Icma.az
close
up
RU
Cəriməsi 30 min manatdır, amma yenə də qanunu pozurlar Çünki...

Cəriməsi 30 min manatdır, amma yenə də qanunu pozurlar Çünki...

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan əmək bazarında qeyri-rəsmi məşğulluq problemi uzun illərdir müzakirə olunan əsas məsələlərdən biridir. Bu vəziyyət təkcə hüquqi və vergi mexanizmləri ilə deyil, həm də iqtisadi reallıqlar və iş imkanlarının məhdudluğu ilə sıx bağlıdır. İşçi və işəgötürən arasında yaranan seçimlər çox vaxt rəsmi qaydalardan daha çox mövcud şərtlərlə müəyyən olunur.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a bildirib ki, bu məsələ əmək bazarındakı gərgin vəziyyətlə əlaqədardır:
"İşçilər iş yeri tapa bilmədiyinə görə məcbur qalıb qeyri-rəsmi işləyir. Əgər iş yerləri çox olsa, işçi rəsmi müqavilə təklif edən və əməkhaqqını rəsmiləşdirən yerdə işləyəcək. Burada əsas məsələ iş yerlərinin az olmasıdır. Layiqli əməkhaqqı olan iş yerlərinin azlığı səbəbindən işçi məcbur qalır bu vəziyyətə razılaşmağa. Yəni burada təkcə işəgötürənin günahı yoxdur. İşəgötürənlə işçi çox vaxt qarşılıqlı razılığa gəlir. İşçi isə düşünür ki, 30 manat vergilərə gedəcəksə, elə 100 manatı almaq daha sərfəlidir. Çünki burada həm işəgötürənin, həm də işçinin vergi öhdəlikləri var".
Ekspert deyib ki, hazırda işçinin maaşından 10 faizi pensiya fonduna, 2 faizi icbari tibbi sığortaya, 0,5 faizi işsizlik fonduna yönəldilir:
"Özəl sektorda gəlir vergisi 3 faizdir, lakin bu 7 faizə qədər artırıla bilər. Ümumilikdə işçinin maaşından təxminən 19,5 faiz vəsait büdcəyə yönəldilir.
İşəgötürən isə işçi üçün əlavə olaraq təxminən 17,5 faiz ödəniş edir. Buraya gəlir vergisi və icbari ödənişlər daxildir. Yəni işəgötürən də, işçi də ciddi vergi yükü daşıyır. Qanunvericiliyə görə isə müqaviləsiz işçi işlətmək qanuna ziddir. Bununla bağlı ciddi cərimələr nəzərdə tutulur. Hüquqi şəxslər üçün 25-30 min manatadək cərimə tətbiq oluna bilər. Hər bir müqaviləsiz işçi üçün əlavə olaraq 1000 manat cərimə də nəzərdə tutulur. Bundan başqa, yayındırılmış verginin 50 faizi həcmində də cərimə tətbiq edilir.
Buna baxmayaraq, bu problem daha çox iş yerlərinin azlığı ilə bağlıdır. Qeyri-neft sektorunun zəif inkişafı da bu vəziyyəti dərinləşdirir. Problemin həlli sərtləşdirmələrdən çox, yeni iş yerlərinin yaradılması və iqtisadi imkanların genişləndirilməsindən keçir. İş yerləri artdıqca işçilər də avtomatik olaraq rəsmi müqaviləli işləri seçməyə üstünlük verəcəklər",- deyə o bildirib.
Qısası, dövlətin tətbiq etdiyi sərt cərimə mexanizmlərinə baxmayaraq, problemi inzibati yollarla tam həll etmək mümkün olmur. Ekspert hesab edir ki, problemin köklü həlli cərimələri artırmaqdan deyil, rəqabətədavamlı yeni iş yerlərinin açılmasından və sahibkarlıq mühitinin stimullaşdırılmasından keçir. Bazar iştirakçılarının seçimi yalnız real iqtisadi artım və alternativ iş imkanları yarandıqdan sonra rəsmi müqavilələrə tərəf dəyişə bilər.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri