Mixeil Kavelashvili: Cənubi Qafqaz dünyada ən mühüm sülh və sabitlik məkanlarından birinə çevriləcək
Icma.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 25 dekabr, AZƏRTAC
"İnanırıq ki, Cənubi Qafqaz dünyada ən mühüm sülh və sabitlik məkanlarından birinə çevriləcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, qonşu ölkələr -Azərbaycan, Ermənistan və Türkiyə Gürcüstanın mövqeyini başa düşürlər və bu, yaxşı münasibətlərin qurulmasına töhfə verir.
“Qonşularımız mövqeyimizi çox yaxşı başa düşdülər. Suverenliyi, milli maraqları qorumaq, regionda sülh və sabitlik üçün bütün platformalara qoşulmaq barədə açıq danışdıq. Qeyd etdik ki, yaxşı münasibətlərin qurulmasına səbəb olan budur və bu, yalnız başlanğıcdır. Biz sülhü qoruyuruq, sülh formatında bu ölkələrlə iqtisadi və siyasi münasibətlərimiz tarazlaşdırılır. Onlar özləri bu imkanları gördülər”, - deyə Mixeil Kavelaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















