Icma.az
close
up
RU
Cərimələr niyə 13 dəfə artırıldı? SƏBƏB AÇIQLANDI KONKRET

Cərimələr niyə 13 dəfə artırıldı? SƏBƏB AÇIQLANDI KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı metrosunda istifadə qaydalarını pozan şəxslər üçün cərimələrin məbləği artırılıb. İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir. Həmçinin, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.

Bəs bu qədər çox artımın səbəbləri nələrdir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metroda tətbiq olunan cərimələr infrastrukturun yenilənməsi və vaqonların təmiri ilə bağlı müxtəlif dəyişiklikləri nəzərə alaraq, məsuliyyətsiz davranışlara qarşı mübarizə məqsədi güdür:

“Bakı Metrosunda cərimələrin məbləği 5 manatdan başlayır, arta-arta gedir. Ancaq metroda infrastruktur dəyişir, yenilənir, yeni qatarlar, vaqonlar alınır, onlara baxılan qulluq tamamilə fərqlidir. Hansısa bir məsuliyyətsiz adam gəlib orada vaqona ziyan vurur, qatarın işinə əngəl törədir, siqaret çəkir və ya hansısa xoşagəlməz əməllərlə məşğul olur, milyonlarla dəyəri vaqonun oturacağını cırır, əridirlər. Belə insanlar çoxdur. Onlarla mübarizə aparmaq üçün cərimə mexanizmi tətbiq edilir”.

Ekspert, bu cür halların qarşısını almaq üçün cərimələrin sərtləşdirilməsinin vacibliyini vurğulayıb:

“Düzdür, hələ ki, şəxsən özüm bu sahədə elə çox cərimələnməni görmürəm, amma inanın ki, bəzi situasiyalar var, orada cərimə mütləq olmalıdır. Yəni, bir adam ki metroda özünü apara bilmir, bunu cərimələməyib nə edəsən? Bu, metrodur, burada qapını tutub saxlamaq, sürahinin üstündə oturmaq olmaz. Nə bilim, qızlara özünü göstərənlər, şit-şit zarafatlar edənlər var, sərxoş halda, narkotik vasitəsinin təsiri altında metroya girib siqaret yandırır, başqalarını narahat edirlər. Beləsini cərimələməyəsən, nə edəsən?”

Ekspert həmçinin qeyd edib ki, qaydanı pozmayan insanlar üçün cərimələrinin artırılmasının heç bir əhəmiyyəti yoxdur:

“Qaydanı pozmayan adam üçün cərimə qorxulu bir şey deyil. Onlar üçün cərimənin nə qədər olmasının heç bir əhəmiyyəti yoxdur. Şəxsən mən bunu belə başa düşürəm, başqalarını da bu cür davranmağa çağırıram. Bəzən buna başqa məna verənlər də olur, “maaş aşağıdır, cərimələr qalxır” və s. Amma aşağı maaşı olan adam niyə gəlib metroda sürahiyə təpik atsın? Niyə o, ictimai yerdə özünü apara bilməsin? Adamı məcbur edən yoxdur ki, çıx metroda təpik at. Hər halda özü bu düşüncədədir, özü bunu istəyir və istədiyinə görə də gərək cəzasını çəksin”.

Valyuta.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Yanvar 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri