Ceyhun Bayramov avstriyalı həmkarını sülh quruculuğu barədə məlumatlandırıb FOTOLAR
Icma.az bildirir, Sia Az portalına istinadən.
Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynıl-Rayzinqer ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, xarici işlər nazirləri yüksək səviyyəli təmaslar və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bu məqsədlərə nail olmaqda Birgə Komissiyanın mühüm rolunu vurğulayıblar.
Ceyhun Bayramov avstriyalı həmkarını münaqişədən sonrakı dövrdə regionda aparılan sülh quruculuğu və inkişaf səyləri barədə məlumatlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Sentyabr 2025 06:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















