanın sülh prosesində ani büdrəməsi, yaxud gedişatı ləngitməsi proqnozlaşdırılması çətin olan proseslərə yol aça bilər. İrəvanda ABŞ kimi super güc mərkəzinin səyləri ilə əldə edilmiş bu böyük şansın dəyərləndirilməsinin əhəmiyyətinin ciddiliyinə varılmalıdır. Yekun sülh sazişinin imzalanması bütün tərəflər kimi bu dövlətin də xeyrinədir. Çünki əbədi sülhün əldə olunmasından sonra regionumuzu böyük layihələr gözləyir, hər biri kifayət qədər zaman tələb edən bu əməkdaşlıq layihələrinə doğru çevik addımların atılmasından ötrü sonuncu böyük maneəni mümkün qədər tez aradan qaldırmaq lazımdır. Bu ölkədəki revanşist dairələr 2020-ci ildən bəri əldə edilmiş həssas sülh imkanlarını dəfələrlə sabotaj etmiş, yəni yaranmış bu fürsəti neytrallaşdırmağa cəhdlər göstərmiş və göstərməkdədirlər. Bu səbəbdən Ermənistan hökumətinin öhdəsinə düşən vəzifələri operativ şəkildə həll etməməsi sülh prosesinə zərbə vurmaq üçün ölkənin daxilində mövcudluqlarını qoruyub saxlamış dağıdıcı, radikal qüvvələrə imkan və şans verə bilər. Bu baxımdan Paşinyan hökuməti Vaşinqton görüşündən yetərincə dəqiq nəticələr çıxarmalı və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, üzərinə düşən "ev tapşırığı"nın dayanmadan icrası ilə məşğul olmalıdır. Prezident İlham Əliyev bildirib ki, Vaşinqton danışıqlarının nəticələrindən istənilən yayınma Ermənistan üçün arzuedilməz fəsadlar hesabına başa gələ bilər: "Bu gün bu parafalanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir".Vaşinqton görüşü ilə Cənubi Qafqazın 30 ilə yaxın davam edən qaranlıq və qanlı günləri geridə qaldı. Qarşıda bizi yekun sülh sazişinin imzalanması gözləyir ki, bu sənəd hər iki xalqın və dövlətin önündə zəngin perspektivlər açır. İlk növbədə o baxımdan ki, xalqların müasir tarixinə düşmüş qanlı hərbi qarşıdurmaya son verilir və dövlətlərin bir-birlərinin ərazi bütövlüyünü tanımaları gələcəkdə ərazi zəminində hər hansı münaqişəni istisna edir. Prezident İlham Əliyevin sülh missiyası ilk növbədə bununla dəyərlidir ki, bərqərar olmuş gerçəklik on minlərlə insan həyatının xilası deməkdir. İndi bölgəni müharibə qorxusu olmadan yaşayan, öz rifah halını düşünən və bu məramla firavan sabaha doğru irəliləməkdən qorxmayan xalqların yeni inkişaf mərhələsinə keçidi gözləyir. Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindəki möhtəşəm qələbəsi və bu zəfər hesabına regiona sülh reallığının gəlməsi bizim bir dövlət və xalq olaraq ötən illərdə əldə etdiyimiz hərtərəfli uğurların nəticəsidir. Azərbaycan özünü hərtərəfli təmin edən qüdrətli dövlətdir və bu gün biz yerləşdiyimiz coğrafiyadan çox-çox uzaqlarda böyük iqtisadi layihələrin iştirakçısı və payçısı olmaqla bu nailiyyətimizi bütün dünyaya nümayiş etdiririk. Güclü iqtisadiyyat, sabit və firavan sosial həyat hesabına formalaşmış vətəndaş həmrəyliyi Azərbaycanın qazandığı hərbi-siyasi uğurların başlıca səbəbidir. Azərbaycan Cənubi Qafqazın ən qabaqcıl və inkişaf etmiş dövlətidir. Biz təşəbbüskarı və icraçısı olduğumuz transmilli iqtisadi layihələrlə təkcə özümüz deyil, bütün region üçün perspektivli inkişaf üfüqlərini açmışıq. Odur ki, Ermənistanla imzalanacaq yekun sülh sazişi, habelə Vaşinqtonda əldə edilmiş nailiyyətlərdən məhz rəsmi İrəvan və erməni xalqı möhkəm tutmalı, bu tarixi fürsəti dəyərləndirməlidir. Sülh Ermənistan üçün hava-su kimi lazım olan iqtisadiyyat deməkdir. Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bu məqamın üzərində xüsusilə dayanması Azərbaycanın sülhə və humanizmə sadiqliyinin daha bir nümayişidir və İrəvan bu imkandan yararlanmağı bacarmalıdır: "Mən Ermənistanın baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir". Tərəflər arasında əldə edilən bu tarixi sülh gündəmi böyük əzm və zəhmət hesabına başa gəlib. Bunun üçün uzun, keşməkeşli və əzablı illər sərf olunub. Azərbaycan hər zaman bu problemin tezliklə həllinə çalışıb, ancaq təəssüf ki, Ermənistandakı keçmiş hakimiyyətlər və münaqişənin davamlı olmasında maraqlarını güdən bəzi xarici aktorlar dayanıqlı sülh çabalarının reallığa çevrilməsinə maneələr yaradıblar. İndi yalnız Azərbaycan və Ermənistan deyil, bütün regionun sülh gündəmi ilə iqtisadi çiçəklənmə dövrünə start verilir. Ermənistan onun üçün açılmış bu pəncərədən, Azərbaycanın səyləri, iradəsi və humanizmi hesabına yaranmış tarixi imkanlardan istifadə etməlidir. İstənilən gecikmə, ertələmə və ya ləngimə kritik nəticələrə səbəb ola bilər.Azərbaycan 30 ilə yaxın davam edən işğal, ədalətsizlik və beynəlxalq birliyin biganəliyinə öz gücü ilə son qoyub. Azərbaycan xalqının uzun illər davam edən istibdad və əziyyətlərə baxmadan Vətən həsrətindən bir an belə geri dönməməsi, əzm və iradə nümayiş etdirməsilə qazanılan bu qələbə tarixə qızıl hərflərlə yazılacaq. Bu baxımdan sülh bizim üçün çox dəyərlidir, çünki onu qələbə gətirib. Ancaq bu yeni reallıqda daha bir vacib məqam var: Azərbaycan bütün dünyanın edə bilmədiyini bacarıb. Dünyanın buna qarşı olmasına, bunu etmək istəməməsinə rəğmən önündəki məqsədinə nail olub. Bu təbii ki, beynəlxalq hüququn və təşkilatların dərin böhran içində olduqlarını göstərir. Bu gün rəsmi Vaşinqtonun səmimiyyət nümayiş etdirərək sülh prosesinə göstərdiyi güclü dəstək ilk növbədə onun lideri ilə bağlıdır, çünki Donald Trampdan öncə bunu heç kim nəinki etməmişdi, heç bu barədə düşünməmişdi də. Məhz bu səbəbdən bu gün Azərbaycan yalnız işğala deyil, həm də dünyada dərin kök salmış ədalətsizlik konyunkturuna qalib gəlməyi bacarıb.Ən əsası, indi qarşıda bizi Prezident İlham Əliyevin liderliyi ilə təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi yüksəlişinə şahidlik edəcəyimiz günlər gözləyir.

Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri