Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

ÖZÜNÜ AXTARAN ADAM Sərdar Cəlaloğlu yazır

ÖZÜNÜ AXTARAN ADAM Sərdar Cəlaloğlu yazır

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Rasim Qaracanın “Zülmətdə alatoran” adlı avtobioqrafik romanı haqda

Bir gün Diasfen günün günorta çağı əlində çıraq bazarda qələbəliyin içində gəzirmiş. Onu görənlər soruşublar ki, nə axtarırsan? Deyib, “adam axtarıram”.

Məncə, kamillik yoluna düşən hər bir adamın ilk işi məhz günün gunorta çağı əlində çıraq özü özünü axtarmaq olmalıdır. Bu çıraq onun istedadından başqa bir şey olmamalıdır. Yəni hər bir insan əslində öz istedadına uyğun yaşamaqla, özü özünü axtarıb tapmış olur.

Rasim Qaraca mənə bağışladığı  “Zülmətdə alatoran” adlı avtobioqrafik romanına məhz özü özünü axtarmağa cəhd etməsi ilə başlayır.

Roman haqqında yazmamışdan öncə, adı ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Adətən, aydınlıqla qaranlığın bir-birinə qarışdığı vaxta alatoranlıq deyirlər. Buna “əsr vaxtı” da deyilir. Təbiətdə olan alatoranlığa uyğun insan şüurunda da alatoranlıq olur. Şüurda alatoranlıq insanın həqiqəti alayarımçıq dərk etməsi kimi meydana çıxır.

Qeyd edim ki, Qaraca yeni nəsil Azərbaycan ədəbiyyatının özünəməxsus, mən deyərdim, “qəribə” istedadlı təmsilçlərindəndir. Müstəqillik əldə etdikdən sonra meydana çıxan bir çox cərəyanların Azərbaycanda çətin qəbul olunduğunu, əhalinin gündəlik qayğılara başı qarışdığını və bədii zövqün yerini bayağı zövq tuduğunu, mədəniyyət istehlakı böhranı yaşandığını nəzərə alib, nə qədər çətinliklərlə uzləşdiyini hamımız bilirik. Oxucu qıtlığı, sovet ənənlərinin ətalətinin boğucu təsiri, inzibati təzyiqlər, sosial-iqtisadi təsirlər yeni ədəbiyyatın problemlərinin az bir qismini təşkil edir. Bu şəraitdə Qaraca və dostları ənənəvi sovet ədəbiyyatina qarşı yeni bir ədəbi hərəkat başlatmış və yaradıcı azadlıq istəyən gəncləri "Alotoran” jurnalının ətrafna toplayaraq, cox ciddi mübarizəyə qalxmışdı.

Mən bu cərəyanları izləməyi özümə borc bilmişəm, ən azından belə hesab edirəm ki, mədəniyyət siyasi düşüncənin anasıdır. Mədəni olmayan heç bir insan siyasi düşüncəyə malik ola bilməz. Bəlkə də məhz buna görədir ki, fundamental siyasi dəyişikliklərə hamilə olan istənilən ölkədə hələ inqilabçıların ayaq səsləri eşidilmədiyi bir vaxtda ədəbiyyatda, incəsənətdə, bir sözlə mədəni həyatın butun sahələrində mövcud dəyərlər sistemini dağıtmağa başlayan yaradıcı şəxslərin hayqırtıları eşidilməyə başlayır.

Qaraca özünün yaradıcılığında ədəbiyyatı seçməsini bu formanın “ucuz olması” ilə izah edir... Əslində, ədəbiyyat incəsənət əsərləri icərisində geniş və sürətli yayılma imkanına, mobil olmasına və yaradıcılıq sahəsinin genişliyinə görə fərqlənir. Bəzən bir yazıçı öz əsərində sözlə minlərlə rəsm əsəri üçün əsas olacaq təsvirlər, şairlər öz şerləri ilə neçə-neçə musiqi əsərinin yaradılmasına stimul verir.

Qaraca bu əsərində çox mühüm bir sual verir: “Bizim arzularımızın motivləri nələrdir? Hər zaman ülvi motivlərdirmi, yoxsa bizim eqoizmimizdən və ya hərisliyimizdən qaynaqlanır?” Əslində, bu sual özünü axtaran hər bir adamın qarsısında durur və hamı öz  həyat yolu ilə bu suala cavab vermiş olur. İnsan ikili valıqdır. Eqoizm onun heyvani təbiətindən, ulvilik ruhi tərəfindən qaynaqlanır. İnsanda eqoizmlə ulvilik vəhdət təşkil edir və hər bir insan eqoist ola biləcəyi qədər, ülvi və ya altruistdə ola bilər. Bəs insanın bu yollardan hansını seçməsi nə ilə bağlıdır?! Başqa sözlə, fəaliyyətimizin motivizasiyası nəyin təsirindən qaynaqlanır? Bura bir çox sual da əlavə edə bilərik, amma bu iki sual da kifayətdir ki, hər bir şüurlu insanın özünü axtararkən bir seçim qarşısında olduğu aydın olsun. Heyvani təbiətin diqtəsi ilə eqoistik maraqlara doğru, ya da ruhunun diqtə etdirdiyi altruizmə və Qaracanın dili ilə desək, ülviliyə doğru getsin.

Bəs insan bu yollardan hər hansısını nə üçün seçir? Məncə, insanın seçimi qarşısına çıxan çətinliyi dəf etmək gücü ilə bağlıdır. İnsan ruhu da işıq kimidir. O da işıq qanunlarına tabe olur, yəni ya çətinliyi dəf edib keçir, ya çətinlik tərəfindən udulur, ya da çətinlik onu geriyə çıxış nöqtəsinə qaytarır. Gundəlik qayğıların yaratdığı sədləri aşa bilməyən kimsə altruist arzularla yaşaya və yarada bilməz. Bəzən bu sədlərin dağılması quruluşun dağılması ilə asanlaşır ki, Qaraca da məhz sovet hökuməti dövründə ədəbiyyata yol tapmağın mümkün olmadığını, amma quruluşun dağılması ilə işıq ucu gördüyünü etraf edir.

Bəli, bizim siyasi azadlıqlarımız ilk növbədə bizim yaradıcılıq azadlığımıza yol açır. Milli azadlıq fərdi azadlıqsız boş söz yığınağıdır. Buradan da yaradıcılıqda seçimin siyasi və mənəvi azadlıqla bağlı olduğu aydın olur.

Qəzəbin nəticəsi insanin gücü ilə bağlıdır. Buna görə, zərif və zəif adamların qəzəbi insanlarda gülünc və ya yazıqlıq hissi yaradır. Uşağın qəzəbinə yaşlıların verdiyi reaksiya da bununla bağlıdır. Uşaq qəzəbi komik tamaşalar kimi böyuklərdə qəhqəhə yaradır. Eləcə də uşaq kimi ülvi olanların da qəlbi döyənək olmuşlarda gülüş yaratmaqdan başqa bir şeyə yaramır.

Özünü tapan hər bir adamı onun özü kimi dəqiq tanıyan başqa bir insan ola bilməz. İnsanın özünü tanıması muhum məsələdir. O qədər muhum məsələdir ki, antik dövrdə Afinadakı "Delfa" məbədinin girəcəyində yazılmışdır: “Ey insan, özünü tani, özünü tanısan dünyanı və Allahları da tanıya bilərsən”.

Qaraca özünü davakar kimi tanıtmır. Buna görə də onun qəzəbi qarşı tərəfdə adekvat reaksiya yaratmır. Yaradıcı adamın kini, qəzəbi ancaq onun yaradıcılığına və şəxsiyyətinə mənfi təsir edə bilər, yəni sirkə kimi nə qədər tünd olsa öz qabını çatladar.

Qaracanın da düşdüyü qaranlıq ictimai mühit onu mütləq inkarçıya çevirir. Artıq Qaraca Azərbaycan ədəbiyyatında yaxşı heç nə görmür, ən ciddisi isə qəzəb və kin ona yaxşıları görməyə imkan vermir. Amma sən gözünü yummaqla dünya yox olmadığı kimi, ədalətsiz olaraq yaxşıları inkar etməklə onlar da yox olmur. Sadəcə, bununla sən sırasında ola bilmirsən. Bu, ölkəsindən və fəaliyyətindən asılı olmayaraq, hər bir mütləq inkarçı üçün keçərlidir.

Qaraca özünü tapib, indi o, özünü başqalarına tanıtmaq istəyir. Bunun üçün ona vasitə lazımdır. Ədəbiyyatçının populyarlaşması çap olunmaqdan keçir. Qaraca çap səddini az qala Çin səddi kimi görur və bu səddi aşmağın çətinlikləri qarşısında az qalır ki, təslim olsun.

Hər bir insan öz həyatının səyyahıdır. Bütün çətinliklərinə baxmayaraq, həyat yolunu özü üçün açmalıdır. Bir insanın həyat yolu onun gəncliyində salınır. Yaşlansa da, insan ətalət üzrə o yolla gedir. Qaraca da məhz gənclik enerjisi ilə özünü usyankar təbiəti ilə ədəbi yaradıcılıqda ozünə yol açmağa cəhd edir. İnsanın mənəvi üsyanı ondan böyük güc, cəsarət və enerji tələb edir. Bu üçü birlikdə yalnız gənclik dövründə təzahür edir. Elə bizim Qaraca da öz gənclik enerjisini vulkan kimi püskürdərək, yaradıcılığında inqilabi dəyişiklik edə bilir. Musa Yaqubun bir gözəl sözü var, “tikanları yox, çiçəkləri qoruyun, zatən tikanlar özləri özlərini qoruya bilir”. Yaradıcı insan çiçək kimidir. Onun qorunmağa ehtiyacı var. Vaxtında onu qorumasan, qayğı göstərməsən, o, asanlıqla solub xəzana çevrilir. Qaraca yaşadığı bu mühitdə belə bir qayğını görmədiyindən xeyli məyus olur. Qaracanı dəhşətə salan Azərbaycandakı ədəbi mafiyadir. Çap olunmaq və ədəbi mühütdə yer tutmaq bu mafiyanın bayrağı altına keçməyi tələb edir. Qaraca və onun dostları isə öz bayraqları altında döyüşmək istəyir. Bu bayraq rolunu onlar üçün “Alatoran”jurnalı oynadı.

"Alatoran" jurnalı, əslində, cəmiyyətə yeni ədəbiyyat numunələri təqdim edirdi. Amma innovasiya xəstələri və ya muhafizəkarlar bu jurnalı az qala Azərbaycan ədəbiyyatına xəyanət etməkdə ittiham edirdi. Qaraca özü başqalarının çap üzərində səlahiyyət əldə etdiyi andan vaxtilə özünün niyə çap edilmədiyini başa düşməyə başlayır. “Musiqini pulu verən sifariş edir”. Başqa sözlə, elə bu Molla Nəsrəddinin “sən çaldın” lətifəsi ilə eyni mənalıdır, amma burada bir ciddilik var: pulunu ver, işini gör.

Dahiləri yetişdirən mühit adətən nadanlardan təşkil olunur... Böyük ədəbi əsərlər də zövqsüz əsərlərin kütləvi hal almasından sonra meydana çıxır. Peyin çox olan yerdə məhsul bol olur.

Cəmiyyət özünə xas yaradıcı şəxsiyyət istəyir və yalnız istəməklə qalmır, onu özü yetişdirir. Durğunluq dövrü durğunluq ədəbiyyatını yaradıb. Durğunluq ədəbiyyatı nə deməkdir? Ənənə üzrə sifarişlə təqvimə uyğun yaradıcılıq durğunluq ədəbiyyatının əsas əlamətləridir. Qaraca durğunluq dövrundə yaşamış və bu dövrün yaradıcı insandan nə tələb etdiyini anlamışdı. Əsl istedadların durğunluq ədəbiyyatında nə yeri, nə rolu ola bilər. Ona görə, bu dövr böyük şəxsiyyət və yaradıcı insanlarla kasıbdır. Keçid dövrləri təzə ilə kohnənin toqquşduğu dövrlərdir. Bəzən köhnə, bəzən təzə qalib gəlir. Köhnənin qələbəsi cəmiyyəti geriyə, ən yaxşı halda durğunluğa, təzənin qələbəsi gələcəyə aparır. Təzənin köhnəyə qalib gəlməsi “yaradıcı dağıdıcılıq” kimi meydana çıxır. Ətalətçilər üçün yaradıcı dağıdıcılıq böyük faciədir, amma yenilikçilər üçün bu, bir vəzifə və nailiyyətdir.

Qaraca ədəbiyyatda köhnə ilə yeninin mübarizəsində dostları ilə yenilik cəbhəsini təşkil edir. Bu mübarizədə nə məğlub, nə də qalibdirlər. Bir çoxları kompromis yolu tutur, bəziləri cəbhəsini dəyişir, bəziləri isə inad edir və irəliyə, gələcəyə doğru dartınır. Qaraca sonunculardandır. Onun təslim olmaq fikri yoxdur.

(Ardı var)

Sərdar CƏLALOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see344

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see209

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see169

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see168

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see164

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see164

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see162

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see159

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see157

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see154

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see153

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see150

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see150

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri