Ceydon Sanço “Roma”nın təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Mançester Yunayted" vinger Ceydon Sançonu 23 milyon avroya "Roma"ya satmağa razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə "Football İtalia"ya məlumat yayıb.
Mənbənin sözlərinə görə, "mankunianlılar"ın futbolçunu satmağa hazır olmasına baxmayaraq, Sanço özü də "Roma"nın təklif etdiyi şəxsi müqavilənin şərtləri ilə razılaşmayıb. O, maaşının azalmasına razı deyil.
25 yaşlı vingerin maaşının mövsümə görə 15 milyon avro olduğu vurğulanır. İtaliya klubu isə belə pul ödəməyə hazır deyil.
Qeyd edək ki, Sanço 2021-ci ilin yayından "qırmızı şeytanlar"ın oyunçusudur. Bu müddət ərzində hücumçu bütün yarışlarda 83 matçda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Baxış sayı:89
Bu xəbər 17 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















