Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır

Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda müxtəlif sahələrdə yeni cərimələrin tətbiq olunduğu kimi xəbərlərlə rastaşırıq. Yol hərəkəti qaydalarından tutmuş ekoloji tələblərə, sahibkarlıq fəaliyyətindən vergi pozuntularına qədər demək olar ki, hər sahədə inzibati məsuliyyət sərtləşdirilir, hər gün minlərlə vətəndaş müxtəlif inzibati xətalara görə cərimələnir.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr fiziki, vəzifəli və hüquqi şəxslər üçün fərqli həddə müəyyən edilir. Qanunvericilikdə həm minimum, həm də maksimum cərimə məbləğləri ayrıca tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 25.2.1 və 25.3-cü maddələrinə əsasən inzibati cərimələr şərti maliyyə vahidi (ŞMV) əsasında hesablanır. 1 ŞMV-nin məbləği 4 manat müəyyən olunub. Bu baxımdan fiziki şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan ən aşağı inzibati cərimə 3 ŞMV, yəni 12 manatdır.

Bununla belə, bəzi inzibati xətalar üçün cərimə məbləği ayrıca sabit rəqəmlə müəyyən edilir. Məsələn, sürət həddinin 10–20 km/saat aşılmasına görə tətbiq olunan cərimə 10 manatdır. Bu da onu göstərir ki, praktikada tətbiq edilən ən aşağı cərimələrdən biri məhz bu məbləğdir. Sezar pizza

İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə görə maksimum cərimələr aşağıdakı kimidir:

- fiziki şəxslər üçün – 5 000 manat;

- vəzifəli şəxslər üçün – 10 000 manat;

- hüquqi şəxslər üçün – 50 000 manat.

Bu məbləğlər əsasən ciddi ictimai təhlükə yaradan inzibati xətalara görə tətbiq olunur. Məsələn, Xəzər dənizinin sahilboyu zolağından qanunsuz istifadə, terrorçuluğun maliyyələşdirilməsi və s.

Azərbaycan hökumətinin hər il Milli Məclisə təqdim etdiyi dövlət büdcəsi zərflərində  yer alan rəsmi məlumatların təhlili göstərir ki, cərimə və müxtəlif maliyyə sanksiyalarından büdcəyə daxil olan vəsait son 15 ildə kəskin dəyişib.

Məsələn, 2010-cu ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 33,1 milyon manat daxil olmuşdusa, növbəti illərdə bu rəqəm sürətli şəkildə artmağa başlayıb:

- 2011-ci ildə 109,4 milyon manata;

- 2012-ci ildə 164,1 milyon manata;

- 2013-cü ildə isə 271,7 milyon manata çatıb.

2016-cı ildə cərimələrdə büdcəyə 377,2 milyon manat daxil olub. Bundan sonra müəyyən azalma olsa da, 2016-cı ildə tarixin ən yüksək göstəricisi qeydə alınıb. Həmin il dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olub. Ümumən deyə bilərik ki, 2010-2016-cı illər cərimə və maliyyə sanksiyalarından dövlət büdcəsinə daxilolmaların sürətlə artdığı dövr olub. Lakin 2017-ci ildən etibarən tamamilə fərqli tendensiya müşahidə edilib. Əgər 2016-cı ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olmuşdusa, növbəti il bu göstərici 211 milyon manata düşüb. Yəni cəmi bir il ərzində dövlət büdcəsinə köçürülən vəsait 166,2 milyon manat və ya 44 faiz azalıb.

Azalma sonrakı illərdə də davam edib:

- 2016 - 377,2 milyon manat;

- 2017 - 211 milyon manat;

- 2018 - 152,5 milyon manat;

- 2019 - 129,7 milyon manat;

- 2020 - 38,9 milyon manat;

- 2021 - 41,7 milyon manat;

- 2022 - 37,5 milyon manat;

Son 10 ildə cərimələrdən büdcəyə 1 milyard 619 milyon manat vəsait daxil olub

2023-cü ildən etibarən yenidən artım başlayıb. Belə ki, 2023-cü ildə dövlət büdcəsinə 85,9 milyon manat daxil olub. 2024-cü ildə isə bu göstərici artıq 380,1 milyon manata yüksəlib. Bu məbləğə 2025-ci il üzrə 166 milyon 992 min manat təşkil edib. Maliyyə Nazirliyinin 2026-cı il üzrə proqnozuna görə, bu il həmin məbləğ 12 faiz azalacaq və 149,1 milyon manat civarında olacaq.

Ümumlikdə qeyd edək ki, rəsmi statistik göstəricilərə görə, 2016-2025-ci illər ərzində dövlət büdcəsinə cərimə və maliyyə sanksiyalarından ümumilikdə təxminən 1 milyard 619 milyon manat vəsait daxil olub. Orta hesabla son 10 ildə dövlət büdcəsinə hər il 161,9 milyon manat cərimə və maliyyə sanksiyalarından vəsait daxil olub.

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, cərimələr hesabına nəyəsə nail olmaq mümkün deyil: “Bu yolla iqtisadi problemləri həll etmək mümkün deyil. Yüksək cərimələr biznesin fəaliyyətini çətinləşdirir, sahibkarların xərclərini artırır və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur. Bu isə iqtisadi aktivliyin zəifləməsi ilə nəticələnir”.

“Bu, əslində cərimə iqtisadiyyatı modelidir. Belə model Avropanın bəzi ölkələrində də mövcuddur. Həmin ölkələrdə iqtisadi göstəricilərin zəifləməsinin əsas səbəblərindən biri məhz həddindən artıq tənzimləmə mexanizmlərinin tətbiqidir. Azərbaycanda da artıq aşırı tənzimləmə iqtisadiyyatı boğan əsas amillərdən birinə çevrilib", – deyə iqtisadçı bildirib.

N. Cəfərlinin sözlərinə görə, iqtisadi fəallığın artırılması üçün dövlət tənzimləmələri mərhələli şəkildə liberallaşdırılmalı, biznes üzərindəki inzibati yük azaldılmalıdır. O hesab edir ki, həm vergi yükünün, həm də cərimələrin azaldılması sahibkarlığın inkişafına, investisiya mühitinin yaxşılaşmasına və iqtisadi canlanmaya müsbət təsir göstərə bilər.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda inzibati hüquq pozuntularının tənzimlədiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 608 maddə mövcuddur və onların böyük hissəsində pul cəriməsi nəzərdə tutulur. Hazırda bu maddələrin təxminən 500-ə yaxını pul cəriməsi tətbiq edilə bilən inzibati xətaları əhatə edir. Sözügedən cərimələr yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin pozulması, ticarət və xidmət qaydaları, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə tətbiq olunur.

Region ölkələri ilə müqayisədə bizdə cərimələrin sayı olduqca yüksəkdir. Məsələn, Gürcüstanda inzibati qanunvericilikdə təxminən 300 maddə mövcuddur və onların təxminən 250-yə yaxını pul cəriməsini nəzərdə tutur. Ermənistanda isə inzibati xətalarla bağlı qanunvericilikdə təxminən 290 maddə var və onların 220–230-u pul cəriməsi ilə nəticələnə bilər. Türkiyədə isə 200-dən çox inzibati pozuntu üzrə pul cəriməsi tətbiq olunur.

Daha böyük hüquq sisteminə malik dövlətlərdə isə bu rəqəmlər təbii olaraq daha yüksəkdir.

- Məsələn, ABŞ-də federal və ştat qanunlarının çoxluğu səbəbindən 1000-dən çox inzibati cərimə var.

- Almaniyada inzibati hüquq pozuntuları müxtəlif sahə qanunları ilə birlikdə 1000-ə yaxındır.

- Çində müxtəlif dövlət qurumlarının qəbul etdiyi normativ aktlara görə, 900-dən çox inzibati cərimə mövcuddur.

- Fransada isə müxtəlif qanunlar üzrə 700-ə yaxın inzibati cərimə nəzərdə tutulur. Yaponiyada bu rəqəm 600-dən çox, İtaliyada isə təxminən 600-ə yaxındır.

Azpolitika.info


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyul 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri