Ceyhun Bayramov: Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi sülh prosesinə maneə törədir
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-ə bildirilib ki, görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Dekabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















