Icma.az
close
up
RU
Cəsur xüsusi təyinatlılarımız

Cəsur xüsusi təyinatlılarımız

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Onlar cəsurdurlar, qorxu-hürkü nə olduğunu bilmirlər, qəlblərinə sonsuz Vətən sevgisi hakim kəsilib, adları çəkiləndə, harayları eşidiləndə düşmən gizlənməyə yer axtarır. Söhbət Müzəffər Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı Qüvvələrindən gedir. Bu gün onların günüdür. Sonralar ağır döyüşlərdə düşmənə sarsıdıcı məğlubiyyət acısı yaşadan, Azərbaycanın, xalqımızın qüruruna çevrilən Xüsusi Təyinatlı Qüvvələr 27 il bundan əvvəl - 1999-cu il aprelin 30-da yaradılıb.

Ulu Öndərin böyük uzaqgörənliyi

Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun tərkibində Xüsusi Təyinatlı Qüvvələrin yaradılması Ulu Öndərimizin böyük uzaqgörənliyi idi. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra vaxt itirmədən Silahlı Qüvvələr daxilindəki pərakəndəliyi aradan qaldırmağa və vahid komandanlığa tabe olan ordu formalaşdırmağa nail oldu. Ulu Öndərin səyləri sayəsində Xüsusi Təyinatlı Qüvvələrin yaradılması da bu siyasətin davamı idi. XTQ-in yaradılmasında əsas məqsəd ordunun peşəkarlığını və döyüş qabiliyyətini artırmaq idi.

Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Burada Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlığın mühüm rolunu da ayrıca qeyd etmək lazımdır.

Adından da göründüyü kimi, Xüsusi Təyinatlı Qüvvələr seçilmiş, elit hərbi birləşmələrdir. Onun sıralarına hər kəs qatıla bilmir. Bunun üçün  ağır təlimlərdən, hərbi imtahanlardan keçmək, sınaqlarda iradə, dözüm və xüsusi qabiliyyət nümayişi çox vacib şərtlərdəndir.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrə  yüksək həssaslıqla yanaşır. Belə ki, ölkəmizdə bu qüvvələrin döyüş hazırlıqlarını davamlı olaraq artırmaları üçün lazım olan bütün şərait yaradılıb. Azərbaycan xüsusi təyinatlıları indiyədək müxtəlif ölkələrin təlim mərkəzlərində kurslara qatılıb və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.

Şanlı Aprel döyüşlərinin qəhrəmanları

Xüsusi Təyinatlı Qüvvələri fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, onlar nəyə qadir olduqlarını bilavasitə döyüş meydanlarında nümayiş etdiriblər. 2016-cı ildə baş verən şanlı Aprel döyüşləri xüsusi təyinatlılarımız üçün bir sınaq oldu və onlar bu sınaqdan üzüağ çıxdılar.

Məlumdur ki, havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərini işğal altına alan ermənilər eyforiyaya qapılaraq özləri barəsində “qəhrəman xalq” mifi uydurmuşdular. Onlar elə güman edirdilər ki, hətta digər ərazilərimizi də ələ keçirməyə qadirdirlər. Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrimiz misilsiz igidliklər göstərməklə düşmənin uydurma mifini tar-mar etdilər.

Dörd gün davam edən Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Çox doğru olaraq Aprel döyüşləri Azərbaycanın böyük Qələbəyə gedən yolunun başlanğıcı sayılır.

Vətən müharibəsinin ən parlaq səhifəsi - Şuşa zəfəri

Xalqımızı Şuşa ilə güclü mənəvi tellər bağlayır və biz heç vaxt bu şəhərin düşmənin nəzarəti altında qalması ilə barışa bilməzdik və barışmadıq da. Məşəqqətli işğal illərində xəyallarımız hər zaman Şuşa ilə bağlı olurdu. Şəhərin azad edilməsi Azərbaycan dövləti və xalqı üçün müstəsna önəm daşıyırdı. Təsadüfi deyildir ki, İkinci Qarabağ müharibəsi günlərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar...

Şuşanın azad edilməsi ümummilli missiya idi, bunu xalq, dövlət, Ali Baş Komandan istəyirdi və bu ali missiyanı yerinə yetirmək şərəfi Xüsusi Təyinatlı Qüvvələrə nəsib oldu. Şuşa uca dağların zirvəsində qərar tutan bir şəhərdir. Onu azad etmək asan deyildi. Düşmən burada güclü istehkamlar qurmuşdu. Ancaq qəlblərində Vətən, torpaq, dövlət sevgisi yaşadan xüsusi təyinatlılarımız mümkünsüz görünəni reallığa çevirməyi bacardılar. Onlar keçilməz meşələrdən Şuşaya doğru yol açdılar, qayaları dırmaşaraq şəhərə daxil oldular və onu azadlığına qovuşdurdular. “Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri