Cənubi Sudanda təyyarə qəzası oldu Xeyli sayda ölən var
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bunu Cənubi Sudan Mülki Aviasiya İdarəsi bildirib.
Məlumata görə, “Cessna 208 Caravan” tipli təyyarə Yai şəhərindən Cuba Beynəlxalq Hava Limanına daxili reys həyata keçirirmiş. Yerli vaxtla saat 09:15-də havaya qalxan təyyarə ilə təxminən 30 dəqiqə sonra əlaqə kəsilib. Qəza nəticəsində göyərtədə olan 13 sərnişinin və pilotun hamısı həyatını itirib.
Həlak olanlardan ikisinin Keniya vətəndaşı olduğu, digərlərinin isə Cənubi Sudan vətəndaşları olduğu bildirilir.
İlkin ehtimallara əsasən, qəzanın baş verməsinə əlverişsiz hava şəraiti və zəif görünüş səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Hadisə yerinə göndərilən mütəxəssislər qəzanın səbəblərinin müəyyənləşdirilməsi və xilasetmə işlərinə dəstək göstərilməsi istiqamətində iş aparırlar.
Baxış sayı:110
Bu xəbər 27 Aprel 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















