Ceyhun Bayramov gürcü həmkarını regional sülh səyləri barədə məlumatlandırıb YENİLƏNİB
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüşü olub.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.
Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.
***
15:54
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə təkbətək görüşü başlayıb.
***
15:43
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















