Icma.az
close
up
RU
Çətin aylar, illər hələ qabaqdadır, hazır olun TƏHLİL

Çətin aylar, illər hələ qabaqdadır, hazır olun TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali təhsil diplomu artıq zəmanət deyil, gələcəyin üstünlük verəcəyi peşələr fərqlidir

Bu dövrdə vətəndaşların fərdi həyatında əsas şərtlərdən biri qənaət, rasional planlama və strateji düşüncə olacaq

Qlobal miqyasda iqtisadi qeyri-müəyyənliyin dərinləşməsi, geosiyasi risklərin artması, enerji və maliyyə bazarlarında dalğalanmalar, eyni zamanda bir çox ölkələrin artıq açıq şəkildə qənaət və fiskal sıxılaşma rejiminə keçməsi fonunda növbəti illərlə bağlı narahatlıqlar getdikcə güclənir. Dünyanın aparıcı iqtisadiyyatlarında büdcə xərclərinin sürətlə artması, dövlət borclarının rekord həddə çatması və inflyasiya təzyiqlərinin tam aradan qalxmaması qlobal iqtisadi mühitin uzun müddət qeyri-sabit qalacağını göstərir. Bu proseslərin Azərbaycandan yan keçəcəyini düşünmək real deyil.

Cəmiyyətdə tez-tez işlədilən “il-ildən pis gəlir” ifadəsi artıq emosional yanaşmadan çox, iqtisadi reallığın ifadəsinə çevrilməkdədir. Zaman-zaman dövlət rəsmilərinin həm üstüörtülü, həm də açıq mesajlarla əhalini daha ehtiyatlı istehlaka və qənaət davranışına çağırması da təsadüfi deyil. Bu çağırışlar təkcə mövcud vəziyyətlə yox, məhz qarşıdakı illərdə yarana biləcək risklərlə bağlıdır. Qlobal proseslər göstərir ki, sosial rifahın əvvəlki tempdə qorunması getdikcə çətinləşir və dövlətlərin imkanları da məhdudlaşır.

Belə bir şəraitdə cəmiyyətdə sual yaranır ki, qarşıdakı illərdə ölkənin iqtisadi durumu necə olacaq və bu proses adi vətəndaşın gündəlik həyatına necə təsir göstərəcək? Daha da konkret desək, insanlar hansı xərclərdən imtina etməli, hansıları minimuma endirməli, hansı istiqamətlərə isə mütləq prioritet verməlidirlər ki, maliyyə baxımından özlərini mümkün risklərdən qoruya bilsinlər?

Mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablandıran iqtisadçı Razi Abbasbəyli bildirib ki, istər Avropa, istərsə də Asiyanın inkişaf etmiş ölkələrində aparıcı iqtisadi mərkəzlərin, beynəlxalq maliyyə institutlarının və strateji tədqiqat qurumlarının proqnozları göstərir ki, qlobal iqtisadiyyat üçün həlledici mərhələ məhz 2030-cu ilə hədəflənib: “Bu tarixdən sonra dünya iqtisadiyyatında yeni bir mərhələ – post-neft dövrü faktiki olaraq başlayacaq. Alternativ və yaşıl enerji mənbələrinin genişlənməsi, elektromobil sənayesinin sürətli inkişafı, karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq öhdəliklər neft və qaz məhsullarına tələbatın mərhələli şəkildə azalmasına gətirib çıxaracaq.

Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı, Asiya İnkişaf Bankı və Dünya Bankının proqnozlarında açıq şəkildə vurğulanır ki, 2030-cu ildən sonra yaşıl enerji keçidi sürətlənəcək və bu proses ilk növbədə iqtisadiyyatı neft-qaz gəlirlərindən yüksək asılı olan ölkələrə təsir göstərəcək. Bu baxımdan, Azərbaycan üçün indidən strateji hazırlıq son dərəcə vacibdir. Burada söhbət yalnız iqtisadi artımdan yox, iqtisadi təhlükəsizlikdən və sosial sabitlikdən gedir.

Azərbaycan qarşıdakı illərdə qeyri-neft sektorunun real və dayanıqlı inkişafını prioritetə çevirməlidir. Bu, formal hesabat göstəriciləri ilə deyil, real istehsal, ixrac potensialı və məşğulluq yaradan sahələrin genişləndirilməsi ilə ölçülməlidir. Xüsusilə yaşıl enerji layihələrinin sürətləndirilməsi, alternativ enerji istehsalı, enerji saxlanması texnologiyalarının tətbiqi və bu sahədə yerli kadr potensialının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Paralel olaraq aqrar sektorun modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi əsas istiqamətlərdən biri olmalıdır.

Neft-qaz hasilatı və emalının azalması fonunda kütləvi işsizlik riski istisna deyil. Belə bir şəraitdə əhalinin əsas prioriteti dəbdəbəli istehlak deyil, ərzaq təhlükəsizliyi və zəruri tələbatların təmin edilməsi olacaq. Dövlət siyasəti ilə yanaşı, vətəndaşların da fərdi maliyyə davranışlarında daha ehtiyatlı və rasional yanaşma formalaşmalıdır”.

İqtisadçının sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşların investisiya meyli əsasən daşınmaz əmlak sektoruna yönəlib. Lakin növbəti illərdə mənzil bazarında alıcılıq qabiliyyətinin zəifləməsi, real gəlirlərin artım tempinin azalması və bazarın doyması ehtimalı yüksəkdir: “Bu isə daşınmaz əmlaka yatırılan vəsaitin “ölü kapitala” çevrilməsi riskini artırır. Ona görə də gələcək mərhələdə vətəndaşların bu sahəyə ehtiyatla yanaşması məqsədəuyğundur.

İstehlak davranışına gəlincə, zəruri olmayan elektronika, texniki məişət əşyaları, mebel və oxşar xərclərə qənaət etmək artıq bir seçim deyil, zərurətə çevriləcək. Mövcud kapitalın qorunması baxımından isə qızıl ən etibarlı investisiya alətlərindən biri olaraq qalır. Yaxın 10 il üçün qızılın öz dəyərini qoruyacağı və risklərdən sığortalayıcı rol oynayacağı ehtimalı yüksəkdir.

Eyni zamanda, istirahət və əyləncə xərclərinə, ad günləri, toy mərasimləri və digər kütləvi məclislərə daha minimalist yanaşma qaçılmaz olacaq. Sosial təzyiq və nümayişkaranə istehlak dövrü tədricən arxa plana keçməlidir. Əsas məqsəd mövcud maliyyə resurslarını qorumaq və gələcək risklərə qarşı dayanıqlı mövqe formalaşdırmaqdır.

Təhsil məsələsinə də realist yanaşmaq lazımdır. “Hamı mütləq ali təhsil almalıdır” stereotipi artıq müasir iqtisadi reallıqlarla uzlaşmır. Lüzumsuz ixtisaslar üzrə əlavə kurslara, repetitorluğa və formal diplomlara sərf olunan vəsait səmərəsizdir. Qarşıdakı illərdə bir çox ixtisaslar ixtisara düşəcək, ali təhsil diplomu isə əvvəlki kimi avtomatik üstünlük sayılmayacaq. Əsas üstünlük çevik bacarıqlara, praktiki biliklərə və bazarın real tələblərinə uyğun peşələrə veriləcək.

Nəticə etibarilə, Azərbaycan üçün qlobal risklərin artdığı, təsir altına düşmə ehtimalının yüksəldiyi yeni bir dövr başlayır. Bu dövrdə həm dövlət səviyyəsində, həm də vətəndaşların fərdi həyatında əsas şərtlərdən biri qənaət, rasional planlama və strateji düşüncə olacaq. Zamanında atılan addımlar ölkənin post-neft dövrünə daha az itki ilə keçməsini təmin edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri