Cərimədən yayınmaq üçün qəfil tormoz verən sürücü qəzaya düşdü VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Svetoforun son saniyəsində dayanan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 17-də, paytaxtın Babək prospektində baş verib.
Hadisənin baş vermə yerindən belə məlum olur ki, qarşıdakı sürücü svetoforun sarı işığı yanan zaman sərt tormoz verib. Nəticədə arxadan gələn sürücü svetofordan keçəcəyini düşünsə də, təəssüf ki, qəza ilə nəticələnib.
Biz dəfələrlə vurğulamışıq ki, yaşıl işığın yanıb-sönməsi hərəkəti qadağan etmir. Sarı işıq yanan zaman isə sürücü qəfil tormoz verərək qəza şəraiti yaradacaqsa hərəkətini davam etdirməlidir. Bu hallarda sarı işıqda keçmək qayda pozuntusu hesab olunmur. "Yol hərəkəti haqqında" qanunda da qeyd olunub ki, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan dayana bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.
Əksər sürücülər cərimələnməkdən çəkindikləri üçün bəzən elə addım atırlar ki, bu, daha təhlükəli sonluqla nəticələnir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















