Icma.az
close
up
RU
Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm hadisə

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm hadisə

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, eləcə də qarşılıqlı əməkdaşlıq istiqamətində mühüm siyasi hadisə kimi qiymətləndirilir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən, qarşılıqlı hörmətə və ərazi bütövlüyünün tanınmasına əsaslanan ədalətli sülh təşəbbüsləri irəli sürür. Məhz bu prinsipial və ardıcıl mövqe, eləcə də çevik diplomatik fəaliyyət danışıqlar prosesinin daha sağlam və nəticəyönlü müstəviyə keçməsinə zəmin yaratmışdır. Əbu-Dabi görüşü isə bu prosesin yeni və daha konstruktiv mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi platformaya çevrildi.
Görüşün neytral məkanda — beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən biri sayılan Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi tərəflər arasında birbaşa və səmimi dialoqun təşviq olunması baxımından xüsusi əhəmiyyət daşıyır. BƏƏ-nin bu görüşə ev sahibliyi etməsi, regionda sülhə töhfə vermək niyyətini ifadə etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və strateji diplomatik çevikliyinin bariz göstəricisidir.
5 saat davam edən tarixi görüşün ən mühüm nəticələrindən biri danışıqların vasitəçi olmadan, birbaşa ikitərəfli formatda davam etdirilməsi barədə razılaşmanın əldə olunmasıdır. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin həlli ilə bağlı aparılan müzakirələr də xüsusi əhəmiyyət daşıyır.
Mahir Süleymanlı vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasi liderliyi, milli maraqların müdafiəsində nümayiş etdirdiyi qətiyyət sülh prosesinin irəliləməsində həlledici rol oynamaqda davam edir.
Nəticə etibarilə, 2025-ci il iyulun 10-da keçirilmiş Əbu-Dabi görüşü yeni geosiyasi reallıqların yarandığı bir dövrdə Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin və ardıcıl sülh təşəbbüslərinin növbəti təntənəsi kimi tarixə düşdü. Bu formatın uğurla davam etməsi üçün beynəlxalq ictimaiyyətin obyektiv və məsuliyyətli mövqe tutması, həmçinin region ölkələrinin bu prosesə dəstək göstərməsi xüsusi əhəmiyyət kəsb edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri