Icma.az
close
up
RU
Cənubi Qafqazın ən böyük partiyası: Azərbaycan üçün hələ çox iş görəcək

Cənubi Qafqazın ən böyük partiyası: Azərbaycan üçün hələ çox iş görəcək

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir dövlətçilik sistemlərinin əsas institutlarından biri də siyasi partiyalardır. 

Onlar demokratik nəzarət mexanizmi yaratmaqla yanaşı, dövlət siyasətinin formalaşmasında mühüm rol oynayırlar. Belə ki, vətəndaşlar partiyalar vasitəsilə öz baxış və tələblərini ifadə edir, seçkilərə qatılaraq dövlətin idarəçilik prosesinə təsir göstərə bilirlər.

Hökumət və parlament daxilində ideoloji və proqram yönümlü siyasətləri təmsil edən partiyalar, eyni zamanda, qanunvericilik və icra orqanlarında cəmiyyətin maraqlarını təmin edirlər.

Partiyaların başqa önəmli bir funksiyası isə siyasi xətt və lider yetişdirməsidir. Bir növ gələcək dövlət başçıları, qanunverici və idarəçilər üçün təcrübə, təlim platformasıdır. 

Beləliklə, siyasi partiyalar dövlətçilik sistemində seçki və qanunvericilik prosesində iştirak etməklə bərabər, cəmiyyətdə siyasi mədəniyyətin formalaşmasına, dövlətin legitimliyinin güclənməsinə, eləcə də sosial dialoqun inkişafına xidmət edirlər. Yəni, onların mövcudluğu demokratik dövlətlərin əsas sütunlarını təşkil edir.

Bu mənada, dövlət müstəqilliyinə və bunun ardınca demokratik cəmiyyət quruculuğuna yeni qədəm qoymuş Azərbaycanda da siyasi sistem çoxpartiyalılığa, plüralizmə əsaslanır. Bu partiyalardan biri də Yeni Azərbaycan Partiyasıdır (YAP). Az qala, müasir müstəqil Azərbaycanla həmyaşıd olan bu partiyanın bu gün 33 yaşı tamam olur. 

Məlumdur ki, 1990-cı illərin əvvəllərində - Sovet İttifaqı dağılandan sonra müstəqilliyini elan edən Azərbaycan çətin günlərini yaşayırdı. Hətta xalqımız böyük faciələr - 20 Yanvar qırğını və ərazilərinin işğalı faktları ilə üzləşmişdi. Belə bir vəziyyətdə ölkənin yeni tarixinə “91-lər” kimi yazılan ziyalılar, dövlət xadimləri, və vətənpərvər insanlar təcrübəli dövlət adamı Heydər Əliyevə müraciət etdilər. 

Məhz bu müraciətə cavab olaraq 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə Naxçıvanda keçirilən konfransda  Yeni Azərbaycan Partiyası təsis edildi. Təsadüfi deyil ki, bu konfransdan sonra ölkədə yeni siyasi qüvvə yaranmağa başladı. Çünki YAP müxalifət partiyası kimi yaranmışdı və dövlətin ağır problemlərini, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edirdi. 

Həmin vaxt ölkə idarəolunmaz vəziyyətə düşmüşdü, müstəqillikdən keçən bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf getmirdi, əksinə, geriyə addımlar atılırdı. 

O dövrdə Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və xarici siyasət kursu vəziyyəti daha da ağırlaşdırırdı. Şimal qonşumuz Rusiya ilə də münasibətlər pisləşmişdi. Nəticədə məhz həmin ərəfədə Rusiyanın himayəsi ilə Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal edildi.

Bundan başqa, Müsavat-AXC cütlüyünün hakimiyyəti dövründə İranla da münasibətlər kəskinləşmişdi. Bu siyasət sayəsində Azərbaycan həm şimaldan, həm də cənubdan faktiki olaraq ağır təzyiq altına düşmüşdü. Bunlar azmış kimi, ABŞ Konqresi də Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etmişdi.

Bütün bunların fonunda cəmiyyətdə Heydər Əliyevə inam yüksək səviyyədə idi. Ona görə ki, 1970-80-ci illərin əvvəllərində onun rəhbərliyi altında Azərbaycan sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdi. Beləliklə, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçildi.

Bundan sonra Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasına başlanıldı. Nəticədə, müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin bariz “yol xəritəsi”ni ortaya qoydu. Təsadüfi deyil ki, YAP üzvlərinin sayına görə bu gün Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu ümumxalq partiyasında cəmiyyətin bütün təbəqələri iştirak edirlər.

Bu arada, Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində  xalqa tarixi müraciətini xatırlatmaq yerinə düşərdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”...

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev isə 2022-ci il noyabrın 21-də Heydər Əliyev Mərkəzində  YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib:

“Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. 

Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. 

Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. 

Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq...

İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq”. 

Əlbəttə ki, hər bir xalqın taleyi, onun idarəçiliyini öz üzərinə götürən siyasi qüvvələrin keyfiyyətindən asılıdır. İqtidar partiyası yalnız səs toplamaqla kifayətlənməməlidir; o, xalqın etimadını qazanmalı, bu etimadı layiqincə qoruyub saxlamalıdır. 33 ildir uğurlarımıza bələdçilik edən Yeni Azərbaycan Partiyası da dövrün, zamanın tələblərinə uyğun olaraq yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində irəliləyir. 

“Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq”, - bunu Ümummilli Lider Heydər Əliyev partiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində deyib. 

Doğrudur, YAP-ın keçdiyi bir qərinəlik yol çətin və enişli-yoxuşlu oldu. Lakin əminliklə söyləmək olar ki, bu yolda qazanılan zəngin təcrübə Azərbaycana və onun qalib xalqına bundan sonra da uğurlar və zəfərlər qazandıracaq.

Səbinə Salmanova
Milli Məclisin deputatı

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri