Ceyhun Bayramov Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçi qəbul edib.
Bu barədə Gununsesi.info-ya XİN-dən məlumat verilib.
Görüş zamanı, Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında liderlərarası təmasların oynadığı rolun vacibliyi vurğulanıb. Münasibətlərin əsasında duran bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramovun ötən il Serbiya Respublikasının Səfirlər Müşavirəsində iştirak və çıxışı məmnunluqla xatırlanıb.
Tərəflər həmçinin, iki ölkə arasında müxtəlif, o cümlədən enerji, müdafiə, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlıq barədə müzakirələr aparıblar.
Diplomatik akademiyalar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.
Görüş zamanı, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikası tərəfdən isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















