Çexiyada yaradılan yeni texnologiya dələduzların ifşa olunmasına kömək edir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Praqa, 21 noyabr, AZƏRTAC
Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri ilə “Phonexia” şirkətinin müştərək hazırladığı yeni sistem hələ tam yekunlaşdırılmasa da, artıq banklar, çağrı mərkəzləri, polis və təhlükəsizlik qurumları tərəfindən istifadə olunmağa başlayıb. Yeni texnologiya son illər sürətlə yayılan səs dipfeyklərini, yəni süni şəkildə yaradılmış insan danışığını yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir.
Nümayiş zamanı kompüterdə uşaq səsi ilə kömək istəyən bir qadının sözləri səsləndirilir. “Phonexia” nümayəndəsi İvana Tıralova bildirir ki, bu, real danışığı imitasiya edən süni səs nümunəsidir. O deyir ki, proqram iki audio faylı müqayisə edərək hansının orijinal, hansının isə sintetik olduğunu avtomatik şəkildə qiymətləndirir: ekranda yaşıl sahəyə düşən qeyd həqiqi səs, qırmızıya keçən isə şübhəli mənbə kimi işarələnir.
Sistemin mərkəzində geniş həcmli neyron şəbəkə dayanır. Brno Texniki Universitetinin İnformasiya texnologiyaları fakültəsinin əməkdaşı Kamil Malinka izah edir ki, bu şəbəkə minlərlə real və süni səs nümunəsi üzərində “öyrədilib”. O, prosesin iş prinsipini belə təsvir edir: “Sanki böyük bir qutuya milyonlarla nümunə atırsınız. Maşın isə onların arasındakı xırda fərqləri özü müəyyənləşdirərək ehtimal əsasında nəticə çıxarır”.
Malinka və həmkarları xəbərdarlıq edir ki, müasir alqoritmlər real insan danışığını demək olar ki, tam təqlid edə bilir. Buna görə də şübhəli zənglər zamanı sadəcə səsə etibar etmək olmaz. Mütəxəssis məsləhət görür ki, danışanı tanımaq üçün əlavə təsdiq sualı vermək lazımdır. Məsələn, yalnız həmin şəxsin biləcəyi kiçik bir “sirri” soruşmaqla.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Baxış sayı:44
Bu xəbər 21 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















