Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
5 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dimah AlYahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən 525.az-a verilən xəbərə görə, görüş zamanı, ölkəmizin bu il təşkilata üzvküyündən sonra Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də rəqəmsal transformasiya, innovasiya, süni intellekt və rəqəmsal iqtisadiyyat, startap ekosistem sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın rəqəmsal inkişafı, innovasiya və yeni texnologiyaların tətbiqini ölkənin iqtisadi inkişafının və beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və innovativ həllərin, habelə süni intellektin tətbiqi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.
Görüşdə Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi və enerji resurslarının etibarlı, şaxələndirilmiş marşrutlar üzrə nəqlinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın regional və beynəlxalq enerji əməkdaşlığında fəal rol oynadığı, enerji infrastrukturu və nəqli marşrutlarının inkişafının ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Bu çərçivədə, qabaqcıl rəqəmsal texnologiyalardan da istifadə barədə geniş məlumat verilib.
Həmçinin Azərbaycanın regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə verdiyi töhfələr qeyd olunub. Bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqinin, logistika proseslərinin optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb.
DCO Baş katibi Dimah AlYahya təşkilatın fəaliyyəti barədə geniş məlumat təqdim edib, Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətləri qeyd edib, Təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən beynəlxalq və regional gündəliyin aktual mövzuları barədə fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Oktyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















