Icma.az
close
up
RU
Cərimə, üstəgəl bal cəzası...

Cərimə, üstəgəl bal cəzası...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Eyni vaxtda hər ikisi ədalətlidirmi?

Sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarına əməl olunması və qəzaların qarşısının alınması məqsədilə tətbiq edilən nəzarət və cəza mexanizmləri arasında cərimələr və cərimə balları sistemi mühüm yer tutur. Mütəxəssislər hesab edirlər ki, cərimə sistemi yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün zəruridir.

Lakin son illər sürücülər arasında cərimə ballarının tətbiqi ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnən 20 ballıq limit qoyulması müzakirələrə səbəb olur. Mövcud qanunvericiliyə əsasən, sürücünün bir il ərzində cərimə ballarının sayı bu həddə çatdıqda nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılır. Məhz bu səbəbdən son dövrlərdə cərimə balları sisteminin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Bu istiqamətdə qanunvericilik təşəbbüsü də irəli sürülüb və Milli Məclisdə sürücülük hüququnu məhdudlaşdıran 20 ballıq limitin artırılması müzakirəyə çıxarılıb.

Nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, cərimə balları ilə bağlı limit məsələsi bu gün kifayət qədər aktual mövzulardandır və cəmiyyətdə geniş müzakirə olunur:

– Bu sahədə müəyyən tendensiyalar müşahidə edilir. Xüsusilə sürücülər arasında belə bir fikir formalaşıb ki, bəzi qayda pozuntularına görə tətbiq edilən cərimə balları başadüşülən deyil. Məsələ ondadır ki, bəzi inzibati xətalara görə sürücüyə həm maliyyə cəriməsi tətbiq edilir, həm də əlavə cərimə balı hesablanır. Bu isə belə bir təsəvvür yaradır ki, eyni qayda pozuntusuna görə ikiqat cəza tətbiq olunur. Başqa sözlə, sürücü həm pul cəriməsi ödəyir, həm də həmin pozuntu onun cərimə balı limitinə də təsir göstərir.

Təbii ki, qanunvericilik baxımından cərimə və cərimə balı fərqli hüquqi mexanizmlərdir. Cərimə balı sürücünün yol hərəkəti qaydalarına münasibətini və təkrar pozuntulara meyilliliyini qiymətləndirmək üçün nəzərdə tutulub. Lakin cəmiyyətdə bu əlavə cəza kimi qəbul edir. Xüsusilə də sürücü artıq maliyyə cəriməsi ilə üzləşdikdən sonra ona bal da hesablandıqda, bu vəziyyət narazılıqlara gətirib çıxarır.

Bu baxımdan cərimə balı limitinin artırılması ilə bağlı təkliflər yüksək balı olan sürücülər üçün müsbət haldır. Peşə fəaliyyəti məhdudlaşan, sürücülük hüququ ilə bağlı problemlərlə üzləşən insanlar hesab edirlər ki, bəzi hallarda tətbiq olunan bal sistemi pozuntunun ağırlığı ilə tam uyğun gəlmir.

Əgər törədilən pozuntu halları insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmırsa, qəza şəraiti formalaşdırmırsa və ya ağır nəticələrə səbəb ola biləcək risk daşımırsa, bu halda yalnız inzibati cərimənin tətbiqi daha məqsədəuyğun görünür. Lakin təhlükəli manevrlər, qəza şəraiti yaradan hərəkətlər, sərxoş vəziyyətdə idarəetmə və digər ciddi pozuntular zamanı cərimə balının tətbiqi yol hərəkəti təhlükəsizliyi baxımından zəruridir. Bu səbəbdən əsas məsələ cərimə balı limitinin artırılması deyil. Daha vacib olan, hansı qayda pozuntularına görə cərimə balı tətbiq edilməsinin yenidən nəzərdən keçirilməsidir. Sürücülərin çoxsaylı müraciətləri göstərir ki, bəzi hallarda bal sistemi əlavə yük və cəza kimi qəbul olunur.

Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd etdi ki, Milli Məclisə təqdim olunan və müzakirə edilən bu təklif əslində kifayət qədər ciddi və aktualdır:

– Çünki cərimə balları sistemi ilə bağlı uzun illərdir həm sürücülər, həm də ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Xüsusilə sürücülər arasında belə bir narazılıq var ki, bəzən kobud qayda pozuntusu törədilmədiyi halda da cərimə balları tətbiq olunur. Nəticədə sürücülər qısa müddət ərzində bal limitinə yaxınlaşır və bu da onların fəaliyyətinə mənfi təsir göstərir.

Sürücülər hesab edirlər ki, tətbiq edilən cərimələr və ya yazılan ballar tam əsaslandırılmır. Belə hallarda isə cərimə ballarının toplanması daha çox narazılıq yaradır. Bu baxımdan, bir sıra millət vəkillərinin cərimə balı limitinin artırılması ilə bağlı irəli sürdüyü təkliflər, müəyyən mənada, sürücülərin üzləşdiyi problemlərin həllinə yönəlmiş addım kimi qiymətləndirilir.

Lakin məsələyə daha geniş prizmadan yanaşdıqda aydın olur ki, cərimə balı limitinin artırılması yol hərəkəti təhlükəsizliyi sahəsində mövcud problemlərin tam həlli demək deyil. Məsələn, limitin 20 baldan 30 və ya 40 bala yüksəldilməsi sürücülərin daha məsuliyyətli davranacağı və ya qayda pozuntularının azalacağı mənasına gəlmir. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, ilk növbədə, sürücülərin məsuliyyətindən, maarifləndirmədən və qanunların effektiv tətbiqindən asılıdır.

Bu mənada, bal limitinin artırılması yüksək cərimə balı topladığı üçün peşə fəaliyyətini davam etdirməkdə çətinlik çəkən sürücülər üçün müəyyən rahatlıq yarada bilər. Xüsusilə taksi sürücüləri, yük və sərnişindaşıma sahəsində çalışanlar üçün bu dəyişiklik, bir növ, güzəşt rolunu oynaya bilər. Ona görə də təklifin müsbət tərəfi məhz bu kateqoriyadan olan sürücülərin fəaliyyət imkanlarının genişlənməsinə xidmət etməsidir.

Ləman TƏHMƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri