Icma.az
close
up
RU
Ceyhun Bayramov AQEMin Baş katibi ilə iqlim dəyişmələri ilə mübarizə sahəsində təşkilatın potensialını müzakirə edib

Ceyhun Bayramov AQEMin Baş katibi ilə iqlim dəyişmələri ilə mübarizə sahəsində təşkilatın potensialını müzakirə edib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensial var. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşündə deyib.

Görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri xüsusi vurğulanaraq Azərbaycan tərəfindən AQEM sədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyi məmnunluqla qeyd olunub.

Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanın təşkilatın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Azərbaycan sədrliyi dövründə təşkilatın beynəlxalq rolunun və səmərəliliyinin daha da artırılması, üzv ölkələr üçün praktiki faydanın genişləndirilməsi, institusional inkişafın təmin edilməsinin vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri, gənclər, media, nəqliyyat bağlantıları və bir çox digər istiqamətlərdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Nazir Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini nəzərə alaraq iqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensialın olduğunu bildirib.

Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər geniş olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçiriləcək görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə edilməsi və Azərbaycanın sədrliyinin prioritetlərinin müzakirəsi baxımından faydalı olacağını ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri