Icma.az
close
up
RU
ÇƏRŞƏNBƏ MÜBAHİSƏSİ: Dördüncü hansıdır Yel, yoxsa Torpaq?

ÇƏRŞƏNBƏ MÜBAHİSƏSİ: Dördüncü hansıdır Yel, yoxsa Torpaq?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Artıq Yel çərşənbəsini geridə qoyub İlaxır çərşənbəyə - Torpaq çərşənbəsinə doğru addımlayırıq. Lakin bəziləri əslində sonuncu çərşənbənin Yel çərşənbəsi olduğunu deyir.

Bakıvaxtı.az-ın məlumatına görə, astroloq Səbuhi Rəhimli Novruzun üçüncü çərşənbəsinin torpaq olduğunu deyənlərdəndir. Onun saytımıza dediyinə görə, qədim inanclara əsasən, dörd çərşənbənin ardıcıllığı Su, Od, Torpaq və Yel deyil, Su, Od, Yel və Torpaq şəklində olub. Bu isə sonuncu çərşənbənin Yel olduğunu göstərir:

"Doğma Azərbaycanımızda ağlı kəsən hər kəs Novruz çərşənbələri haqqında az-çox məlumata malikdir. Lakin küçədə insanlara yaxınlaşıb “Nəyə görə məhz çərşənbə axşamı, niyə cümə və ya şənbə yox?” soruşsaq, çoxları bu barədə cavab verə bilməyəcək".

Səbuhi Rəhimli, astroloq

Astroloq qeyd edib ki, bu mövzu uzun illər, hətta əsrlərdir mübahisə doğurur. Əsas fikir ayrılığı çərşənbələrin ardıcıllığı ilə bağlıdır. Bəziləri 4 ünsürün - Su, Od, Torpaq və Yelin - bu qaydada düzülmədiyini iddia edirlər. Əsas mübahisə 3-cü və 4-cü çərşənbələrin ardıcıllığı ilə bağlıdır: Torpaq öncə gəlir, yoxsa Yel?

Bəzi alimlər şah İsmayıl Xətainin bu məsələ ilə bağlı yazdıqlarını əsas götürürlər:

"Bizim üçün xəlq eylədin abü-atəş, xakü bad,
Cismimizə can da verdin, bizə Adəm qoydun ad." (yəni: ab – su, atəş – od, xak – torpaq, bad – külək)

Aşıq Ələsgərin yaradıcılığında da bu versiya müdafiə edilir. O, vücudnamələrində "Ab, atəş, xak, badan yarandım" deyir. Yəni insanın yaranışı su, od, torpaq və yel ünsürləri ilə bağlıdır.

Lakin Xətainin müasiri olan Füzulinin şeirlərində ardıcıllıq fərqlidir:

"Məcnun oda yandı, şöleyi-ah ilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak,
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak."

(Burada Məcnun oda, Vamiq suya, Fərhad havaya aid edilir və sonda torpaq gəlir).

Astroloq qeyd edir ki, şairlərin misraları çərşənbələrin ardıcıllığını müəyyən etmək üçün əsas kimi götürülə bilməz. Çünki onlar bu sıraya başqa ünsürlər də əlavə edə bilərdilər.

Bəzi alimlər hesab edirlər ki, çərşənbələr fəsillərlə bağlıdır:

Od Çərşənbəsi – yayın, Su Çərşənbəsi – qışın, Torpaq Çərşənbəsi – payızın, Yel Çərşənbəsi – yazın simvoludur. Bu nəzəriyyəyə görə, yaydan sonra qış yox, payız gəlməlidir. Buna əsaslanaraq çərşənbələrin ardıcıllığı Od, Torpaq, Su və Yel kimi izah edilir.

Folklorşünas alim, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyev də bu versiyanı dəstəkləyir. Lakin bu yanaşma da mübahisəlidir, çünki heç bir tarixi mənbədə odun yayı, suyun qışı simvolizə etdiyi göstərilmir.

Tarixi mənbələrdə çərşənbələrin fərqli ardıcıllıqda keçirildiyi qeyd olunur. Məsələn, 1928-ci ildə Əhməd bəy Paşabəyli yazırdı ki, Şirvan bölgəsində birinci Yel, ikinci Su, üçüncü Od, sonuncu isə Ağac çərşənbəsi qeyd olunurdu. Orta əsrlər hind mənbələrində isə tamamilə fərqli bir çərşənbə mərasimi təsvir olunur:

1. Toz çərşənbəsi – evlərdə toz-torpaq süpürülür.
2. Gül çərşənbəsi – pəncərələrə və eyvanlara gül dibçəkləri qoyulur.
3. Ev çərşənbəsi – ev təmizlənir, köhnə qab-qacaq sındırılıb çölə atılır.
4. Od çərşənbəsi – qurumuş ağac budaqları ilə tonqal qalanır, dualar oxunur.

Qədim türklər isə ilin son dörd çərşənbəsini belə adlandırırdılar:

1. Yel çərşənbəsi – payızın simvolu,
2. Yağış çərşənbəsi – qış fəslinin nişanəsi,
3. Od çərşənbəsi – yay mövsümünün simvolu,
4. Ot çərşənbəsi – yazın nişanəsi.

Astroloq vurğulayıb ki, qədim Zərdüştilik inanclarına əsasən, dünya əvvəlcə su ilə örtülü olub. Sonra günəşin təsiri ilə torpaq üzə çıxıb, daha sonra yel əsərək həyata can verib.

Çağdaş astrologiya da bu ardıcıllığı təsdiqləyir. Çərşənbələr Su (Balıqlar bürcü), Od (Qoç), Torpaq (Buğa) və Yel (Əkizlər) ünsürlərinə uyğun gəlir.

Buna görə də, qəbul olunmuş qaydalara əsasən:
1. Su Çərşənbəsi – çayların buz bağlamış hissələrinin əriyib axmağa başlamasını bildirir.
2. Od Çərşənbəsi – günəşin istiliyi artıraraq torpağı qızdırmasını simvolizə edir.
3. Torpaq Çərşənbəsi – torpağın islanması və əkin üçün hazır olmasını göstərir.
4. Yel Çərşənbəsi – yelin torpağı hərəkətə gətirməsini, tumurcuqlanan ağacları yellətməsini ifadə edir.

"Zərdüştilik inanclarına görə, Ahura Məzda ilk olaraq xaosdan suyu ayırıb, sonra odun köməyi ilə torpağı üzə çıxarıb, nəhayət, yelin vasitəsilə həyata can verib. Bütün bu tarixi və elmi yanaşmalar çərşənbələrin ardıcıllığı ilə bağlı müxtəlif nəzəriyyələrin mövcud olduğunu göstərir. Lakin ümumi qəbul olunmuş versiyaya əsasən, İlaxır çərşənbə Torpaq çərşənbəsidir",- deyə S.Rəhimli qeyd edib.

Ağaverdi Xəlilov, AMEA Folklor İnstitutunun direktoru

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən AMEA Folklor İnstitutunun direktoru, filoloq və tədqiqatçı Ağaverdi Xəlilov bildirib ki, çərşənbələrin sırası mübahisəli mövzudur. Həm bölgələrə görə, həm də ümumi elmi ədəbiyyatda mütəxəsislər arasında mübahisələr var:

“Biz illərdir və hal-hazırda da çərşənbələri “Su, Od, Yel, Torpaq” sırası ilə qeyd edirik. Müstəqillik dövründə bu sıra təsdiqlənibsə, bunun mübahisəsini aktual saymıram”.

Onun sözlərinə görə, bəzi bölgələr var ki, yeddi çərşənbə qeyd edir:

“Yəni bu anlayış hər kəs üçün fərqlidir və kim necə qəbul edirsə, elə də qeyd edir”.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri