Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və “ayı əhvalatı”

Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və “ayı əhvalatı”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İrəvanda isterik durum yaşanmaqdadır

Gürcüstanda yaşanan proseslərin Ermənistana ciddi təsiri hiss edilməkdədir. İrəvanda isterik durum formalaşıb. Yazımız bu barədədir. Daha doğrusu, sözügedən durumun ayrı-ayrı təzahür formalarından və məsələ ilə bağlı müzakirələrin Azərbaycanla əlaqəli məqamlarından söz açacağıq.

Bəli, Gürcüstanda vəziyyət gərgindir. Hökumət qüvvələri ilə avrosentrist müxalifət təmsilçiləri arasında qarşıdurma getdikcə şiddətlənir. İkincilər birinciləri parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda günahlandırır və iğtişaşlar törədirlər. Birincilər isə geri çəkilmək niyyətində deyillər və mövqelərini əməlləri ilə ortaya qoymaqdadırlar.

Nəzərə alaq ki, gürcü müxalifətinin qalib gəlməsi rəsmi İrəvan üçün də sərfəlidir. Erməni hakim düşərgəsinin təmsilçiləri hesab edirlər ki, əgər qonşu ölkədə əks cinah üstünlüyə yiyələnib hakimiyyətə gələ bilsə, guya, demokratiya öz tərəfdarlarının sıralarını genişləndirəcək. Əlbəttə, dilə gətirilməsə də, bu genişlənmənin Cənubi Qafqazda qlobal Qərb maraqlarının təminatı baxımından müstəsna əhəmiyyət daşıması amili üzərində dayanılır. Axı indiki durumda, qatı Qərbpərəst Ermənistan, faktiki olaraq, təkdir.

Bəli, hazırda erməni iqtidarında təmsil olunanlar, eləcə də onların tərəfdarları ölkələrinin Qərb maraqlarının sorğu-sualsız, mütiliklə yerinə yetirilməsi işində tək qaldığını gözəl anlayırlar. Onu da anlayırlar ki, təklik şəraitində 2026-cı ildə keçiriləcək parlament seçkiləri onlara heç bir müsbət perspektiv vəd etmir. Çünki erməni xalqı 2018-ci ildən sonra ona verilən sözlərin sabun köpüyü olduğunu görüb. Belə ki, Ermənistanda sosial-rifah şəraiti ağırdır, hökumət problemlərə çevik reaksiya verə bilmir və s. Buna görə də baş nazir Nikol Paşinyan idarəçilik sistemini gücləndirməyə girişib. Ancaq əməli tədbirlər görməyi deyil, hüquq-mühafizə orqanlarını, yəni zor aparatını daha da möhkəmləndirməyi hədəf seçib. Sanki 2026-cı il seçkilərinə deyil, döyüşə hazırlaşır.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin 2026-cı ildə məhz döyüşə hazırlaşdığını hazırda ölkədə Gürcüstanda baş verənlərlə bağlı bəzi fikirlər də təsdiqləyir. Söhbət erməni iqtidarının dəstəkçilərinin səsləndirdikləri fikirlərdən gedir. Görünür, Paşinyan onlara Gürcüstanda yaşananların hər iki aqibətinə nəzərən tapşırıqlar verib. Əgər müxalifət qalib ayrılsa, Ermənistanda bildiriləcək ki, demokratiya qələbə qazandı və proses bütövlükdə Cənubi Qafqazı əhatə etməlidir. Mövcud xüsusda isə Azərbaycanın, guya, antidemokratik ölkə olması ritorikası indidən qabardılır.

Yeri gəlmişkən, bu məntiq çox tanış gəlir. Yada salaq ki, 2018-ci ildə hakimiyyətə yiyələnmiş Paşinyan 2019-cu ildə Azərbaycanla danışıqlar prosesini pozarkən, ölkəmizin demokratiyadan uzaq olduğunu vurğulamış və belə məntiq irəli sürmüşdü ki, demokratik ölkə təmsilçisinin avtoritar idarəçilik nümayəndəsi ilə bir masa ətrafında əyləşməsi mümkünsüzdür. Nikol “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını məhz bu “mümkünsüzlüyü” rəhbər tutaraq səsləndirmişdi. O, özünün “demokratiyanın qladiatoru” obrazına güvənərək elə zənn etmişdi ki, Qərb dünyası Ermənistanı Qarabağ avantürasında da dəstəkləyəcək. Əslində, dəstək vəd edilmişdi də.

***

Təsəvvür edin ki, 44 günlük Vətən müharibəsi başlananda və Azərbaycan təşəbbüsü ələ alıb hücuma keçəndə Qərb mediası haqq davamızı işğalçılıq kimi təqdim etmişdi. Bir anlıq onu da təsəvvürə gətirək ki, üstünlüyə yiyələnən tərəf Azərbaycan deyil, Ermənistandır. Belə bir durum yaransaydı və erməni ordusu əlavə ərazilər işğal etməyi bacarsaydı, şübhəsiz, həmin Qərb mediası beynəlxalq hüququ bir kənara atıb hadisələri demokratiyanın genişlənməsi, Cənubi Qafqazın demokratikləşməsi kimi göstərəcəkdi.

Azərbaycan ələ keçiriləcək və beləliklə, Qərbin illərdən bəri xalqın dəstək verdiyi qanuni iqtidarı devirmək planı gerçəkləşəcəkdi. Müvafiq olaraq, 1994-cü ildən qurulmuş düzən pozulacaqdı. O düzən ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə ərsəyə gəlmiş və rəsmi Bakının siyasəti sayəsində Qərblə Rusiya arasında balans xəttinə əsaslanmışdı. Axı Qərb heç bir balans istəmir, Moskvanı regiondan tamamilə uzaqlaşdırmağı hədəf seçir.

Bəli, Gürcüstanda Qərbyönümlü müxalifət qələbə qazansa, erməni iqtidarının əlinin güclənməsi şəraitində yenidən sözügedən ritorika gündəmə gələcək. Nəticə etibarilə, İrəvanın Bakı ilə sülh danışıqlarından hazırkı yayınma tendensiyası güclənəcək. Müvafiq olaraq, Qərbin Ermənistana dəstəyi daha da artacaq. Bu isə erməni avantürizminin tamamilə yeni məcraya qədəm qoyması reallığını doğuracaq. Ancaq hələlik, sözügedən plan işləmir. Ona görə də rəsmi İrəvan siyasi sərmayəsini həm də Gürcüstanda proseslərin Qərbin xeyrinə nəticələnməməsi perspektivinə yatırmaqdadır. Necə? Bunu da izah edək.

***

Məsələ ondadır ki, hazırda Ermənistan iqtidarı və ona yaxın dairələr yenə ölkələrinin Qafqazda demokratiya adası olması məntiqi üzərində dayanırlar. Onlar Qərbin İrəvana dəstəyini genişləndirməsinin zəruriliyini əsaslandırmaq yönümlü fikirlər yürüdürlər. Əlbəttə, mövcud istiqamətdə konkret addımlar da atılmaqdadır. Diqqət yetirək, Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına üzvlük məsələsi ətrafındakı müzakirələri pesrpektivə daşımaq xüsusunda fikirlər səsləndirdiyi halda, baş nazir Nikol Paşinyan Aİ-yə qoşulmaq üçün referendum məsələsini gündəmə gətirməkdədir. Halbuki, Ermənistan Aİ istiqamətində Gürcüstanın indiyədək qət etdiyi yolun yarısının yarısını belə getməyib. Digər tərəfdən, sadə məntiqlə yanaşsaq, sıravi gürcü istər şüurən, istərsə də davranış tərzi baxımından daha çox avropalıdır, nəinki sıravi erməni. Amma sıravi gürcü həm də tipik qafqazlıdır və özünə Avropa dəyərləri adı ilə sırınan əxlaqsızlığı və pozğunluğu yaraşdırmır. Ona görə də ənənəvi dəyərləri rəhbər tutan iqtidarı dəstəkləyir. Yəni, Gürcüstandakı durumun məhz bu sayaq özəlliyi var.

Ermənistan isə arxı hoppanmamış, “hop” demək istəyir. Əslində, Paşinyanın ölkə parlamentinə daşıdığı “Euro Vote” təşəbbüsü də məhz bu niyyətdən qaynaqlanır. Nikol özünü 2026-cı il üçün sığortalayır. Hesab edir ki, Gürcüstandakı siyasi təbəddülatlar fonunda Qərbə mütləq sadiqlik ruhunun nümayişi iqtidarını qorumaq naminə ən yaxşı vasitədir. Təxminən belə: baxın, gürcülərdən fərqli olaraq, biz ermənilər sizə daha sadiqik. Şübhəsiz, bu sadiqlik Qərbin öz maraq və mənafeləri baxımından bütün dəyərləri heçə saymaq təbiətinin mövcudluğu üzərinə oynanılan oyundur və həmin oyunun dərin qatları var.

Nikol Qərbə sadiqlik ritorikasını genişləndirməklə, eyni zamanda, ölkəsinin Cənubi Qafqazda anti-Rusiya cəbhəsinin açılması üçün tam hazırlığını bəyan etmiş olur. Nəzərə alaq ki, bu məntiqdə anti-Azərbaycan fəaliyyət də başlıca yer tutur. Baxın, Paşinyanın tərəfdarları son günlər Azərbaycan-Rusiya tandemi xüsusunda fikirləri daha əzmlı tirajlamaqdadırlar. Üstəlik, onlar uca səslə bəyan edirlər ki, Cənubi Qafqazın gələcəyi avropalaşma və Avropa Birliyinə inteqrasiyadadır. Bölgə əsrlər boyu Rusiyanın, Türkiyənin və İranın siyasi təsiri altında qalıb, müharibələr və münaqişələr zonasıdır, qlobal tendensiyalar avtoritarizmin yayılmasını və genişlənməsini reallığa çevirir, bu isə azad dünya ölkələrini demokratik dövlətlərin coğrafiyasını genişləndirməyə və diktarura rejimləri tərəfindən yeni ölkələrin ilhaqının qarşısını almağa sövq etməlidir.

Bütün bunların isə bir adı var: yalvarmaq. Bəli, Gürcüstan hadisələri fonunda erməni iqtidarı indidən Qərbə yalvarmağa başlayıb. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının “Euro Vote” təşəbbüsü yalvarış ritorikasına imic qazandırmaq cəhdindən başqa bir şey deyil. Lakin Nikolun tərəfdarları bu fikirdədirlər ki, Donald Trampın ABŞ Prezidenti seçilməsi və ya Gürcüstanın hakim partiyasının Aİ-yə inteqrasiya prosesini dayandırmaq qərarı Ermənistanın Avropa istəkləri üçün keçilməz maneələr yarada bilər. Onlar hətta nağıl da danışırlar. 2030-cu ildə Gürcüstanda fərqli hökumətin formalaşması ehtimalından, habelə 2028-ci ildə Birləşmiş Ştatlarda demokratların yenidən hakimiyyətə yiyələnmələrindən söz açıb sərsəmləyirlər. Bir sözlə, rəsmi İrəvan və dəstəkçiləri hər şeydən danışırlar, regionda normal münasibətlərin qurulması perspektivinə heç cür köklənmək istəmirlər. Məqsədləri yalnız və yalnız qlobal konfrantasiyalarda alətə çevrilməkdir.

Nəhayət, Ermənistanda Gürcüstandakı proseslər fonunda yaranmış isterik durumun bilavasitə Azərbaycan seqmenti üzərində dayanaq. Erməni başbilənlər şivən qaldırırlar ki, əgər Gürcüstanda hazırkı iqtidar qələbə qazansa, bu, Bakıya İrəvana qarşı təcavüzkar planlar gerçəkləşdirmək üçün imkan yaradacaq. Beləliklə, erməni demokratiyası avtoritarizmin sərt sifəti ilə üzləşəcək, nəticədə Avropanın istəkləri yerinə yetirilməmiş qalacaq. Göründüyü kimi, deyim Ermənistanı Qərb üçün vacib halqa kimi göstərmək cəhdidir. Əlbəttə, çox primitiv yanaşmadır. Çünki erməni iqtidarı bir qədər ayıq olsa, birincisi, Ukraynada yaşananlara diqqət yetirər və anlayar ki, Qərbin ipi ilə quyuya enmək çox təhlükəlidir. Axı Ukrayna taleyin ümidinə buraxılmış durumdadır. İkincisi, ən əsası isə rəsmi İrəvanın və tərəfdarlarının bir mütləq həqiqəti anlamaları vacibdir. Nədir bu həqiqət?

Reallıq budur ki, Ermənistan Qərb üçün nə qədər önəm daşısa da, ölkə alət, forpost statusundan o tərəfə keçmir. Çünki birincinin ikinci üçün real iş müstəvisində verəcəyi başqa heç nə yoxdur. Azərbaycanda isə 1994-cü ildən Qərb kapitalı təmsil olunur və tarixin heç bir dövründə bu təmsilçilik indiki qədər olmayıb. Yəni Qərb yekun nəticədə durumu riskə atmaq istəməyəcək, məcbur qalıb əldə etdikləri ilə kifayətlənəcək. Həm də ona görə ki, Azərbaycan tutduğu balanslı siyasət kursundan, bu kursun real müstəqillik trayektoriyasından uzaqlaşmayacaq.

Azərbaycanın irəli sürdüyü tezis ondan ibarətdir ki, Cənubi Qafqaz sülhə və sabitliyə söykənmiş əməkdaşlıq platformasına çevrilsin. Mövcud müstəvidə region ölkələrinin və regiona tarixən bağlı tərəflərin mənafeləri paritet şəkildə nəzərə alınsın. Əlbəttə, Qərbin də bu platformadakı dividendləri inkaredilməzdir. Ancaq dividendlər bərabərhüquqlu və bərabərtərəfli münasibətlərin nəticəsi kimi meydana çıxmalıdır, hansısa diktənin məhsulu təsiri bağışlamamalı, hərbə-zorbaya əsaslanmamalıdır. 44 günlük müharibədən sonra Bakının İrəvana uzatdığı barış əlinin məntiqində də bu amil dayanır. Amma İrəvan artıq dörd ildən çoxdur ki, əlimizi sıxmaq istəmir, silahlanmağa, təxribatlara üstünlük verir. Belə yanaşmanın hansı nəticələr doğuracağını isə bir lətifə ilə əsaslandırıb yazımızı tamamlayaq.

Deməli, dağ kəndinə meşədəki ayının sakinləri yediyinə dair səs-küy yayılır. Kənd sakinlərindən biri ürəklənir və ayını öldürəcəyini deyib meşəyə doğru yollanır. Ayını görür və tam atəş açmaq zamanı gələndə tüfəng açılmır. Ayı sakini tutub tüfəngini əlindən alır, özünü isə belinə atıb mağarasına gətirir. Əvvəlcə onu yedizdirir. Həmin şəxs düşünür ki, ayı onu yedizdirib sonra həzm-rabeədən keçiərəcək. Bir azdan ayı kənd sakini üçün hamam hazırlayır ki, çimib təmizlənsin. Sakin düşünür ki, yəqin ayı onu pak etdikdən sonra yeyəcək. Sonra ayı həmin şəxsə yatmaq üçün isti yorğan-döşək düzəldir ki, yatıb dincini alsın. Kənd sakini bu dəfə də elə hesab edir ki, ayı onu yuxuya verib öldürəcək. Əlqərəz, ayı yuxulayan kimi kənd sakibi baltanı götürüb onu vurmaq istəyir. Bu dəfə ayı baltanı tutur və şəxsdən bu qədər yaxşı davranışının müqabilində nə üçün belə etdiyini soruşur. Sakin ayıya onun yerlilərini yediyini xatırladır. Ayının cavabı: onlar da sənin kimi davrandıqları üçün yeyildilər. Ermənistanın hazırkı durumu ayını öldürmək istəyən kənd sakininin vəziyyətini xatırladır.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see355

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see254

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see234

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see231

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see215

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see214

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see212

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see201

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see183

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see182

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see180

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see177

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see176

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see173

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see171

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see170

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see167

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see166

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri