Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Cərimə balları ləğv edilir? MÜHÜM AÇIQLAMA KONKRET

Cərimə balları ləğv edilir? MÜHÜM AÇIQLAMA KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları ilə bağlı narazılıqlar geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problem yaratdığı bildirilir. Ən çox narazılıq isə gündəlik sükan arxasında olan taksi sürücüləri arasında müşahidə edilir. Onlar bildirirlər ki, intensiv hərəkətdə olduqları üçün qısa müddətdə bal limitinə yaxınlaşır və bu da sürücülük hüququnun məhdudlaşdırılması riskini artırır. Vətəndaşlar hesab edirlər ki, bal limiti artırılmalı və ya cərimə tətbiq edilən hallarda əlavə olaraq balın yazılması ləğv edilməlidir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bal məsələsi ilə bağlı narazılıq artıq pik həddədir.

E.Muradlı deyib ki, bu barədə xüsusilə taksi sürücülərinin narazılıqları böyükdür: “Vətəndaşlar çox ciddi şəkildə narazıdırlar və bu, başa düşüləndir. Çünki əsas ballar dayanma-durma məsələsi və ya avtobus zolağı ilə bağlıdır, bunu hansısa formada yoluna qoymaq lazımdır. Başa düşürük, avtobus zolağına daxil olmaq olmaz, amma burada saat məsələsinə yenidən baxsaq, daha yaxşı olar. Hazırda dayanma-durmaya görə bal tətbiqi ciddi problem yaradır. Təsəvvür edin avtobus dayanacağına 15 metr qalmış parklanmaya görə 40 manat və 2 bal, piyada keçidinə, yol ayrıcına beş metr qalmış 40 manat və 2 bal, səkidə parklanma 60 manat və 2 bal, ikinci cərgədə dayanma-durmaya görə 80 manat və 2 bal cərimə tətbiq olunur. Təəssüf edirəm ki, parlamentdə bu məsələ müzakirə olunarkən deputatlardan kimsə buna etiraz etmədi və hamısı da düyməni basdı ki, qəbul olunsun. Qəbul olunub, indi də onların özləri də əziyyətini çəkirlər. Bir çoxlarının sürücüləri, yaxınları, seçiciləri artıq narazılıq edirlər. Dayanma-durmaya görə bal nədir? Bunu haradan götürüblər? O ölkələr götürür ki, onun şəhərində güclü ictimai nəqliyyat var, avtomobilləşmə yüksək səviyyədə deyil, insanlar bütün günü avtomobillərdən asılı halda deyil, ictimai nəqliyyatdan daha çox istifadə edirlər… Normal şəhər mühiti, parklanma şəraiti var. Bizdə hər yerdə bina tikilib, parklanma yeri məhdud, səkilər, həyətlər dolu, hamı maşından asılı vəziyyətdə qalıb. Normal ictimai nəqliyyat hələlik hamı üçün əlçatan deyil. Belə olan vəziyyətdə də dayanma-durma ilə bağlı cərimələrə əlavə bal da yükləmək problem yaradıb. Çox insanların sürücülük hüququ məhdudlaşdırılıb, bəziləri artıq, risk qarşısındadır, məhdudiyyətə getmək üzrədir. Bildiyim qədərilə Milli Məclisə artıq belə bir müraciət daxil olub, məsələ gündəmə gələ bilər ki, həllini tapsın və dayanma-durma ilə bağlı ballar ləğv edilsin. Çünki taksi sürücülərinin probleminin əksəriyyəti məhz bununla bağlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri