Çexiya Prezidenti Rusiya hərbi təyyarələrini NATO ölkələrinin üzərində vurmağa çağırıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Çexiya Prezidenti Petr Pavel bildirib ki, Rusiya təyyarələri NATO ölkələrinin hava məkanını pozarsa, onları vurmaq lazımdır.
APA xəbər verir ki, çexiyalı lider bu barədə "Novinky" portalına müsahibəsində danışıb.
O qeyd edib ki, belə hərəkətlər Avropada gərginliyi artırır və buna görə də Moskva üçün bu cür hərəkətlərin qəbuledilməz olduğunu göstərmək vacibdir.
“Bunu son dərəcə məsuliyyətsiz davranış hesab edirəm, çünki hava məkanının pozulması müdafiə mexanizmlərinin işə düşməsi və nəticədə təyyarənin məhv edilməsi üçün əsasdır”, – deyə prezident vurğulayıb.
Baxış sayı:52
Bu xəbər 21 Sentyabr 2025 04:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















