Icma.az
close
up
RU
Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni səhifə ŞƏRH

Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni səhifə ŞƏRH

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni səhifə açılır. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənstan liderlərinin  görüşü, eləcə də imzalanmış sənədlər yeni tarixi mərhələnin başlanğıcıdır”. 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi və bu görüş təşəbbüsü də onun sözügedən mövqeyindən irəli gəlir. “Vaşinqton görüşü öncəsi Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı nikbin proqnozlar verilirdi, bu gözləntilər də özünü doğrultdu. Belə ki, Vaşinqtonda tarixi hadisələr baş verdi. Əvvəlcə qeyd edək ki, dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donal Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşü, xalqımız və ölkəmi haqqında müsbət fikirləri ilk növbədə dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir. Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin, iki ölkənin prezidentləri arasında keçirilən görüş çərçivəsində D.Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması xüsusi vurğulanmalıdır. Məlumdur ki, vaxtilə qəbul olunmuş bu sənəd tamamilə obyektivlikdən uzaqdır. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş 907-ci düzəliş iki ölkənin münasibətlərinə ciddi xələl gətirirdi. Doğrudur, illər öncə 907-ci düzəlişin tətbiqi dayandırılmışdı, lakin Bayden administrasiyası dövründə bu sənəd yenidən tətbiq olunmağa başladı. Prezident Tramp tərəfindən verilən bu qərar isə ədalətin bərpasıdır”, - o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, ən mühüm məqam Vaşinqtonda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün atılan addımlardır. “Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ olduqca vacibdir. Saziş layihəsinin paraflanması, sənədin imzalanması üçün mühüm mərhələdir. ATƏT-in Minsk qrupuna gəlincə, birgə müraciət bu təsisatın sonu deməkdir. Məlumdur ki, Minsk Qrupunun ləğvi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biridir. 30 il ərzində münaqişənin həlli üçün heç bir praktiki addım atmayan Minsk qrupu artıq rəsmən tarixin arxivinə göndərilir”, - o vurğulayıb.

Deputat qeyd edib ki, Vaşinqton görüşünün nəticəsi olaraq liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusi önəm kəsb edir: “Sənəd Azərbaycanın maraqlarına tam cavab verir. Birgə Bəyannamədə çox mühüm məqamlardan biri iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni özündə əks etdirir.

Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatı zamanı mühüm mesajlar verərək deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”. Bununla belə, dövlətimizin başçısı Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Ermənistanın ev tapşırıqlarının olduğunu da xatırladaraq vurğulayıb: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər”. Dövlət başçısı müsahibəsində Azərbaycan-ABŞ münasibətləri, 907-ci düzəlişin ləğvi, Minsk qrupunun buraxılması və s. barədə fikirlərini də ifadə edib.

Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, bu gün həqiqətən də bütün aspektlərdən - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Beləliklə, regionumuz yeni bir mərhələ ərəfəsindədir. İnanırıq ki, bu mərhələ xalqlarımıza böyük fayda verəcək”,-deyə deputat 
vurğulayıb.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Avqust 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri