Icma.az
close
up
RU
ÇƏTİNLİKLƏRİ ASANLAŞDIRAN İNSAN Sərdar Cəlaloğlu yazır

ÇƏTİNLİKLƏRİ ASANLAŞDIRAN İNSAN Sərdar Cəlaloğlu yazır

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan atalar sözündə deyilir: “Alim olmaq asandır, insan olmaq çətin”. Buna görə də Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin baş qəhrəmanı Kefli İsgəndər bildirir: “Hamı deyir, “oxu, alim ol!”, amma heç kim demir ki, “oxu, adam ol!””. Əslində,  ayrılıqda əsil alim olmaq da, əsil insan olmaqda asandır, ən çətini həm əsil alim, həm də əsil insan olmaqdır. Yəni əsil olan alimin insanlığı, insanın alimliyidir. Bəşəriyyəti yalnız belə insanlar irəliyə apara bilər. “Əsil alim”, “əsil insan” nə deməkdir?!

Əsil alim - ömrünü elmə həsr etmiş, öz əsərləri ilə elmə böyük töhfələr verən, ən vacibi isə başqa insanların elm yoluna düşməsinə və elm aləmində yer tutmasına göstərdiyi təmənnasız xidmət göstərənlərdir. Yalnız özü alim olan əsil alim ola bilməz və hətta özü elmə növbəti yenilik verməyib, əvəzində elmə daha çox yenilik edə biləcək ardıcıllarını yetişdirmək daha vacibdir. Bunu belə bir fakt da təsdiq edir. Əsrin əvvəllərində  müəyyən edilmiş qaydalara əsasən, İngilətərə London Kral Cəmiyyətinin üzvləri zərurətə görə hər il yeni bir elmi kəşf təqdim etməklə, cəmiyyətə üzvlüyünü davam etdirə bilərdi. Növbəti illərin birində Kral Cəmiyyətinin məşhur üzvlərindən biri, fizika elmində nəhəng elmi kəşflərə imza atmış olan Maykl  Faradeydən “builki elmi kəşfiniz nədən ibarətdir?”, - deyə soruşduqda fəxrlə demişdir: “Mənim builki kəşfim Maksveldir”. Doğrudan da, sonralar Maksvel bir tərəfdən Faradeyin kəşflərini inkişaf etdirmiş, yeni elmi nəticələr əldə etmiş, digər tərəfdən elmə çoxsaylı fərqli yeniliklər gətirmişdir. Burdan da aydın olur ki, böyük elmi potensialı olan bir alimi kəşf edib, onu elm aləminə təqdim etmək də əsil alimlikdir.

Bəs, əsil insan kimdir, nə üçün əsil insan olmaq çətindir? İnsanlar üç həyat prinsipinə uyğun yaşayır. Bunlardan birincisi eqoistlik prinsipdir, hansı ki, insanın bütün fəaliyyəti öz şəxsi eqosuna xidmət edir. Cisim aləmi bu prinsipə uyğun mövcuddur.

İkinci prinsip eqosentrizm prinsipidir. Bu prinsipdə insanın bütün fəaliyyəti mərkəzdə özü olmaqla, onunla irsi və qan əlaqəsi olanlara xidmət edir. Heyvanlar aləmi bu prinsipə uyğun mövcuddur.

Üçüncü yaşam prinsipi alturizmdir. Bu prinsiplə yaşayan insanın bütün fəaliyyəti onunla birbaşa bağlanmayan “başqalarına -xalqa, millətə və bütün insanlığa” xidmət etməkdir. Alturist olmaq insanlığın ən çətin problemlərindən biridir. Bütün dinlər, dedektiv kitablar, moralis filosoflar insanlara məhz əsil insan olmağı öyrədir. Buna baxmayaraq, çox az adam bu prinsipi rəhbər tutur. Məhz buna görə, Qarani-Kərimdə Allah-təala buyurur: “Bəzi insanlar heyvan, bəziləri ondan da rəzil vəziyyətdədir”. Heyvan vəziyyətində olan tayfabazlar, yerlibazlar, qohumbazlar, ondan da rəzil olan narsistlər, eqoistlərdir.

Mənim bu kiçik məqaləmin böyük qəhrəmanı da məhz əsil alim və əsil insan kimi tanıdığım, Azərbayacanın görkəmli alimlərindən biri, siyasi əqidədaşım, əsil insan Eldar Məmmədbəyli haqqındadır. “Eldar” sözü Elçi mənasını verir. Adla insanın həyat yolu arasında mistik bir əlaqənin olması çoxdan məlumdur. Bəlkə də Eldar adı qoyulduğu andan Eldar müəllim el-obası, xalqı üçün yaşamaq yoluna düşmüşdür.

Haşiyə çıxım ki, tale elə gətirib, mən Azərbaycanın bir çox görkəmli alimləri - akademikləri, elmlər doktorları ilə şəxsən ünsiyyətdə olmuş, hətta onların bir çoxu ilə uzun müddət yaxından dostluq etmişəm və indi də dostluğumuz davam edir. Bunların sırasında mərhum akademiklər - Eldar Salayev, Midhəd Abbsaov, Capay Sultanov, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Cəmil Əhmədov, bu gün də dosluğumu davam etdirdiyim Rafiq Əliyev, Muxtar İmanov, Şahbaz Muradov, eləcə də Tibb Universitetində mənə dərs vermiş, Azərbaycanı dünya tibb elmində çox sayda təmsil etmiş görkəmli akademik və elmlər doktorlarını nümunə kimi göstərə bilərəm. Bu siyahahını xeyli uzatmaq da olar. Onlarla ünsiyyətimdə Azərbaycan xalqına məxsus olduğuma görə, bir daha qürur duymuşam. Onlardan çox şey öyrənmişəm. Bir insan, bir siyasətçi kimi formalaşmağımda, elmə olan marağımda onların hər birinin bu və ya başqa dərəcədə payı olduğunu etiraf edir və bununla fəxr edirəm. Bu adamların hər biri yalnız əsil alim deyil, həm də əsil insanlardır. Hər biri millətimizi düşünən, dövlətçiliyimizin bu günü və gələcəyi ilə bağlı narahatçılıq keçirən, öz imkanları daxilində sosial neqativ hallara qarşı prinsipial mövqe ortalığa qoyan, paralel olaraq öz ixtisas sahələrində Azərbaycan elmini dünyaya tanıtdırmaqda xüsusi xidmətləri olmuş alimlərimizdir. Eldar müəllim də bu sıraya aiddir.

Eldar Məmmədbəyli Gədəbəy rayonunda dünyaya göz açıb. Gədəbəy rayonu Azərbaycan ictimai və elmi fikrinə yüzlərlə görkəmli şəxsiyyət vermiş nadir rayonlardandır. Eldar müəllim də məhz Gədəbəydən çıxmış alimlərimizdəndir. Əslində, insanın kimliyi, xarakteri doğulub boya-başa çatdığı fiziki coğrafiya ilə sıx bağlıdır. Dağlıq rayonlarda yaşayan insanlar saflığı, səmimiliyi, qüruru, mübarizliyi, haqq sevərliyi, cəsarəti ilə başqa coğrafi şərtlərdə yaşayanlardan ciddi şəkildə fərqlənir. Bütün bu fərqlikləri mən Eldar müəllimdə də müşahidə etmişəm.

Azərbaycanda demokratiya uğurunda apardığımız mübarizədə, elmimizin saflaşdırılması və inkişafi uğrunda cəhdlərdə Eldar müəllimi həmişə ön sırada görmüşəm. Eldar müəllim çox prinsipal, ardıcıl, riyakarlıqdan uzaq mövqeyi ilə həmişə məni təccübləndirib.

Eldar müllimin elmə yolu da bir çoxlarından fərqli olaraq, hamar olmayıb. Bu yol kolxozda fiziki əməkdən başlayıb, akademiyada alimliyə qədər davam etməkdədir.

Eldar Məmmədbəyli elmi işlərini keçmiş SSRİ-nin ən ciddi elmi müəssisələrində müdafiə etmişdir.

Eldar müəlim həm də elm təşkilatçısı kimi öz xalqına xidmət etmişdir. O, elmi tədqiqat müəssələrində bir çox laboratoriyalara rəhbərlik etmişdi. Bu laboratoriyalarda elmimizi zənginləşdirən xeyli yeni kəşflər edilmişdir.

Eldar Məmmədbəyli Azərbaycan sərhədlərindən kənarda da özünü görkəmli alim kimi tanıda bilmişdir. Onun elmi işləri bəzi yapon və amerika alimləri üçün istiqamətverici rol oynamışdır. O, elmi işləri dünya alimləri tərəfindən istinad edilən nadir alimlərimizdəndir. Eldar müəllimin əsas işlərinə üzvü kimya, neft kimyası, assoimetrik sintez, antimikrob maddələrin sintezi və s. aiddir.

Eldar müəlimin elmi işləri “ilk dəfə olaraq” kateqoriyasına daxildir və dünya elmində bir çox “ilk dəfələrə” imza atmışdır. Eldar Məmmədbəylinin alim kimi nəticələri 660 elmi əsərdən (onlardan 12 müəliflik şəhadətnaməsi, 5 patent, 4 monoqrafiya) ibarətdir. Onun əsərləri beynəlxalq elmi məcmələrdə dəfələrlə çap olunmuşdur. Eldar müəllim 3 elmlər doktoru, 9 fəlsəfə doktoru yetişdirmişdir. O, buna paralel olaraq, pedaqoji fəaliyyətlə məşğul olmuş, ölkənin bir çox təhsil ocaqlarında gənc nəslin yetişdirilməsində böyük xidmətləri olmuşdur.

Mən Eldar Məmmədbəylini Azərbaycanda demokratiya, haqq-ədalət, Qarabağın işğaldan azad edilməsi, müsəqillik və süverenlik, ölkədə hüquqi və sosial dövlət, rifah cəmiyyəti uğrunda uzun illər çiyin-çiyinə mübarizə apardığımız vaxtlardan tanıyıram və onun bir dəfə də olsun öz vətəndaş mövqeyindən geri durmadığının, həmişə haqqın yanında olduğunun şahidi olmuşam. Odur ki, həmişə bu xususiyyətlərinə görə, ona qibtə etmişəm, həm də belə insanların az olmasına görə təsssüflənmişəm.

Eldar Məmmədbəyli artıq ömrünün 85-ci ilini yaşayır. Amma yaşının çoxluğuna baxmayaraq, o, gənclik eşqi ilə yaşamağa, yaratmağa, gənc nəslə nümunə olmağa davam edir. Eldar müəllim öz həyat təcürübsi ilə hər bir insanın qarşısında duran ən mühüm çətinliyi - əsil alim və əsil insan olmaq çətinliyini dəf edə bilmişdir və buna görə onu təbrik edir və gənclərimizi məhz  Eldar müəllim kimi insanlarımızdan nümunə götürməyə çağırıram.

Sərdar CƏLALOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri