Ceyhun Bayramov TDT nin 13 cü Zirvə görüşündə iştirak edir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə iştirak edir.
XQ xəbər verir ki, “Türk əsri: ortaq dil, fikir və fəaliyyət” mövzusuna həsr olunan Zirvə görüşündə Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verəcək.
Tədbirdə təşkilat çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin ümumi maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Zirvə görüşündə siyasi əməkdaşlıq, ticarət və investisiyalar, nəqliyyat və bağlantılar, enerji, rəqəmsal transformasiya, mədəni-humanitar əməkdaşlıq və institusional inkişaf daxil olmaqla, təşkilatın prioritet istiqamətləri üzrə əldə olunan irəliləyişlər nəzərdən keçiriləcək və mühüm sənədlər qəbul ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















