Icma.az
close
up
RU
Ceyhun Bayramov küveytli həmkarını Azərbaycanın humanitar minatəmizləmə fəaliyyəti barədə məlumatlandırıb

Ceyhun Bayramov küveytli həmkarını Azərbaycanın humanitar minatəmizləmə fəaliyyəti barədə məlumatlandırıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub.

Ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb.

Eyni gündə keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının ölkələrimiz arasında müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişaf etdirilməsi üzrə səmərəli nəticələr verəcəyinə dair inam ifadə edilib.

Hər iki ölkənin yerləşdiyi coğrafi mövqenin nəqliyyat və kommunikasiyalar üzrə əməkdaşlığın inkişafına şərait yaratdığı qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək və həmrəyliyin, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətin təqdirəlayiq olduğu vurğulanıb. Bu çərçivədə, digər beynəlxalq təşkilatlarla yanaşı, Körfəz Əməkdaşlıq Şurası ilə geniş əməkdaşlıq perspektivlərindən bəhs olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqlim dəyişmələri ilə mübarizə sahəsində gələcək birgə təşəbbüslər və mümkün səylər nəzərdən keçirilib.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çətinlik və çağırışlardan ətraflı bəhs olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri