Icma.az
close
up
RU
Cənubi Qafqaz və fəlakətin Ermənistan adı

Cənubi Qafqaz və fəlakətin Ermənistan adı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxud erməni amili tarixilikdən geosiyasi konfrontasiyalara doğru

2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirmişdi. 44 günlük müharibədən sonra isə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirdi. İlk baxışdan, ortada siyasi lider, ölkə rəhbəri adına son dərəcə böyük bir rəzalət görünürdü.

Əlbəttə, nəinki rəzalətdən, miskinlikdən də danışmaq mümkündür. Ancaq o zaman heç nə təəccüblü deyildi. Ona görə ki, məsələnin başqa tərəfləri də var idi. Bu qeydlərimizdə həmin tərəflərdən söz açacaq, eyni zamanda, Cənubi Qafqaz siyasi akvatoriyasındakı indiki durumun həssas məqamlarına diqqət yetirəcəyik. Yəni, mövzumuz Ermənistanın məhvi perspektivini yaxınlaşdıran məqamlar barədədir. Bəri başdan deyək ki, nəticəyə sonda gələcəyik. Hələlik isə...

***

Nikol “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirəndə də, onun komandasındakılar “yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürəndə də “sifariş”in diktə etdiyi şərtlər daxilində davranırdı. Paşinyan müharibə yolu ilə Qərbin Cənubi Qafqazda möhkəmlənməsini gerçəkləşdirməli idi. Axı Qərbə müstəqil, öz sözünü deyən, prinsiplərinə sadiq olan Azərbaycan lazım deyildi. “Demokratik Ermənistanın” “avtoritar Azərbaycanı” yenməsi Qərbin ölkəmizin təbii sərvətlərinə sahiblənməsi baxımından prioritet sayılırdı. Plan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə əsası qoyulan əməkdaşlıq formalarını yeniləməyə hesablanmışdı.

Bəli, düzəni dəyişdirmək üçün Azərbaycanın işğalı məsələsi gündəmə gəlmişdi. Eləcə də təcavüz nəticəsində ölkəmizin xalq tərəfindən seçilmiş qanuni hakimiyyətini devirmək nəzərdə tutulurdu. Başqa cür mümkün deyildi. Azərbaycan hakimiyyəti güclü idi, üstəlik, xalq—iqtidar vəhdəti kənar planların gerçəkləşməsinə şərait tanımırdı. İrəvan məhz buna görə Qarabağ üzrə danışıqlar prosesini pozmuş, müharibə ritorikasına üstünlük vermişdi.

Lakin Ermənistanın 44 günlük müharibədəki acınacaqlı məğlubiyyəti Qərbin planlarını tamamilə alt-üst etdi. Paşinyan əvvəldə də dediyimiz kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq məcburiyyətində qaldı. Ancaq “erməni kartı”nı diri saxlamaq istəyən Qərb erməni milli identikliyi deyilən cəfəngiyyatın Qarabağ strukturuna kökləndi ki, heç olmasa, bu yolla Azərbaycana təsir imkanlarını saxlasın. Əlbəttə, Qarabağda separatizmin qalması, eyni zamanda, Qərbin Ermənistanın bölgəyə nəzarəti məsələsində, bütövlükdə, Cənubi Qafqazda daha böyük arealda nüfuz sahibi olmaq niyyətindən qaynaqlanırdı.

Lakin 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri bu kimi istəklərin üzərindən xətt çəkdi. Üstəlik, Rusiyanın Qarabağ üzərindən regiona təsir imkanlarını saxlamaq cəhdləri puça çıxdı. Çünki 2020-ci ildən 2023-cü ilədək Ermənistanı ram etmək, onu yenidən Moskvanın orbitinə qaytarmaq mümkün olmadı. Yəni Kreml hazırda Gürcüstanın timsalında qazandığı qələbəni Ermənistanda əldə etməyi bacarmadı.

***

Azərbaycanda hazırda sabitlikdir. Üstəlik, Bakı 2020-ci il qalibiyyətindən sonra daha qətiyyətlidir, kənar təsirlərə qarşı ciddi müqavimət formalaşdırmağı bacarıb. Onun malik olduğu mexanizm və resurslar xarici təsirlərin dərhal neytrallaşdırılmasına tam imkan verir. Ümumən isə Cənubi Qafqaz çalxalanmaqdadır. Yox, hələlik, sakitlikdir. Amma durum fırtına öncəsi sakitliyi xatırladır. Hərçənd, Gürcüstanda yaşanan seçki sonrası gərginliyin fonunda bıçağın sümüyə dirəndiyini söyləmək mümkündür. Qərb ölkədə ciddi məğlubiyyətlə üzləşib və var gücü ilə çalışır ki, vəziyyəti öz xeyrinə dəyişsin.

Cənubi Qafqazda marağı olan İran Qərbin regionda möhkəmlənmək niyyətlərinin özü üçün ziyanlı tərəflərini götür-qoy etməyi bacarıb. Hər halda görüntü bunu söyləməyə əsas verir. İslam respublikasının xüsusi təyinatlılarının Azərbaycanın xüsusi təyinatlıları ilə birgə hərbi təlimlər keçirmələri adi hadisə sayıla bilməz.

Şübhəsiz, bu təlimlərin xaricə mesaj anlamı var.

Türkiyə sakitdir. Ancaq bu sakitlik heç də loyallıq deyil. Ankara hadisə və prosesləri səbrlə izləyir. Əlbəttə, regionda daha ciddi qarşıdurmaların yaranma ehtimalı barədə düşünür və sanki aktivləşmək üçün tutacaq yer axtarışındadır. Axtaran isə tapır...

Türkiyədən fərqli olaraq Rusiya aktivdir. Ölkə Cənubi Qafqazda iki istiqamətdə “döyüşür”. Birincisi, Moskva Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonrakı duruma köklənib, ikincisi isə Ermənistana. Gürcüstanda Kremlin maraqlarına uyğun vəziyyət formalaşıb və indi lazımdır ki, durum sıradan çıxmasın, nəzarət itirilməsin.

Keçək Ermənistana. Ölkədə hazırlıq gedir. Çox güman qarşıdakı müddətdə proses davamlı olacaq. 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlığı nəzərdə tuturuq. Qərb Gürcüstandakı məğlubiyyətin Ermənistanda təkrarlanmaması üçün indidən ciddi fəaliyyətə keçib. 2018-ci ildən üzünü qırxmayan baş nazir N.Paşinyanın saqqalı ilə vidalaşmaqla idarəçiliyin fərqli üzünü göstərəcəyi mesajını verməsi fikrimizin sübutudur. Ermənistanı xüsusi mövqeyə qaldıran başlıca məqam isə onun hazırda Cənubi Qafqaz üzrə çalxalanmaların əsas fiquru rolunda çıxış etməsidir.

Bəli, Ermənistanın arxasında dayanan kollektiv Qərb, konkret desək, onun ABŞ, Fransa və Avropa İttifaqı seqmenti anti-Rusiya ritorikasını Cənubi Qafqaz müstəvisinə daşımaq niyyəti güdür. Bu niyyətdə anti-Azərbaycan motivləri var. Ölkəmizin işğala son qoyması və Qarabağın işğaldan azad olunması fonunda Qərbin regiondakı çəmbərinin daraldığını görürük. Hazırda “istehkam xəttində” Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası dayanıb. “Binokl diplomatiyası”nın təmsilçilərinin tez bir zamanda NATO missiyasına çevrilmələri mümkündür. Çünki...

Qeyd edək ki, Qərbin diqqəti Cənubi Qafqaza yönəltməsindəki bir müstəsna məqam da onun Ukrayna cəbhəsindəki uğursuzluğudur. Gürcüstandakı məğlubiyyətin Qərb üçün ciddi siqnal mahiyyəti fonunda regionda Ermənistanı möhkəmləndirmək həyati əhəmiyyətlidir. Orada həm 2018-ci il inqilabının nəticələri qorunmalı, həm də rəsmi İrəvan regional maraqlar uğrunda mübarizəyə hazır duruma gətirilməlidir. Baxın, Ermənistan silahlandırılır, eyni zamanda, Paşinyan saqqalını qırxdırıb kadr islahatlarını gerçəkləşdirməklə idarəçilik sistemini gücləndirir. Başqa sözlə desək, rəsmi İrəvan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə də hazırlaşır, Azərbaycanla yeni müharibəyə də.

Hadisələr onu göstərir ki, Ermənistan forpost ampluasından çıxa bilmir, yaxud çıxmaq istəmir. N.Paşinyan bir yandan “Real Ermənistan” ideyasını ortaya atır, ideologiya aşılayır, digər tərəfdən isə Qərbin təhrik etdiyi bataqlığa doğru yön alır. Halbuki, onun üçün hələ 44 günlük müharibədən sonra real Ermənistan obrazında qalmaq şansları var idi. Bu şansı Azərbaycan yaratmış, savaş qalibi olmasına rəğmən İrəvana barış əlini uzatmışdı. Amma rəsmi Bakının jestinə qiymət verilmədi və yenə verilmir.

Bəli, erməni iqtidarı Qərbə sadiqdir və ona “ayı xidməti” göstərməkdə davam edir. Ölkəni bataqlığa sürükləyən də elə budur. Görəsən, vəziyyətdən çıxış yolu varmı? Yəni Paşinyan haqqında durmadan söz açdığı indiki “Real Ermənistan” üçün təhlükənin olduğunu görmür? Heç şübhəsiz, o, hər şeyin fərqindədir. Hakimiyyətə gəlməzdən əvvəl Qarabağı Ermənistanın üzərindən asılmış ağır və tezliklə atılmalı olan yük kimi qələmə verən baş nazirin indi ölkəsini apardığı aqibətdən xəbərsiz duruma düşməsi mümkünsüzdür. Sadəcə, başqa çıxış yolu yoxdur. Adam, sözün əsl mənasında, böyük oyundadır və oyundan çıxmaq üçün şanssızdır.

Hazırda Cənubi Qafqazda yaşanan proseslər fonunda onu demək olar ki, Ermənistan, ümumən, erməni varlığı imperializmin onun əyninə iki yüz il əvvəl biçdiyi libası çıxarmağı bacarmır, missiyasından uzaqlaşa bilmir. Söhbət təfriqə yaratmaq missiyasından gedir. Ermənistan sakit buraxılmır, çünki xaricdə belə düşünürlər ki, erməni dövləti üzərinə düşəni etməlidir! Hətta canı cıxsa belə.

...Ermənistan “missiyasını” yerinə yetirməlidir. Ermənilər dövlət olmanın haqqını qaytarmalıdırlar. Nə ilə, hansı yolla? Məhz forpost kimi çıxış etməklə. Onları yoxdan var edənlər hansısa fərqli durumu əsla yaxına buraxmırlar. Axı erməni varlığı təfriqə yaratmaq, Türk dünyasını parçalamaq naminə ortaya atılmış, ərazi və torpaqla təmin edilmişdi. Bu varlığın nə ictimai şüuru dövlət milləti kimi çıxış etməyə imkan verib, nə də onun özünə aid bir şey olub. Nə əldə edibsə məhz “ayı xidmətlərinin” qarşılığında, mükafat kimi qazanıb. Heç kəs ermənilərin qara qaşlarına, qara gözlərinə aşiq olmayıb.

İstər ABŞ, istər Fransa, istərsə də digər ermənipərəstlərin ermənilərə məhəbbəti olmayıb. Elə Rusiyanın da həmçinin. Baxın, Rusiya Prezidenti Vladimir Putin çıxışlarında Ermənistanı ölkəsinə sığınmağa çağırır. 44 günlük müharibədən sonra da belə çağırışlar olub. Hər halda bütün bunlar adi məsələ deyil. Moskva dünyaya sübut etmək istəyir ki, Ermənistan adlı nə varsa, onun əməyinin bəhrəsidir. Rusiya ölkəni öz əsəri sayır. Onun siyasi isteblişmenti ötən iki yüz ildə də məhz belə düşünüb.

Ümumən, erməni məsələsi öz varlığını Qərb və rus imperializminin müştərək məhsulu kimi sürdürüb. Hətta sovet hakimiyyəti illərində də belə olub. Ermənilər nə istəyiblərsə, sovet rəhbərliyi verib. Nəzərə alaq ki, 1991-1993-cü illərdə Azərbaycan torpaqlarının işğalı hayların öz işi deyildi. Qərb də həmin durumu müşahidə edir və görürdü ki, ermənilər qazanır. Qərb “qazancın” otuz ilə yaxın müddətdə saxlanmasına çalışdı. Bunu Rusiya ilə müştərək şəkildə etdi. Diqqət yetirək, 2018-ci ilədək Qərb – Rusiya ziddiyyətləri özünü müxtəlif məsələlərdə göstərsə də, fikir ayrılıqlarının, konfrantasiyaların Qarabağa heç bir dəxli olmamışdı. ATƏT-in Minsk qrupunun işğalı leqallaşdırmaq yönümlü fəaliyyətinə ara verilmirdi. O qrupun ki, orada ABŞ-nin, Rusiyanın və Fransanın birgə təmsilçiliyi var idi.

Nəhayət, Qərb oyun qaydalarını pozdu. Bəli, proses lap əvvəldən başlamışdı və mövcud tendensiya Ermənistana sirayət edənədək dünyanın ayrı-ayrı nöqtələrində Rusiyanın rolunun məhdudlaşdırılması həyata keçirildi, ölkə nüfuz davası uğrunda mübarizədə bir sıra məğlubiyyətlərlə üzləşdi. Əvvəl Balkanlarda, sonra Gürcüstanda, daha sonra isə Ukraynada Moskvanın mənafelərinə zərbə vuruldu. Nəhayət, Qərb bir neçə istiqamətdən Kremlin, loru dildə desək, ağzının içinə girməyə qərar verdi.

Baxın, indi Qərbin anti-Rusiya cəbhəsinin Ukrayna səngəri var. Azərbaycanın öz maraqlarından çıxış edərək onu bir neçə dəfə dağıtmasına rəğmən, hər dəfə Ermənistan səngərinin yenidən “qazıldığını” görürük. Bu səngər eyni zamanda, İrana qarşı istifadə məqsədi daşıyır. Prosesə isə 2018-ci ildə start verilmişdi. Yəni Ermənistandakı inqilabdan və N.Paşinyanın hakimiyyətə gətirilməsindən sonra.

Paşinyanın iqtidara gətirilməsi erməni məsələsinə isti münasibəti ilə seçilən tərəfləri bir-birinə qarşı qoydu. Nəticədə həmin vaxtadək mövcud olmuş balans pozuldu. Problem ondadır ki, hazırda Nikol “Real Ermənistanı” pozulmuş balans şəraitində qurmağa çalışır. Daha doğrusu, bununla bağlı düşünür. Mövcud fonda İrəvan Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planlarında alətə çevrilir. Bu durumda sual olunur: Moskva Paşinyana Ermənistan adlı bir şeyin, əslində, heç vaxt olmadığını sübut etməzmi? Əlbəttə, edər. Digər tərəfdən, İrəvan Qərbin təhriki ilə anti-Azərbaycan ritorikasını diri saxlamaqdadır. Elə isə Azərbaycan Ermənistanın onun torpaqları hesabına formalaşdırıldığını yada salmazmı? Yada salar, hətta o yana da keçər. Buna nə İran bir söz deyəcək, nə də Gürcüstan. Türkiyənin isə mövqeyi çoxdan aydındır. Ankara da özünə qarşı ərazi iddiasında olan və iddiasını pataloji xəstəlik halına gətirən bir dövlətin mövcudiyyətini heç istəməz. Güman edirik ki, əlavə şərhə ehtiyac yoxdur. Təkcə onu deyək ki, Ermənistan nə qədər gec deyil, nəticə çıxarmalıdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see271

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri