“Çərçivədən kənar”da sevgi, qayğı və nəvaziş...
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
“Liatris Holding”in rəhbəri və iş xanımı Ruhiyyə Əliyeva Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisinin açılışında iştirak edib.
OLAY yazır ki, iş xanımı sərgidən fotoları paylaşaraq bunları yazıb:
“Ruhumuzu ucaldan, könlümüzü gözəlləşdirən ən böyük duyğu sevgi, qayğı və nəvazişdir.
Bu hisslərin hakim olduğu hər ortam, hər mühit, hər tədbir gözəldir, təkrarsızdır.Dünən belə tədbirlərdən daha birinə qatıldım.
Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisinin açılışı baş tutdu.
Cəmiyyətimizin diqqətini fərqliliyin dəyərinə yönəldən bu əlamətdar mədəni hadisədə ənənəvi çərçivələri aşan, həssas, duyğulu uşaqların, gənclərin rəngarəng, gözəl dünyası sərgiləndi.
Bu sərgi onların cəmiyyətə inteqrasiyası, stereotipləri qırmaq və inklüziv düşüncə tərzini gücləndirmək baxımından əvəzsiz töhfə oldu.
Xüsusilə tədbirə qatılan dəyərli Alena Əliyevanın, əsərləri sərgilənən, tədbirdə çıxış edən uşaqlara, gənclərə, yeniyetmələrə özəl diqqəti, nəvaziş və qayğısı hər kəsi duyğulandırdı.
Məhz bu yanaşma cəmiyyətə gözəl mesaj verdi: incəsənət hər kəs üçündür və istedad heç bir məhdudiyyət tanımır. Belə təşəbbüslər insanların fərqliliklərə daha həssas yanaşmasına, empatiyanın artmasına və sosial həmrəyliyin güclənməsinə xidmət edir. Sərgilənən əsərlər ziyarətçilər üçün yalnız estetik təcrübə deyil, həm də iştirakçıların daxili dünyası, hissləri və baxış bucaqlarının gözəl ifadəsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 19 Mart 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















