Icma.az
close
up
RU
Cənubi Qafqazda yeni reallıqlar fonunda Ermənistanın “sülh oyunları”

Cənubi Qafqazda yeni reallıqlar fonunda Ermənistanın “sülh oyunları”

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri haqda məlumatla oxucularımız tanışdır. Dünyaca məşhur, nüfuzlu "The Jerusalem Post” nəşrinin yaydığı bu xəbər Azərbaycan mediasında da geniş yayıldı.

Məlumatda yazmışdı ki, Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub. Xarici medianın yazdığına görə, əsas müzakirə mövzularından biri "Avraam (İbrahim) müqaviləsi"nin genişləndirilməsi və Azərbaycanın bu müqaviləyə daxil edilməsi ilə bağlı olub. Məlum olduğu kimi, martın 5-də İsrail Knessetində (parlamentində) Azərbaycanın bu müqaviləyə daxil edilməsi müzakirə olunub. Eyni zamanda Azərbaycanın İsrail-ABŞ strateji tərəfdaşlıq sazişinə qəbul edilməsi də İsraildə, ABŞ-da və Azərbaycanda müzakirə olunan mühüm məsələlərdəndir.

Bu kontekstdə Azərbaycan prezidentinin martın 15-də "İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının nizamnaməsinə qoşulmaq haqqında" qanunu təsdiqləməsi də xüsusi maraq doğurur. Dünyanın 39 ölkəsində müsəlmanlar əksəriyyətdir (80 faiz) 13 ölkədə əhalinin yarıdan çoxu müsəlmandır (50-79 fazi arası). Bu qədər müsəlman ölkələri arasında ilk səkkizlikdə olmaq çox ciddi nəticəsdir.

Məlum olduğu kimi, D8 dünyanın inkişaf etməkdə olan ən böyük müsəlman ölkələrini birləşdirən beynəlxalq təşkilatdır. Onlar Türkiyə, Pakistan, İndobeziya, Misir, İran və başqa ölkələrdir. Azərbaycanın bu sıraya daxil edilməsi onun da ən iqtisadi və siyasi cəhətdən ən güclü müsəlman dövlətlərindən biri kimi qəbul edildiyini göstərir.

Bu, Azərbaycanın daha bir diplomatik uğurudur. Həmin təşkilata qoşulmaqla bağlı qanunun məhz indi imzalanması Azərbaycan-İsrail-ABŞ üçtərəfli tərəfdaşlıq sazişi ətrafındakı müzakirələr fonunda baş verdi. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu ölkə olsa da, İsraillə də çoxdan və çox möhkəm dostluq və tərəfdaşlıq münasibətləri qurub. Buna, əlbəttə, Azərbaycanda tarixən formalaşmış millətlərarası və konfessiyalararası dialoq, etnik, dini tolerarantlıq mühiti də həlledici təsir edib. Azərbaycan bu baxımdan dünyanın əksər ölkələri, hətta Şimali Amerika və Qərbi Avropa üçün də nümunədir.

Ölkənin daxili ictimai-siyasi, etnik-dini, sosial-mədəni mühitində oturuşmuş bu yanaşma Azərbaycanın xarici siyasətinə də proyeksiya olunub. Azərbaycan müxtəlif istiqamətlərdə, müxtəlif mərkəzlərlə diplomatik iş apara bilir, hər kəslə bərabər şəkildə danışır. Azərbaycan hətta ən kəskin qarşıdurma cinahları arasında da tərəf tutmadan, ancaq beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasi xətt yürüdür və bu zaman öz milli maraqlarını da təmin edə biıir. Misal kimi, Rusiya-Ukrayna münaqişəsini də göstərə bilərik. Ona görə də, Prezident İlham Əliyevi "diplomatiya virtouzu" adlandırmaq olar.

Bu, xüsusilə, son günlərin hadisələri fonunda bir daha aydın göründü. Azərbaycanla ABŞ arasında münasibətlərin yenidən əvvəlki, hətta əvvəlkindən də daha yüksək səviyyəyə çatması istiqamətində gəlişmələr Ermənistanı da hərəkətə gətirdi. Rəsmi İrəvan Azərbaycanla sülh sazişinin mətnindəki iki razılaşdırılmamış bəndə də "hə" dedi. Beləliklə, sülh sazişi ilə bağlı razılaşdırılmamış müddəa sanki qalmadı. Ermənistan hökuməti bildirdi ki, bu sənədi istənilən vaxt, istənilən yerdə imzalaya bilər. Bunun ardınca isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutdu. Həmin ərəfədə baş nazir Nikol Paşinyan Türkiyə mediasının nümayəndələrinə də müsahibə verdi, sülh sazişinin imzalanmamasının məsuliyyətini ehtiyatla Azərbaycanın ünvanına yönəltməyə çalışdı. Bununla Ermənistan ABŞ-ın və Türkiyənin bölgədə yeni müharibə ehtimalına qarşı Azərbaycana təsir göstərməsinə nail olmaq istədi.

Azərbaycan prezidentinin, eləcə də, xarici siyasətə məsul şəxslərin - prezidentin köməkçisinin və xarici işlər nazirinin açıqlamaları özünü gözlətmədi. Azərbaycan tərəfinin mövqeyi əsaslı, ardıcıl və qətidir: Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması və ATƏT-in Misk Qrupunun buraxılması üçün Ermənistanın da müracət etməsi tələb olunur. Bu tələblər sülh sazişinin 17 bəndinə daxil deyil; sazişdən kənarda olan tələblərdir. Ancaq bu tələblər sülhün imalanması üçün əsasdır.

Azərbaycan beynəlxalq aktorlara da bunu anladır ki, Ermənistanla Azərbaycan arasında 1991-2020-ci illərdə olmuş münaqişəyə, müharibələrə səbəb məhz Ermənistanın Azərbaycana qarşı öz qanunlarında və Konstitusiyasında nəzərdə tutduğu ərazi iddialarıdır. Bu iddialara görə bu qədər savaş olub və bu qədər insan öz həyatını itirib. Sülh sazişi sonuncu müharibənin nəticələrinə əsaslanaraq, iki ölkə arasında barışıq ola bilər. Amma ilkin səbəb hələ də qalır. Bu, Konstitusiyadakı məlum müddəalar və Minsk Qrupudur.

Prezident İlham Əliyev buna görə dedi ki, Azərbaycanın Ermənistana etimadı yoxdur. O dedi: “Bizə sözlər yox, sənəd lazımdır”. Onu da əlavə etdi ki, Minsk Qrupu keçmiş Qarabağ münaqişəsini həll etmək üçün yaradılmışdı, ancaq həll etmədi, bunu Azərbaycan özü etdi. O cümlədən. BMT qətnamələrini də Azərbaycan özü yerinə yetirdi. Odur ki, münaqişə bitib. O halda Mİnsk Qrupuna nə ehtiyac var? Deməli, Konstitusiyada və qanunlarda ərazi iddiaları Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə başlaması üçün Konstitusion-hüquqi, Minsk Qrupunu “diri” saxlamaq isə, beynəlxalq-siyasi “əsaslar” olaraq Ermənistana lazımdır. Elə bu faktların özləri, üstəlik Ermənistanın sürətlə silahlandırılması təsdiq edir ki, Ermənistan hökuməti sülh sazişi mövzusu ilə, sadəcə, baş qatmağa çalışır. Ona görə prezident İlham Əliyev “bu adamlara inanmaq olmaz” deyir.

Azərbaycan dövlətinin başçısı Ermənistanın və onu Azərbaycana qarşı revanş xəyalları ilə “dolduran” mərkəzlərin niyyətlərini və hərəkətlərini vaxtında və dəqiq oxuya bilir. Ona görə də öz tələblərində israr edir. Prezident İlham Əliyev: “Ermənistan hökumətinə inanmaq olmaz” dedi. Bu fikrin təsdiqi də özünü çox gözlətmədi: Ermənistan bir yandan sülh sazişi ilə bağlı açıq qalan bəndlərə də razılıq verdi, sülh sazişini dərhal bağlamağa çağırış etdi, o biri yandan da, Azərbaycan ordusunun mövqelərini atəşə tutdu. Başqa sözlə, etibarsız bir tərəf olduğunu göstərdi. Bir sözü o biri sözünü tutmayan, üstəlik sözü ilə əməli uyğun gəlməyən belə tərəflə necə tərəfdaş olmaq olar?! Əlbəttə, mümkün deyil.

Azərbaycan isə özünü etibarlı və ardıcıl tərəfdaş olaraq göstərib. Bunun nəticəsidir ki, İsrail Azərbaycanı özünün ABŞ-la strateji tərəfdaşlığı formatına daxil etməyi düşünür və bu yöndə danışıqlar aparır, ABŞ administrasiyasına daxildən ictimai təsir də göstərilir. Ermənistan və arxasındakı mərkəzlər Azərbaycanı sülhə gəlməyən, razılaşmadan yayınan ölkə kimi dünyaya təqdim etməyə çalışırlar. Ancaq Azərbaycan prezidentinin açıqlamaları, apardığı xətt bütün bu iddiaları darmadağın edir. Azərbaycan “danışılması mümkün olmayan” dövlət olsaydı, əvvəldə dediyimiz kimi, çox müxtəlif cinahlar arasında balanslı xarici siyasət apara bilməzdi. Elə olsaydı, dünyanın ən böyük dövlətləri, qlobal güclər bir-biri ilə anlaşa bilmədiyi, hətta proksimüharibələrə cəlb olunduğu zaman, Azərbaycan bu aktorların hamısı ilə rəvan münasibətlər qura bilməzdi. Təkcə elə Rusiya ilə İran arasında təhlükəsizlik və sabitlik adası kimi onillərdir qalması və bu cür də davam etməsi özü çox şey deyir.

Bir sözlə, dünyanın dörd bir tərəfində, o cümlədən, qonşuluqda yerləşən çox çətin tərəfdaşlarla anlaşa bilən Azərbaycan bir Ermənistan kimi kiçik, əslində kvazidövlətlə dil tapa bilmədi?! Bunu düşünmək belə absurddur. Deməli, problem Ermənistanda, onun hökumətinin destruktiv mövqeyindədir. Bunu xüsusi olaraq sübut etməyə, əslində, elə də ehtiyac yoxdur.

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri