Ceyhun Bayramov: “Ermənistanın revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneədir
Icma.az bildirir, Bizim media portalına istinadən.
İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsini minnətdarlıq hissi ilə vurğulayıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, 2024-cü ilin mayında Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməsi bu ölkənin sülh prosesinə verdiyi önəmin göstəricisidir.
“Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qaldığını bir daha qeyd etmək istərdim”, - deyə nazir vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Mart 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















