Çexiyada ekstremal quraqlıq məhsul itkisi təhlükəsi yaradır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Praqa, 12 avqust, AZƏRTAC
Çexiyada ölkənin məhsulunu və su ehtiyatlarını təhlükə altına alan ekstremal quraqlıq davam edir.
AZƏRTAC xəbər verir ki, yağıntıların uzun müddət olmaması və yüksək temperatur, xüsusilə də kənd təsərrüfatı rayonlarında torpağın əhəmiyyətli dərəcədə qurumasına səbəb olub.
Ekspertlər xəbərdarlıq edirlər ki, bunun nəticələri artıq bitkiçilikdə hiss olunur, belə ki, nəmliyin çatışmazlığı bitkilərin normal inkişafına mane olur və gələcək məhsuldarlığı azalda bilər.
Vəziyyət ayrı-ayrı ərazilərdə torpağın daha dərin qatlarında da su çatışmazlığının müşahidə olunması ilə daha da mürəkkəbləşir. İqlimşünaslar qeyd edirlər ki, iqlim dəyişikliyi fonunda belə dövrlər daha tez-tez baş verir, ekstremal istilər isə buxarlanmanı və nəmliyin çatışmazlığını artırır.
Mütəxəssislərin proqnozlarına görə, yağıntıların normadan aşağı qalacağı təqdirdə yaxın vaxtlarda davamlı yaxşılaşma gözləmək çətin olacaq. Hakimiyyət orqanları və kənd təsərrüfatı istehsalçıları su ehtiyatlarını, əkinlərin vəziyyətini və ərzaq təhlükəsizliyi üçün mümkün riskləri daha diqqətlə izləməyə məcbur olurlar. Ölkənin bir sıra regionlarında taxıl, tərəvəz və yem bitkilərinin vəziyyəti xüsusi narahatlıq doğurur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 12 Avqust 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















