Icma.az
close
up
RU
Cənubi Qafqaz yeni müharibə astanasında: “Bu dəfə Azərbaycan və Ermənistan QƏRAR VERMƏYƏCƏK” KONKRET

Cənubi Qafqaz yeni müharibə astanasında: “Bu dəfə Azərbaycan və Ermənistan QƏRAR VERMƏYƏCƏK” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda geosiyasi vəziyyət Ermənistanın əleyhinədir. Regionda sülhə təhdid yaradan düşmən ölkədə yenə müharibə ritorikasıyla danışırlar. Ümumiyyətlə, İrəvanda baş verən siyasi proseslər Ermənistan hakimiyyətinin hadisələrə emosional yanaşmasını göstərir. Eyni zamanda Paşinyanın komandası bir-birinə zidd bəyanatlar səsləndirirlər. Növbəti belə bəyanat Ermənistan parlamentinin sədri Alen Simonyandan gəlib. Simonyan bildirib ki, regionda eskalasiya riski var və hər an toqquşma baş verə bilər.

Mövzunu KONKRET.az-a şərh edən hərbi ekspert Səxavət Məmməd bildirib ki, Ermənistanda bir-birini təkzib edən bəyanatlar tez-tez eşidilir:

“Paşinyan bir neçə gün əvvəl rəsmi olaraq bildirdi ki, artıq regionda eskalasiya riski yoxdur, müharibə gözlənilmir. Amma ardınca Alen Simonyan Paşinyanla daban-dabana zidd bəyanat verir. Əslində Paşinyanın bəyanatı diqqəti yayındırmaq üçün idi. Amma Simonyanın bəyanatı nisbətən reallığı əks etdirir. Çünki dünyada baş verən proseslərə nəzər salsaq, görürük ki, regionda sülhün olması hələ tezdir. Ən azından dünyanın bir çox regionlarında bölüşdürlmələr gedir. Biz bunu Ukraynada, Suriyada, Yaxın Şərqdə də görürük. Cənubi Qafqazın da kimin təsir dairəsində olacağı müəyyən edilməlidir. Burada Rusiyanın, İranın, Türkiyənin də maraqları var. Fransanın da maraqları görünür. Hələ ABŞ faktoru da mövcuddur. Ona görə də bu regionda kim-kimin təsir dairəsində olacaq məsələsi həllini tapmayıb”.

Ekspertin sözlərinə görə, indiki şəraitdə Rusiya regiona yenidən əl qoymaq istəyir:

“Rusiyanın ümumiyyətlə, bu regionda atacağı addımlar çox önəmlidir. Bundan əlavə, Azərbaycan və Ermənistanın ən azından hərbi büdcəsini rekord həddə çatdırması faktdır. Bunun özü regionda eskalasiya riskini artırır. Regionda müharibə və sülhə Azrəbaycanla Ermənistan qərar vermir. Fransa ciddi şəkildə müqavimət göstərəcəksə, regiona daxil olmaq üçün böyük oyunun içərisinə girəcəksə, o zaman Cənubi Qafqazda eskalasiya riski həmişə olacaq. Ümumiyyətlə, dünyada bir neçə münaqişə zonası var ki, müharibə ehtimalları qalır. Onlardan biri də məhz Cənubi Qafqazdır. Ona görə burada hər şey regionda marağı olan ölkələrin uzlaşmasından asılıdır. Əgər uzlaşma baş verəcəksə, eskalasiya riski olmayacaq və növbəti il hər iki tərəf hərbi xərcləri xeyli aşağı salacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri