Icma.az
close
up
RU
Çexovun ruhu ilə hiyləgər oyunbazlıq

Çexovun ruhu ilə hiyləgər oyunbazlıq

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günlərdə rus ədəbiyyatşünası Vladimir Yermilovun “Anton Pavloviç Çexov 1860 – 1904” kitabını oxudum. Müəllif böyük rus yazıçısı Çexovla onun əməkdaşlıq etdiyi “Novoe vremya” qəzetinin naşiri A.S.Suvorinlə münasibətlərini də araşdırır. 

Hamımız bilirik ki, Çexov sakit təbiətli, əsərlərində təhkimçiliyi, burjuaziyanı qamçılayan, insanın azadlığını hər şeydən üstün tutan böyük rus yazıçılarındandır. Suvorin Çexovun müasiridir, dramaturq və yazıçı kimi fəaliyyət göstərsə də daha çox “Novoe vremya” qəzetinin naşiri, redaktoru kimi xatırlanır. Çexov felyetonlarını bu qəzetdə çap etdirirdi və həmin dövrdə də Suvorinlə aralarında ideya mübarizəsi gedirdi. Yermilov Suvorinin iki ələ oynayan hiyləgər oyunbaz olduğunu və onun xaraktersizliyini peşəkarcasına göstərir və onun maskasını yırtır.

Naşir həm Çexovun felyetonlarını çap edir, həm də onu islah etməyə, ideallarından üz çevirməyə təhrik edirdi. Yermilov yazır ki, Suvorin səmimi yalanın virtuozu idi. O, əvvəllər demokrat jurnalist olsa da, sonralar hakim rejimin nökərinə çevrilir. Lenin də “Karyera” məqaləsində onu “hakim təbəqəyə yaltaqlanan biri” adlandırır. 

Burda bir haşiyə çıxaraq qeyd edək ki, çox təəssüf, Leninin qurduğu hökümətdə hakim təbəqəyə yaltaqlanan nökər xislətli tənqidçilər yetişdi. Suvorin məhz onların sələfi idi. Suvorinçilik sovet ədəbi tənqidində zərərli bir tendensiya kimi yayıldı və azad ruhlu yazıçıların başı üzərində Demokl qılıncı kimi asılı qaldı. 

Suvorin Çexovun ruhunu ələ keçirmək istəyirdi, amma sona qədər bunu bacarmadı. Radikal tənqidçilər Çexovdan əvvəl Puşkini çızmaqaraçı adlandırmışdılar, Qoqolun əsərlərinə inqilabi məzmun geyindirmişdilər, Tolstoyu dinsiz hesab edirdilər. Çar höküməti Dostoyevskinin sürgünlə gözünün odunu almışdı. Mühacirət etmiş rus yazıçısı V. Nabokov “Rus ədəbiyyatı haqqında mühazirələri”ndə həmin dövrü çox dəqiq xarakterizə edir: “Radikal tənqidçilər despotizmlə mübarizə apararkən, öz despotizmlərini yaratmışdılar. İddiaları, səbəb göstərdikləri, yeritməyə çalışdıqları nəzəriyyələr, sistemin sənətə qarşı basmaqəlib yanaşmasıyla eyni idi. 

Yazıçılardan əndirabadi şeylər yerinə, ictimai mesaj verməyi tələb edirdilər; onların baxış bucağına görə bir kitab ancaq insanların rifahına xeyir verirsə dəyərli idi. Onların bu coşğunluğunda dəhşətli bir problem vardı. Səmimiyyətlə, cəsarətlə azadlıq və bərabərliyin tərəfindəydilər, amma sənəti güncəl siyasətin boyunduruğu altına vermək istəyib, özləriylə paradoksa düşürdülər”. 

Suvorin çar rejiminin axıra qalmış tör-töküntülərindən idi. Əlbəttə, onun Çexovla oyunu məğlubiyyətlə bitdi, çünki Çexovun dühası müqabilində Suvorin çox kiçik görünür. Zaman özü hər şeyi yerbəyer edir və son sözü də o deyir. 

Yermilov bu kitabı ötən əsrin 40-cı illərində yazıb. Əsər tərcümə olunmayıb. Bu kitab tam şəkildə bizim dilə çevrilsə, ədəbiyyatımıza böyük xidmət olar. Bu tipli yüzlərlə kitab var ki, hələ də bizim dilə çevrilməyib. Azərbaycan ədəbiyyatının inkişafı üçün bu səpkili kitabların dilimizə çevrilməsi çox vacibdir. Məsələn, bizdə yazıçı–naşir, yazıçı–tənqidçi münasibətləri haqda sanballı araşdırma yoxdur.

Bu kitablar ədəbiyyat tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə ola bilər. Belə kitabların tərcümə olunması həm də ona görə lazımdır ki, gələcəyin ədəbiyyat araşdırıcıları onlardan örnək olaraq istifadə etsinlər. 

Kənan HACI, 
yazıçı-publisist 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri