Icma.az
close
up
RU
Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükə yaradır

Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükə yaradır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 16-dan Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini üç dəfə atıcı silahlardan atəşə tutublar. Bu, nə birinci, nə də sonuncu hadisə deyil. İrəvanın təxribatlarının davamlı xarakter daşıdığını göstərir. Hayastanı buna həvəsləndirən isə Fransa, Avropa İttifaqı və Hindistandır. Burada Fransa əsas rol oynayır. Çünki Hindistandan silahların alınmasını təşkil edən Fransadır. Fransa ilə Hindistan arasında bəzi silahların birgə yaradılması ilə bağlı anlaşma var. Bu anlaşmada həmin silahların dost ölkələrə satılmasına dair xüsusi bir bənd yer alıb. Dost ölkə dedikdə isə təbii ki, Ermənistan nəzərdə tutulur. Fransa Prezidenti Emmanuel Makron hakimiyyətdə olduğu müddətdə İrəvana hərbi yardım davam edəcək.

Əgər Ermənistan silalandırılırsa, deməli, hansısa məqsəd var. Bu məqsəd heç də bu regionun sabitliyinə xidmət etmir. Əksinə Hayastanı təxribatlar törətməyə və Azərbaycana qarşı növbəti müharibəyə həvəsləndirir. Bunun nəticəsidir ki, 2024-cü ildə Ermənistanda oktyabrın 15-dən dekabrın 20-dək ehtiyatda olan hərbi qulluqçuların təlim-məşq toplanışları keçirilib. Ermənistan hökuməti bu il aprelin 1-dən iyunun 13-dək ehtiyatda olan hərbçilər üçün hərbi təlimlər keçirəcək. Bu təlimlər sıravi, çavuş və zabitləri əhatə edəcək. Bəzi ekspertlərin fikrincə, Ermənistan hökumətinin bu qərarı regionda gərginliyin artmasına səbəb olacaq. Çünki Ermənistanın yenidən müharibəyə başlamayacağına heç bir təminat yoxdur.

Bundan əlavə, 2024-cü ilin fevralında Ermənistan parlamenti hərbi xidmət və səfərbərlik haqqında qanunvericiliyə dəyişiklik edib. Səfərbərlik dövründə çağırış yaşına çatmış vətəndaşların qeydiyyata alınması və hərbi xidmətə çağırılması prosedurları sadələşdirilib, yayınma hallarına görə cəzalar sərtləşdirilib. Ermənistanda baş verən silahlanma prosesi və hərbi təlimlərlə bağlı dəyişikliklər isə şübhəsiz ki, Cənubi Qafqaz üçün yeni təhlükə faktorudur.

Ermənistan həm də Azərbaycanla şərti sərhəddə intensiv şəkildə fortifikasiya qurğuları tikir, mühəndis-istehkam işləri aparır. Hayların məqsədi daha güclü müdafiə sistemi qurmaq və gələcəkdə aparacaqları müharibə üçün zəmin yaratmaqdır. Hindistandan alınan silahların Azərbaycanla şərti sərhəd yaxınlığında yerləşdirildiyi barədə də məlumatlar var. Bu, çox narahatedici siqnaldır. Ona görə də iki ölkə arasında hərbi toqquşma riski yüksək olaraq qalır.

Qeyd edə ki, bu ölkə özünü bir az da güclü hiss edən kimi qonşularına ərazi iddiaları irəli sürməyə başlayır. Hücum silahlarının sərhəd bölgələrində yerləşdirilməsi yalnız bu niyyətləri təsdiqləyir.

Bütün istiqamətlərdə baş verən proseslər bir daha göstərir ki, Ermənistan sülh mesajlarının verilməsi fonunda sürətlə silahlanır və onu yeni münaqişədə Azərbaycana qarşı istifadə etməyi planlaşdırır.

Onu da qeyd edək ki, Ermənistanın silahlanması, mühəndis-istehkam qurğularının, dərinləşdirilmiş bunkerlərin yaradılması ilə paralel olaraq, şərti sərhəddə Aİ-nin mülki missiyası fəaliyyət göstərir. Missiya Ermənistanın xeyrinə casusluqla məşğul olurlar. Ümumiyyətlə, missiya üzvlərinin davranışı normal siyasi mədəniyyət standartlarına sığmır. Deməli, təxribatlar tez-tez vaş verəcək.

Ölkəmiz müharibə şəraitində olduğu dövlətin bu şəkildə silahlandırılmasına göz yuma bilməz. Çünki hələ də müharibə şəraitindəyik. İrəvan İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrinə çox ciddi yanaşmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir... Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, Ermənistan revanşist istəklərindən əl çəkməyib: “Ermənistan rəsmiləri sülh danışıqlarında müsbət məqamları qeyd etsələr də, hərbi ritorikadan əl çəkməyiblər. Üstəlik, son illər Ermənistan sürətlə silahlanır və bu silahlar təkcə müdafiə deyil, həm də hücum xarakterlidir. Ehtiyatda olan hərbçilərin uzunmüddətli təlimlərə cəlb olunması da müəyyən niyyətlərdən xəbər verir”. Nağıyev onu da qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla, əslində, Rusiyaya qarşı addımlar atır, Moskvanı Cənubi Qafqazda mümkün münaqişəyə cəlb edir. Onun fikrincə, bu cür hərəkətlər Rusiyanın regionda təsirini zəiflətməyə çalışan Avropa İttifaqı və Fransa tərəfindən istiqamətləndirilir: “Azərbaycan Ermənistanın istənilən qanunsuz hərəkətinə qarşı ciddi cavab tədbirləri görəcək. Ermənistanın istənilən təxribatı onun üçün problemlə nəticələnəcək. Ona görə də o, və onun himayədarları ciddi düşünməlidirlər”.

Deputatın sözlərinə görə, Ermənistan tərəfi Aİ-nin regiondakı müşahidə missiyasının məlumatlarından istifadə edir. “Bu missiya cəsusluqla məşğul olur”.

Bu arada qeyd edək ki, Pentaqon iyul-avqust aylarında Almaniyadakı hərbi bazalardan təlimlərdə iştirak etmək üçün Ermənistana texnika və avadanlıq gətirməyi planlaşdırır. Onların geri qaytarılması isə sentyabrda nəzərdə tutulur. Ümumilikdə, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 texnikanın daşınması planlaşdırılıb.

Sonda onu da deyək ki, Cənubi Qafqazda əmin-amanlığa aparan yol sülh müqaviləsidir. Ermənistan rəhbərliyi sərbəst siyasət yürütmək qabiliyyətinə malik olmadığından xarici qüvvələrin təsiri ilə onların dediklərini həyata keçirir. Ermənistanı silahlandırmaq, əlavə vəsait vermək regionda yeni münaqişələr yaratmağa yol açır. Bu da Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, sülhün bərpa edilməsinə zərbədir. Onu da bilməlidirlər ki, silahlanmaq və şərti sərhəddə təxribatlar törətməklə heç nəyə nail ola bilməyəcəklər. Bu, onların sonunu gətirəcək. Bunu haylar başa düşməlidirlər.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see306

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see178

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see157

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see127

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see119

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri