Icma.az
close
up
RU
CƏSARƏT VƏ SƏDAQƏT REALLIĞI Gələcəyə qalib gedən xalq

CƏSARƏT VƏ SƏDAQƏT REALLIĞI Gələcəyə qalib gedən xalq

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr

"Xalqına sədaqət, Vətənə məhəbbət, dövlətə bağlılıq - bunlar insanın daxilindən gəlməlidir. Əgər bunlar yoxdursa, heç bir cəsarət, heç bir fəaliyyət əhəmiyyət daşımır".

Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının son yüzillik tarixində baş verən sarsıntıların, savaşların, sınaqların fonunda bir həqiqət dəyişməz qalıb, bu da hər zaman dövlətinə, torpağına və onun gələcəyini müəyyən edən liderlərinə sarsılmaz sədaqət və qürurlu cəsarətidir. Məhz bu milli dayanıqlıq sayəsində Azərbaycan xalqı tarix boyu təkcə fiziki deyil, mənəvi və siyasi işğal cəhdlərinə də qarşı müqavimət göstərib. Bu gün də həmin xalq, Prezident İlham Əliyevin ətrafında birləşərək öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu birlik və əzmkarlıq Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə güc mərkəzinə çevrilməsinin əsasında dayanır.

Bu iki fundamental anlayış (cəsarət və sədaqət) milli yaddaşımıza həkk olunaraq bizi əsarətin, işğalın və biganəliyin qarşısında əyilməyə qoymadı, xalqımızı parçalanmadan qorudu, milli birliyi möhkəmləndirdi və bizi dirçəlişə, müstəqil dövlətçilik ideallarına, dayanıqlı, davamlı inkişafa aparan tarixi yolun əsas təməl daşına çevrildi.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik fəlsəfəsi məhz bu dəyərlər üzərində qurulmuşdu. O, 1994-cü ildə ATƏT-in Budapeşt Sammitində etdiyi çıxışda dünya ictimaiyyətinə dönə-dönə bəyan etmişdi: “Azərbaycan ərazi bütövlüyünə heç vaxt güzəştə getməyəcək. Bu prinsip bizim milli kimliyimizin əsasıdır".

Bu prinsipial mövqe bir xalqın qürurunun, bir liderin məsuliyyətinin və bir dövlətin ləyaqətinin ifadəsi idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu iradəni 21-ci əsrin geosiyasi reallıqları fonunda yeni mərhələyə yüksəltdi. Onun 2020-ci ildə “Valday” beynəlxalq toplantısında bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi sadəcə diplomatik çıxış deyildi, eyni zamanda bütün xalqın könlündən qopan, şəhidlərin ruhundan yüksələn bir hayqırtı idi. Bu gün həmin o milli cəsarət döyüş meydanında olduğu kimi, siyasi, diplomatik və hüquqi tribunalarda da özünü göstərir.

Nobel mükafatçısı Elie Viesel belə demişdi: “Səssizliklə zalımın tərəfində dayanmış oluruq. Cəsarət - danışmaqdır".

Prezident İlham Əliyev son illərdə passivlik və ikili standartlarla zəifləyən beynəlxalq sistemə haqqın səsini, ədalətin unudulmuş çağırışını qaytardı. O, beynəlxalq tribunalardan Qarabağ haqqında danışarkən yalnız torpaqların deyil, eyni zamanda pozulmuş tarixi ədalətin, tapdanmış beynəlxalq hüququn bərpasından bəhs edir, mübarizənin təkcə ərazi deyil, milli ləyaqət və milli kimlik məsələsi olduğunu dünyaya çatdırırdı.

ABŞ-ın sabiq prezidenti Barack Obama deyirdi: “Sülh, cəsarətli insanların qərarıdır".

Azərbaycan da möhtəşəm zəfərdən sonra məhz belə bir güc mövqeyindən, qalib iradə ilə sülhə doğru addımlayır. Qeyd etməliyik ki, bu uğurların arxasında Müzəffər Liderin fəaliyyəti ilə yanaşı xalqın birliyi, sədaqəti və ruhu dayanır. Vətən müharibəsində könüllü yazılan gənclər, torpağına qurban gedən şəhidlər, səngərdəki əsgərlə çiynini birləşdirən ana, arxa cəbhədə yorulmadan çalışan xalq bu zəfər tarixini öz birliyi, öz rəhbəri ilə birlikdə gələcəyə olan inamı ilə yazdı. Xalqın cəsarəti və sədaqəti bu gün hərtərəfli bir siyasi qələbəyə çevrilməkdədir. Bəzən müxalifət adından çıxış edən müəyyən dairələr isə bu həssas tarixi məqamda xalqın yox, özünün siyasi gündəmini, bəzən də xaricdəki havadarlarının maraqlarını düşünür. Xalq isə artıq belə cəhdlərə etibar etmir. Çünki bu xalq liderini, haqqını və yolunu tanıyır. Bəli bu birlik tarix yazdı, zəfər gətirdi və bu gün də sülh qurur. Bu birlik sarsıdılmazdır. 

Nobel mükafatı laureatı Vaclav Havel demişdi: “Əsl cəsarət uğur qazanmaq ümidi olmadan belə, vicdana sadiq qalmaqdır".

Azərbaycan xalqı 30 il boyunca bu amal, bu vicdan, eyni zaman da strateji səbrlə yaşadı və nəhayət, beynəlxalq hüququn da tanımalı olduğu tarixi bir zəfəri gerçəkləşdirdi. Bu zəfər təkcə ərazi bütövlüyünün bərpası deyil, beynəlxalq münasibətlər sistemində Azərbaycanın ciddi güc mərkəzinə çevrilməsi ilə nəticələndi. Hazırkı mərhələdə ölkəmiz sülh və quruculuq dövrünə daxil olub. Bu mərhələ, ilk növbədə azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq sərmayənin cəlb edilməsi, təhlükəsizliyin tam bərqərar olunması və sosial-iqtisadi canlanmanın təmin edilməsi ilə xarakterizə olunur. Eyni zamanda bu dövr Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq hüquqa və sivil mexanizmlərə əsaslanan siyasi yanaşmanın formalaşdığı, bu məsələnin Azərbaycan diplomatiyasının prioritet istiqamətlərindən birinə çevrildiyi mərhələdir. 

Prezident İlham Əliyevin bu istiqamətdəki qətiyyətli və prinsipial çıxışları göstərir ki, Qərbi Azərbaycan məsələsi təkcə humanitar yox, strateji və ideoloji əhəmiyyət daşıyan məsələdir. Digər tərəfdən, Ermənistanla aparılan danışıqlarda əldə edilən ilkin razılaşmalar, sərhəd xəttinin delimitasiyası və demarkasiyası istiqamətində atılan qarşılıqlı addımlar göstərir ki, Azərbaycan regionda sülh gündəmini müəyyən edən əsas aktora çevrilmişdir. Bu, təkcə hərbi üstünlükdən yox, siyasi uzaqgörənlikdən, diplomatik ardıcıllıqdan və daxili sabitlikdən qaynaqlanır. Hazırda Azərbaycan Cənubi Qafqazın əsas iqtisadi, logistik və təhlükəsizlik qovşağına çevrilməkdədir. Bu, Prezident İlham Əliyevin illərdir apardığı sistemli islahatların, iqtisadi şaxələndirmənin və beynəlxalq əməkdaşlıq platformalarındakı fəallığının məntiqi nəticəsidir.

Bu mərhələdə ölkənin qarşısında duran əsas hədəflər aşağıdakılardır:

• Regionda dayanıqlı sülhün təmin edilməsi;

• Azad edilmiş ərazilərin tam reinteqrasiyası və yaşayış üçün hazır vəziyyətə gətirilməsi;

• Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüquq çərçivəsində qaldırılması və mərhələli şəkildə geri dönüşün təmin olunması;

• Azərbaycanın Türk dünyası və digər geosiyasi bloklarla əlaqələrinin dərinləşdirilməsi;

• Milli maraqların qlobal miqyasda qorunması.

Azərbaycan bu strategiya ilə təkcə öz vətəndaşları üçün deyil, region üçün də sabitlik, inkişaf və əməkdaşlıq nümunəsi nümayiş etdirir. Bu gün Azərbaycan təkcə müharibədə qalib gəlmiş bir dövlət deyil o, eyni zamanda sülhün qurucusu, regionun təhlükəsizlik memarı, siyasi və iqtisadi sabitliyin əsas dayağıdır. Bu reallıq təsadüfi nəticə yox, xalqın sarsılmaz sədaqətinin, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyinin, dövlətin möhkəm institusional təməllərə söykənən siyasətinin nəticəsidir. Danılmaz faktr ki, Azərbaycan bu gün öz iradəsini təkcə döyüş meydanında deyil, diplomatik masalarda da ifadə edən, diktə edən və qəbul etdirən bir gücə çevrilib.

Bəli, biz elə bir yolun yolçusuyuq ki, bu yol Azərbaycanın suverenliyini möhkəmləndirən, ərazi bütövlüyünü bərpa edən, regionda sülhü və təhlükəsizliyi təmin edən yeni siyasi reallıqların yoludur. Bu yolun sonunda sabitlik var, rifah var, strateji tərəfdaşlıq və dayanıqlı inkişaf var. Azərbaycan dövləti artıq diktə olunan deyil, bölgədə və beynəlxalq platformalarda şərtləri müəyyən edən, öz milli maraqlarını açıq şəkildə ifadə edən və qəbul etdirən güclü, suveren bir dövlətdir.

Bu, hərbi sahədəki qələbələrin, diplomatik müstəvidə prinsipial mövqelərin və daxildə milli birliyin sintezindən doğan tarixi reallıqdır. Azərbaycan öz mövqeyini nə güc balansına uyğunlaşdırır, nə də kənar aktorların iradəsinə təslim edir. O, regionun siyasi xəritəsini yenidən cızır.

Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı cəsarətimizlə, sədaqətimizlə, dəmir iradəmiz və prinsipial mövqeyimizlə tarix yazır.

Bu tarix qətiyyətlə lider-xalq birliyinin, siyasi uzaqgörənliyin və milli ruhun təcəssümü ilə milli maraqlar naminə yazılır.

Bizi qarşıda hələ çox zəfərlər gözləyir. Azərbaycan yalnız keçmişə deyil, gələcəyə də qalib gəlmək əzmindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see216

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri