Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Cənubi Qafqazda YENİ SSENARİ Regionun xəritəsi yenidən ÇƏKİLİR FOTO

Cənubi Qafqazda YENİ SSENARİ Regionun xəritəsi yenidən ÇƏKİLİR FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq hər kəs bilir ki, dünyada supergüc olduğunu iddia edən Amerika Birləşmiş Ştatlarında prezident dəyişir. Respublikaçılar Partiyasının namizədi, prezident seçkilərində demokratların namizədi və Co Baydenin ən yaxın silahdaşı – Kamalla Harrisi məğlub edən Donald Tramp Birləşmiş Ştatların yeni prezidentidir. Bu gün keçirilən andiçmə ilə növbəti 4 ilə Ağ evə sahiblik edəcək Trampın Baydenin planet boyu törətdiyi fəlakətlərə necə nöqtə qoyacağı, Amerikanın sarsılmış imicini necə bərpa edəcəyi, ələlxüsus da, Cənubi Qafqazda cərəyan edən proseslərə hansı aspektdən yanaşacağı çoxlarını düşündürür.
 

Hər şeydən əvvəl, onu deyək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-2020-ci illərdə dövlət başçısı funksiyasını yerinə yetirən Trampın ilk prezidentlik dönəmində Bakı-Vaşinqton münasibətlərində pozitiv elementlərin daha çox üstünlük təşkil etdiyini bildirir. Həqiqətən də, həmin 4 il ərzində nəinki Prezident ABŞ-nin də fəal olduğu platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, üstəlik, işğalçı Ermənistandan 30 illik haqqını, yəni 20 faiz torpağını geri aldı, ərazi bütövlüyünü təmin etdi. Ermənistan elitasını narahat edən də məhz Trampla bağlı acı xatirələrdir.


Odur ki, ermənilər bu dəfə hiyləgər davranaraq artıq hakimiyyəti tərk edəcəkləri bəlli olan demokratlarla – Baydenin xarici siyasətinə nəzarət edən şəxs – dövlət katibi Antoni Blinkenlə Strateji Tərəfdaşlıq Xartiyasını imzalaya bildilər. Bu gün Azərbaycan ictimaiyyətini narahat edən məsələ sülh sazişinə hələ də “hə” deməyən Ermənistanın ABŞ-nin həm siyasi, həm hərbi dəstəyini təmin etdikdən sonra özünü necə aparacağı, regional proseslərə hansı çalarlar gətirəcəyidir. Əslində, reallıqlar Paşinyan komandası və revanşist ermənilərin hətta Vaşinqtonla hərbi sövdələşməyə girsə belə, Azərbaycanın hərbi qüdrəti qarşısında davam gətirməyəcəyindən xəbər verir. Ancaq hər bir halda, bu addım kövrək sülhə zərbə vurmaqla yanaşı, regionu böyük güclərin hərbi poliqonuna çevirə bilər.
Ermənistan paralel olaraq Avropa İttifaqı ilə quruma üzv olmaq üzrə danışıqlara da başladı.
Burada məqsəd tək təşkilatın maliyyə qaynaqlarından yararlanmaq deyil, həm də qurumun siyasi dəstəyini qazanaraq Cənubi Qafqazda mövqeyini möhkəmləndirməkdir. Xüsusilə də, ermənilər Avropa İttifaqının Müşahidə Missiyasının sərhəd bölgəsində fəaliyyət müddətini uzatmağa çalışır. Üstəlik, Avropa Sülh Fondunun xətti ilə silah idxalı Paşinyan hökuməti üçün prioritet məsələdir.
Doğrudur, digər qüvvə mərkəzləri inteqrasiya prosesinin qısa müddətdə həyata keçməyəcəyini düşünürlər. Lakin hələ ki, Paşinyandan tutmuş digər rəsmilərə qədər hər kəs məlum olaya yetərincə pafos qataraq erməni cəmiyyətini necə deyərlər, rahatlamağa çalışır. Məsələn, Ermənistanın baş naziri sosial şəbəkə hesabında atılan addımları balanslaşdırma siyasətinin birinci mərhələsi adlandırır. Nikol Paşinyanın “Sülh-qonşuların əhatəsində xarici dəstəyə ehtiyac olmadan yaşamaq bacarığıdır” tezisi isə onun həyata keçirdiyi dırnaqarası “strateji kursla” tərs mütənasibdir.
Əgər söhbət məhz xarici dəstəkdən gedirsə, ermənilər onsuz da uzun illər Rusiya və İranın həm siyasi, həm iqtisadi, həm də hərbi dəstəyindən yararlanıblar. İndiki mərhələdə “masa dəyişdirmək”, Rusiya və İranın dəstəyini ABŞ və Avropa İttifaqı ilə əvəzləmək əsla və əsla təhlükəsizlik maraqları, yaxud da Ermənistan dövlətçiliyi üçün təhdid yarandığı ilə əlaqələndirilə bilməz. Paşinyanın nisbətən bəlağətli görünən açıqlamaları isə bir məqsəd güdür: sələflərinin xəyanət irsini davam etdirmək. Hayların əsl niyyəti “ABŞ və Avropa İttifaqı regiona gəlir” xofu altında Rusiya və ortaqlarından daha çox şey qoparmağa hesablanır.
Ermənistanın hələ Rusiya asılılığından tam xilas olmamış yeni tərəfdaşlarla obrazlı desək, “xarüqələr” yaradacağı tam bir nonsensdir, yalandır, dezinformasiyadır.
Bu o deməkdir ki, ABŞ və Avropa İttifaqı ilə həyata keçirilən layihələr dərin strateji baxışlara deyil, cari maraqların təmininə hesablanır. Məsələn,
-Ermənistanda ümumi enerji təchizatının 57 faizi təbii qaz;
-20 faizi nüvə yanacağı;
-11 faizi bərpaolunan enerji mənbələri;
-10 faizi neft;
-2 faizi kömür və digər mənbələr hesabına həyata keçirilir.
Ermənistanın təbii qaza olan tələbatı il ərzində təxminən 3 milyard kubmetrə bərabərdir ki, bunun 2,5 milyardı Rusiyadan alınır. Ermənilər İrandan il ərzində təxminən 400 milyon kubmetrə qədər qaz alır, hədəf idxalı 1,8 milyarda çatdırmaqdır. Lakin hayların “Amerika sevdası” bu planları yarımçıq qoya bilər. Rusiya Ermənistana qazı Avropaya satdığından təxminən 50 faiz ucuza satır. Bu statistikada ermənilər dinamikanı öz xeyirlərinə dəyişməsələr, Vaşinqton və Brüssellə çoxşaxəli əməkdaşlıq, dinc atom enerjisi iddiaları real nəticələr verməyəcək. Əksinə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri daha praqmatik və rasional meyarlara söykənir. Xüsusilə də, qaz tədarük edən ölkələr kontekstində... 
Prezident İlham Əliyevin də dediyi kimi,
-hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir;
-onlardan 10-u Avropa ölkəsidir;
-həmin 10 ölkədən 8-i Avropa İttifaqının üzvüdür.

-ittifaqın bir çox üzvü daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir.
Prezidentin səsləndirdiyi fikirlər reallığı əks etdirir. Hazırda Qərbin Cənubi Qafqaz üzrə əsas biznes maraqları Azərbaycanda cəmləşir. Logistika nöqteyi-nəzərdən daha çox Gürcüstan seçilir. Ermənistan isə yalnız lobbiçilərə və müxtəlif qrant təşkilatlarına ümid edə bilər ki, bu da real siyasət üçün möhkəm təməl sayıla bilməz. Odur ki, Ermənistanda hər kəs Paşinyan kimi düşünmür və onun qədər idealist deyil.
Bölgə dövlətlərinin rəsmi dairələri də hayların son 2 təxribat cəhdinə reaksiya verərək bu addımların Cənubi Qafqazın ümumi sülh arxitekturasına destruktiv təsir göstərəcəyini bildirirlər.


Rusiya tərəfi hesab edir ki, Avropa İttifaqına üzvlük eyni vaxtda Avrasiya İqtisadi İttifaqında iştirakla əsla üst-üstə düşmür. Çünki, bunlar iki fərqli azad ticarət zonaları, tarif və rüsumlardan imtinanın iki fərqli sistemidir.
Bir neçə gün bundan öncə İrəvanda səfərdə olan İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası rəhbərinin erməni rəsmilərinə bir mövzuda sərt xəbərdarlıq etdiyi bildirilir. Söhbət ABŞ və Avropa İttifaqı müşahidə missiyası adı altında bölgəyə xarici agentura şəbəkəsinin gətirilməsindən gedir. Xatırladaq ki, 14 yanvar xartiyası əsasında avropalı müşahidəçilərə paralel regiona amerikalı missiyanın da gələcəyi və onların əsasən, İranla sərhəddə yerləşdiriləcəyi gözlənilir.
O ki qaldı Gürcüstana, bu gün Gürcüstan Azərbaycanın etibarlı siyasi-iqtisadi tərəfdaşlarından biridir. İndiyədək ölkələrimiz arasında 130-dan çox sənəd imzalanıb. İki ölkə bir çox mühüm layihələrin iştirakçısıdır. Bakı və Tbilisi “Qafqaz evi” ideyasının müəllifləridir. Gürcüstanın baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinə yüksək dəyər verərək təsadüfən “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” demir.
Gürcüstan rəsmiləri ABŞ və Avropa İttifaqının çevriliş planlarının qarşısının alınması və milli identikliyin qorunması məsələlərində Azərbaycanı örnək aldıqlarını açıq etiraf edirlər.
Qardaş Türkiyə isə ABŞ-nin NATO üzrə yaxın müttəfiqi kimi Ermənistanın son cəhdlərinin regional sülh və iqtisadi əməkdaşlıq proqramlarına hansısa kardinal təsir göstərə biləcəyini düşünmür. Ötən həftə sonu Bakıya səfər edən və Prezident İlham Əliyevlə görüşən Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan sonra da bölgə təhlükəsizliyi məsələsində Azərbaycanla bir addımlayacaqlarını bildirdi. Bütün bunlar o anlama gəlir ki, İrəvanın 14 yanvar xartiyası ilə Cənubi Qafqazın geosiyasi konfiqurasiyasını dəyişəcəyi illüziyadan başqa bir şey deyil.
Regionun proqressiv qüvvələri artıq öz seçimlərini ediblər – sülh və tərəqqi. Odur ki, gec-tez siyasi meydanda tək qalacaq Ermənistan da öz addımlarını bu tezislərə uyğunlaşdırmalıdır. Əks halda hazırda sahib olduğu şərti müstəqilliyini də itirəcək.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri