Icma.az
close
up
RU
Ceyhun Bayramov Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda dialoqda iştirak edib

Ceyhun Bayramov Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda dialoqda iştirak edib

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli dialoqda iştirak və çıxış edib.

Nazirlikdən verilən məlumata görə, yüksək səviyyəli tədbirdə, həmçinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ramçandra Paudel, habelə digər yüksək səviyyəli rəsmilər iştirak edib.

Tədbirdə çıxışı zamanı nazir Ceyhun Bayramov, dağların Yer kürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onların təmin etdiyi təbii ehtiyatların, o cümlədən su resurslarının vacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib.

Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqın və torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematik tədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.

BMT-nin könüllü alyansı olan “Dağ Tərəfdaşlığı” kimi şəbəkələrin müvafiq çağırışlar üzrə məlumatlılığın artırılması, resursların səfərbərliyi baxımından əhəmiyyəti qeyd olunub. Bununla belə, dağlarda yaşayan insanlar və dağ ekosistemini qorumaq üçün daha çox işlərin görülməsinin, həll yolları istiqamətində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimizin o cümlədən, dağ ekosistemi ilə bağlı iqlim problemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlü iqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see131

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri