Icma.az
close
up
RU
Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb AZƏRTAC

Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.

COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri