Icma.az
close
up
RU
“Lemkinçilik” Cənubi Qafqazda sülhə demarş

“Lemkinçilik” Cənubi Qafqazda sülhə demarş

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxud Azərbaycana qarşı qərəzin “soyqırımı” uydurması

Diqqətli oxucularımız Lemkin Soyqırımının Qarşısının Alınması İnstitutu (Lemkin Institute for Genocide Prevention), yaxud qısaca Lemkin İnstitutu adlanan təşkilatın mövcudluğundan xəbərdardır. Qurumun indiyədək özündə Bakı-İrəvan ziddiyyətlərinə münasibəti əks etdirən açıqlama və bəyanatlarının mövcudluğundan da həmçinin. 

Əlbəttə, söhbət “lemkinçilərin” Azərbaycana qarşı açıq qərəz yağdırmasından gedir. Təşkilat köhnə “ampluasındadır” və indi ölkəmizlə bağlı antipatiya tonunu avqustun 8-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə”yə kökləyib. Yazımız bu barədə olacaq. Ancaq əvvəlcə bəzi məqamları vurğulayaq. 

***

Qeyd edək ki, sözügedən institut adını 1900–1959-cu illərdə yaşamış yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkindən götürüb. Lemkin II Dünya müharibəsi dövründə nasistlərin yəhudilərə, polyaklara və digər xalqlara qarşı törətdiyi kütləvi qırğınları izləyərək, bu cür cinayətlər üçün ayrıca hüquqi anlayışın vacibliyi ideyasını irəli sürmüş, ilk dəfə 1944-cü ildə yazdığı “İşğal olunmuş Avropada ox qüvvələrinin idarəetməsi” kitabında “genocide” (yunanca genos nəsil, xalq, latınca caedere  öldürmək) sözünü işlətmişdi. Məhz Lemkinin israrlı təşəbbüsü ilə 1948-ci ildə BMT “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” qəbul etmişdi və hazırda beynəlxalq hüquqdakı soyqırımı anlayışı bu şəxsin mirası hesab olunur. 

R.Lemkin idealist idi. Eynilə ABŞ-ın atom bombasının ixtiraçısı, tanınmış fizik Culius Robert Oppenheymer kimi. Oppenheymer özünün nüvə silahı təşəbbüsünə bəşəri prizmadan yanaşırdı. Məsələn, o, səmimi şəkildə inanırdı ki, atom bombası gələcəkdə insanlıq əleyhinə cinayətlərin törədilməsi meyillərinin qarşısını birdəfəlik almaq üçün çox vacibdir. Başqa sözlə desək, alim faşist Almaniyası kimi dövlətlərin baş qaldıracağı təqdirdə, onlarla mübarizənin uzun sürməsinin və dəhşətli müharibənin yaşanmasının  əleyhinə idi. Hətta hesablayırdı ki, savaşda itirilən canlar atom bombasının atılması zamanı qeydə alınacaq tələfatdan xeyli çoxdur. 

Oppenheymer atom bombasının təkcə ABŞ-ın deyil, dünyanın ixtiyarına verilməsi və onun istifadəsinin yalnız müştərək qərarla gerçəkləşməsi ideyasını da irəli sürmüşdü. Amma sadəlövh fizik Birləşmiş Ştatların o zamankı rəhbərliyinin nüvə silahını qlobal rəqabət kontekstinə daşıdığını gördü, ardınca Xerosima və Naqasaki dəhşətindən ciddi məyusluq duydu. Heç şübhəsiz, eyni məyusluğu R.Lemkin də duyardı. Lemkinin həm də niyə məyus olardı, bu barədə də söz açacağıq. Hələlik isə... 

***

Əlqərəz, Lemkin İnstitutu avqustun 8-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə”yə fokuslanaraq, Cənubi Qafqazda ermənilərə qarşı soyqırımı təhlükəsi ilə bağlı narahatlıq və təşviş ifadə edib. Qurumun bununla bağlı bəyanatında bildirilib ki, hazırda medianın yaydığı məlumatlar və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş Birgə Bəyannamə sülhün vaxtından əvvəl bayram edilməsidir. 

“Lemkinçilərin” baxışlarına görə, guya, Azərbaycanın törətdiyi kütləvi cinayətlər, ölkəmizin davam edən təcavüzkar niyyəti diqqətdən kənarda qalıbmış və bu səbəbdən Vaşinqtonda paraflanmış sülh sazişi yeni müharibə və dağıntılara gətirib çıxara, Azərbaycanın ermənilərə qarşı soyqırımı xarakterli hərəkətləri üçün münbit şərait yarada bilər.

Əvvəlki havalara köklənmiş Lemkin İnstitutu yenə “Bakı həbsxanalarında saxlanılan erməni hərbi əsirlər” cəfəngiyyatını qaldırıb. Ən əsası isə “Artsax Respublikası” kimi sərsəmliyi gündəmə gətirən qurum Azərbaycanı “işğalçı” adlandırıb. Guya, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə işğalı leqallaşdırırmış və guya, sülh sazişi ilə ölkəmiz hüquqi cəhətdən güclü mövqeyə sahib Ermənistanı susdurmaq imkanı qazanıbmış. 

Lemkin İnstitutunun başbilənlərini “təşvişə salan” daha bir cəhət isə ATƏT-in Minsk qrupunun fəaliyyətini rəsmən dayandırmasıdır. Hiss olunur ki, onlar bəyanatlarını həm də bu hadisəyə görə yayıblar. Bəyanatda o da bildirilib ki, Azərbaycan Minsk qrupunun buraxılmasına nail olmaqla, “Artsax”dakı “soyqırımın” nəticələrini möhkəmləndirmək və qanuniləşdirmək istəyir. 

Təşkilat yaydığı sənəddə, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Ermənistanı Minsk qrupunun buraxılmasına məcbur etməklə, Qarabağ ermənilərinin hüquqlarını tanıyan yeganə diplomatik mexanizmi aradan qaldırıb. Habelə, sən demə, ölkəmiz Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılmasına nail olmaqla, özünün insan haqlarını pozan statusunu göstərən nadir istinadgahlardan birini sıradan çıxarıb və bundan sonra Azərbaycan Ermənistanı zəiflətmək və onun suverenliyini sarsıtmaq yolunda irəliləyəcək. 

Lemkin İnstitutunun yaydığı bəyanat qurumun öz fəaliyyət dairəsini aşdığını, siyasi fəaliyyətə keçdiyini də sübuta yetirir. Məsələn, təşkilatdakılar iddia ediblər ki, Ermənistanın təhlükəsizlik siyasətinin radikal şəkildə ABŞ-a yönəldilməsi əlavə risklər doğurur. “Saziş Ermənistanın təhlükəsizliyi üçün mühüm olan Rusiya və İranın maraqlarına təhdid yaradır. ABŞ iqtisadi və strateji cəhətdən “Zəngəzur dəhlizi”ndə maraqlıdır. Bu dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılacaq. ABŞ Xəzər dənizinə və Mərkəzi Asiyanın resurslarına çıxış dəhlizinin inkişafına monopoliyanı əldə edəcək ki, bu da ona Rusiya və Çinin təsirinə meydan oxumağa imkan verəcək”.

Onu da bildirək ki, Lemkin İnstitutu nəinki Azərbaycana qarşı qərəzli mövqe tutur, eyni zamanda, təxribatçı xətt yürüdür. Diqqətə çatdırdığımız iqtibasdan da bunu görmək mümkündür. Ancaq təşkilatın təfriqəyə keçdiyinin başqa sübutları da var. “Lemkinçilər” iddia edirlər ki, Azərbaycanla Ermənistan arasındakı mövcud sülh sazişi ABŞ diplomatik çərçivəsinin soyqırımı məqsədləri naminə istifadə olunmasıdır.  Bu isə guya,  Birləşmiş Ştatların nasist Almaniyasını yumşaltmaq siyasətinin risklər yaratması ilə eynilik təşkil edirmiş: “Ən bariz nümunə – 1930-cu illərdə nasist Almaniyasının yumşaldılması siyasəti, o cümlədən 1938-ci il Münhen sazişidir ki, bu da müharibənin qarşısını almadı, əksinə, aqressiyanı gücləndirdi”.

***

Göründüyü kimi, “lemkinçilərin”, loru dildə desək, nə yeyib-içdikləri qeyri-müəyyəndir. Necə bəslənəsən ki, belə cəfəngiyyat uydura biləsən? Həqiqətən, dəhşətli durum var. Bəşəri dəyərlərlə bu sayaq manipulyasiya və tarixin iyrənc interpretasiya metodundan bəhrələnmə qətiyyən ağlabatan deyil. Rafael Lemkin məhz buna görə məyus olardı. Çünki onun dövriyyəyə gətirdiyi soyqırımı termini siyasi alətə, hoqqabazlıq predmetinə çevrilib. 

Ümumən, Lemkin İnstitutunun hoqqabazlıqlarının  sayı-hesabı yoxdur. Qurum ötən beş ildə Azərbaycana qarşı olmazın hədyanlar yağdırıb. Əlbəttə, bir çox hallarda təşkilatın dövriyyəyə buraxdığı narrativlər rəsmi İrəvanın anti-Azərbaycan fəaliyyəti ilə uzlaşıb və bəzən elə təəssürat yaranıb ki, hər iki qütb bir-biri ilə əlaqədədirlər. Şübhəsiz, əlaqə olub da. Amma...

Əlaqədən söz düşmüşkən, onu da deyək ki, Lemkin İnstitutunun erməni lobbi və diaspor təşkilatları ilə işbirliyi məlumdur. Bir çox ekspertlərin bildirdiyinə görə, qurumun mövcudluğu erməni diasporunun “soyqırımı sənayesi”nə əsaslanır. Bu “sənaye” isə “soyqırımı tədqiqatçıları” üçün gəlir mənbəyi rolunu oynayır. 

Digər tərəfdən, xaricdə özünü alim adlandıran bir çoxları saxta soyqırımı narrativinə əsaslanıb özlərinə asan karyera qururlar. Axı mövcud istiqamətdə hansısa orijinal araşdırma aparmağa, əziyyət çəkməyə ehtiyac yoxdur. Cəfəngiyyatı bəzəyib asanlıqla elm aləminə atılanlar kitab satışlarından və nəşrlərindən, çıxışlardan, tədqiqat qrantlarından ciddi gəlir götürürlər. Yeri gəlmişkən, Lemkin İnstitutunun idarəçiliyində bu cür “alimlərə” rast gəlmək mümkündür. Onlar əvvəl 1915-ci ilin saxta soyqırımı üzərinə köklənirdilər. İndi isə özlərinə daha bir “yem” – “Artsax soyqırımı” tapıblar. 

***

Sonda onu da bildirək ki, erməni lobbi və diaspor təşkilatlarının, habelə, onların əli ilə hərəkətə gətirilən ayrı-ayrı qurumların, elə Lemkin İnstitutunun özünün ortaya atdığı tezislərin baş nazir Nikol Paşinyan administrasiyasının daha real xarici siyasət yürütmək cəhdlərini zəiflətdiyini iddia edənlər var. Deməli, üfüqdə sülh perspektivinin göründüyü hazırkı dövrdə rəsmi İrəvanın belə mənfi təmayüllərə, keçmişin xiffətinə köklənmiş anti-Azərbaycan mahiyyətli qərəzli bəyanatlara, həmçinin saxta “soyqırımı alimlərinin” legitimliyinə meydan oxuması lazımdır. 

Bəlli, hətta xaricdəki lobbi və diaspor, daxildəki revanşist və şovinist kəsim Nikola qarşı çıxsa da, erməni iqtidarının hansısa formada Azərbaycan ərazilərinə iddia motivini daşıyan cağırışlara münasibətdə əks fikir bildirməsi çox önəmlidir. Hesab edirik ki, bu, Bakı və İrəvan arasında daha səmimi mühitin formalaşmasına şərait yaradar, eyni zamanda, Lemkin İnstitutu və bəşəri dəyərlərlə ticarətə girişmiş sərsəm təşkilatları susdurar. 

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri