Icma.az
close
up
RU
Ceyhun Bayramov: Ermənistanın ATƏT in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir

Ceyhun Bayramov: Ermənistanın ATƏT in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı aparılıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.

Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməniəsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib. Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri