Icma.az
close
up
RU
Cərimələnən Pine Park , yox Park restoranı imiş (YENİLƏNİB)

Cərimələnən Pine Park , yox Park restoranı imiş (YENİLƏNİB)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında fəaliyyət göstərən restoranlardan biri cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, "Pine Park" restoranında sayğacdan kənar şəbəkəyə qoşulma faktı aşkar edilib. 

Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən restoranı icarə müqaviləsi əsasında işlədən icarədar, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş T.R. məsuliyyətə cəlb olunub. Ona İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə (su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyanın vurulmasına görə) protokol tərtib edilib. 

Məlum olub ki, sözügedən restoran "Novator Group" MMC-nin tərkibində fəaliyyət göstərir. 

Məhkəmənin hökmü ilə barəsində protokol tərtib olunan şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 1000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, Sumqayıt Şəhəri, Səməd Vurğun ev 116 ünvanında qeydiyyatda olan, nizamnamə kapitalı 20 manat təşkil edən "Novator Group" MMC-nin qanuni təmsilçisi Əliyev Qədir Vaqif oğludur. 

***

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Sumqayit24.az-a verilən açıqlamaya görə, qanunsuz qoşulma faktı "Pine Park" restoranında deyil, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 116 ünvanında yerləşən və "Novator Group" MMC-yə məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən "Park" restoranında aşkarlanıb.

31 mart 2026-cı ildə tərtib edilmiş akt əsasında restoranın icarədarı Abdullayev Xalıq Hüseyn oğlu barəsində inzibati protokol hazırlanaraq məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanmasına görə 1000 manat məbləğində cərimə edilib.

Qurum bildirib ki, su təchizatı şəbəkəsinə qanunsuz qoşulma və sudan qanunsuz istifadə halları qanunvericiliyə uyğun olaraq inzibati, mülki və bəzi hallarda cinayət məsuliyyəti yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri