Ceyhun Bayramov efiopiyalı həmkarı ilə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edib FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov efiopiyalı həmkarı Hadera Abera Admassu ilə görüşüb.
Moderator.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Görüş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.
"Biz yüksəksəviyyəli səfərlərin və davamlı dialoqun əhəmiyyətini vurğulayaraq, siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etdik.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Efiopiyanın dəstəyinə görə minnətdarlığımı bildirdim və beynəlxalq təşkilatlar çərçivəsində, Afrika İttifaqı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu vurğuladım", - C.Bayramov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Sentyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















