Xəyanətdə suçlanan “Nvidia”nın eks şefi geri dönür
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanq Silikon vadisindəki texnologiya şirkətlərindən birində rəhbər vəzifəyə qayıda və ya öz şirkətini yarada bilər.
Axar.az Publika.az- istinadən xəbər verir ki, bu barədə “Politiko” nəşri yazır.
“Texnologiya sektorundan beş mənbə Huanqın gec-tez Silikon vadisində rəhbər vəzifəyə qayıdacağını gözləyir”, – nəşrin məqaləsində qeyd olunur.
Kaliforniyada adı açıqlanmayan startapın rəhbəri Huanqın sənayedəki nüfuzuna istinad edərək belə bir ssenarini “qaçılmaz” adlandırıb.
Digər mənbə bildirib ki, bulud infrastrukturu sahəsində fəaliyyət göstərən iri şirkətlər və Silikon vadisinin startapları keçmişdə yol verdiyi səhvlərə baxmayaraq, Huanqı öz sıralarına cəlb etmək üçün fəal səylər göstərirlər.
Nəşrin üç həmsöhbəti hesab edir ki, əhəmiyyətli kapitala malik Huanq üçün mövcud şirkətə qoşulmaqdansa, öz layihəsini yaratmaq daha asan olardı.
Bundan əvvəl “Nvidia” şirkətinin rəhbəri ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatının agenti hesab etdiyi qadınla romantik münasibətdə olmaqda şübhəli bilinib. KİV-in məlumatına görə, həmin qadın casusluq etmək və ABŞ-ın Çinə süni intellekt çiplərinin tədarükünə qoyduğu qadağaları aşmağa çalışmaq məqsədilə ələ alınıb. Huanq xəyanət etdiyini etiraf edərək əməkdaşlarından və ailəsindən üzr istəyib. Lakin qısa müddət sonra jurnalistlər Huаnqın daha bir münasibəti barədə məlumat yayıblar. Bu dəfə onun münasibətdə olduğu şəxsin “Nvidia”nın vitse-prezidenti və tabeliyində çalışan Kimberli Pauell olduğu iddia edilib.
Noyabrın 12-də Huang 1993-cü ildə şirkət təsis ediləndən bəri tutduğu vəzifədən ayrılıb və direktorlar şurasını tərk edib. “Nvidia”nın maliyyə direktoru Kolet Kress müvəqqəti olaraq şirkətin rəhbəri vəzifəsini icra etməyə təyin olunub. Həmin gün KİV iş adamının daha bir, üçüncü ehtimal olunan sevgilisi – başqa bir həmkarı barədə məlumat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Noyabr 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















