Icma.az
close
up
RU
Kəmər taxmamaq üçün hiyləyə əl atanlara xəbərdarlıq; CƏRİMƏDƏN YAYINA BİLMƏYƏCƏKSİNİZ AÇIQLAMA VİDEO

Kəmər taxmamaq üçün hiyləyə əl atanlara xəbərdarlıq; CƏRİMƏDƏN YAYINA BİLMƏYƏCƏKSİNİZ AÇIQLAMA VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdəki yollarda ən çox pozulan qaydalardan biri də sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsidir. Bu istiqamətdə yol polisi əməkdaşlarının gördüyü tədbirlər, maarifləndirmə videoları, sürücülərlə söhbət və cərimələrə baxmayaraq, hələ də bəzi sürücülər bu qaydanı görməzdən gəlir. 
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər təhlükəsizlik kəməri taxmamaq üçün  yeni hiylə də tapıblar. Belə ki, günün qaranlıq saatlarında qara rəngli paltar geyindikləri zaman kəmərin görünmədiyini düşünərək, onu taxmaqdan yayınırlar. Lakin bu nə yol polisi əməkdaşlarını, nə də kameraları aldada bilir.
Məlum olduğu kimi, ölkədə tətbiq edilən stasionar və mobil müşahidə kameraları yüksək dəqiqliklə görüntüləri qeydə almaq imkanlarına sahibdir. Bu kameralar vasitəsilə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər asanlıqla aşkarlanır və qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülür. Bəzi hallarda sürücülər qara rəngli paltarda təhlükəsizlik kəmərinin seçilməyəcəyini zənn edərək, bu qaydanı pozmağa cəhd edirlər. Lakin, bu, həm qanun qarşısında məsuliyyətdən, həm də potensial qəzaların fəsadlarından qorunmağa xidmət etmir.


Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov saytımıza açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində göstərilib ki, bu xüsus texniki vasitələr avtomat rejmdə çalışmalıdırlar:
“Avtomat rejmində çalışmaq da o deməkdir ki, həmin xüsus texniki vasitələr bu məlumatı özləri emal eləməlidir. Yəni, onların texniki gücü elə olmalıdır ki, qayda pozuntusunun olduğunu aşkarlaya bilsin. Qayda pozuntusunun aşkar olunması da, məsələn, konkret olaraq təhlükəsizlik kemərindən istifadə edilir, yoxsa yox. Bu, görünmə şəraitindən asılı olacaq, məsələn, sutkanın vaxtı, hətta havanın vəziyyəti - toranlıq, buludlu və yaxud da küçədə qaranlıq vaxtıdır, yaxşı işıqlandırma var, yoxsa yox.
Bəzi nəqliyyat vasitələri var ki, onların salonunda salonun özünün interyerinin elementləri, sürücünün geyimi, bundan başqa, nəqliyyat vasitəsinin salonunun dizaynı elə ola bilər ki, orada görünmə çətinləşə bilər. Belə hallarda, əgər görünmə çətindirsə, xüsusi texniki vasitələr bunu aşkar edə bilmirlərsə, elektron cərimənin yazılması mümkün olmayacaq.  Yəni, İnzibatı Xətalar Məcəlləsinin tələbi budur ki, bu iş insan iştirakı olmadan, avtomatik rejimdə işləyən xüsusi texniki vasitələrlə həyata keçirilməlidir.


Ərşad Hüseynov vurğulayıb ki, xüsusi texniki vasitələr bunu aşkar edəndə onun iş prinsipinə, iş alqoritminə uyğun olaraq insanın iştirakı olmadan elektron qərar tərtib olunub sürücüyə göndərilməlidir.
“Elektron qərar tərtib olunarkən, əlavə olmuş fotoda, videoda, nəzarət qaydasında şübhələr olarsa, o şübhələr həmişə məsuliyyətə cəlb olunmuş şəxsin xeyirinə həll olunmalıdır. Şübhə isə o deməkdir ki, burada sürücü kəməri taxıb, yoxsa yox, o aydın deyil. Belə hallarda sürücü məsuliyyətə cəlb olunmamalıdır və o materiallar ləğv olunmalıdır. Tövsiyyə edirik ki, bütün sürücülər, sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etsinlər. Təhlükəsizlik kəmərindən istifadə etməmək üçün bəhanə axtarmasınlar. Canlı polis əməkdaşı sürücülərin təhlükəsizlik kəmərindən istifadə etmədiyi faktoru görən kimi avtomobili dayandıracaq. Ona görə də “geyimlə, şəraitlə əlaqəli nədənsə istifadə edərək məsuliyyətdən yayına bilərəm” düşüncələrin prespektivi yoxdur”.


Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev mövzu ilə bağlı açıqlamasında deyib ki, İnzibati Xətalar Məcələsinin 329.1-ci maddəsinin tələbinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilir.
“Sözügedən qayda pozuntusu yol patrul xidmətinin əməkdaşı tərəfindən aşkar olunur və ya foto və video qeydiyyat funksiyasına malik olan xüsusi texniki vasitə tərəfindən aşkarlanaraq hüquqi tədbirlər görülür”.


Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 İyul 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri