Çevik iş saatı tətbiq edilir Tıxac aradan qalxacaq?
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda tıxac probleminin fundamental həll edilməsi lazımdır, kosmetik tədbirlər heç nəyi dəyişməyəcək – ictimai nəqliyyat əlçatan olmalıdır, tez və konfortlu xidmət göstərməlidir, Bakının yükü azaldılmalıdır, yol infrastruktutu yaxşılaşdırılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, ümumiyyətlə, Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun:
“Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var – amma heç kim məsuliyyət daşımaq istəmir.
İndi də təklif edilir ki, Bakıda çevik iş saatları tədbiq edilsin – ilk baxışdan məntiqli görünsə də, işlək olması çətindir. Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar – özəl sektora bunu əmr etmək mümkün və doğru deyil, hə, iri özəl banklarda, holdinqlərdə mümkün ola bilər, amma siz kiçik dükan, kafe, restoranlarda əmrlə bunu edə bilməzsiniz.
Gələk indi məsələnin doğura biləcəyi problemlərə, işləyən valideynlər məktəblər saat 8 də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da 10:00-da, o zaman o nə etsin? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər və ya heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?!
Yəni, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək və bu da tıxac və ictimai nəqliyyatdakı sıxlıq problemini aradan qaldıran amil olmayacaq. Xülasə, bizdə “məktəbbas” (avtobus) yoxdur, amma “basabas” həmişə var...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 14 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















