Icma.az
close
up
RU
Çexiyada pensiya yaşı 67yə qaldırılır

Çexiyada pensiya yaşı 67yə qaldırılır

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Çexiyada pensiya yaşı 67-yə qaldırılır

Çexiyada pensiya yaşı tədricən 65-dən 67-yə qaldırılacaq.

"Report" "Idnes" xəbər portalına istinadən xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel pensiya islahatı haqqında qanun imzalayıb.

Pensiya yaşının artırılması 1965-ci ildən sonra doğulmuş vətəndaşlara aiddir. Bu, hər il bir ay artırılacaq. Məsələn, 1972-ci ildə doğulanlar 65 il 7 ay, 1975-ci ildə doğulanlar 65 il 10 ay, 1989-cu il və sonra doğulanlar isə 67 yaşında təqaüdə çıxa biləcəklər.

2026-cı ildən etibarən və növbəti 10 il ərzində pensiyaların hesablanması azaldılmış şəkildə aparılacaq. Bu dövrdə qanuna əsasən, gələcək pensiyanın hesablanması zamanı hər il qazancın daha az hissəsi nəzərə alınacaq.

"Newsbox.cz" qeyd edib ki, qanun ölkədə "gözlənilən ömür uzunluğunun artmasını" əks etdirir. "Ceske Noviny" yazıb ki, hökumət 1930-1940-cı illərdə doğulmuş insanların pensiyaları üçün vəsait ayırmaq məqsədilə pensiya islahatını təsdiqləyib.

Hökumətin islahatı həmçinin bir sıra digər tədbirləri nəzərdə tutur, məsələn, minimum pensiyanın hazırda təxminən 46 min kron (təxminən 3,3 min AZN) təşkil edən ölkədəki orta əməkhaqqının 20 %-nə qədər artırılması.

Həmkarlar ittifaqları və müxalifət partiyalarının etiraz etdiyi pensiya islahatını hökumət təşəbbüs edib. Nazirlər Kabineti pensiya yaşının artırılmasının zəruriliyini hazırda 40 və daha az yaşı olanlara layiqli pensiyaların ödənilməsi üçün lazımi vəsaitin təmin edilməsi ilə əsaslandırır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 15 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri